Yay və Qış Məktəbinin iştirakçıları Azərbaycanın xarici ölkələrdəki təbliğatçılarına çevrilirlər

Bu gün Xlll Beynəlxalq Multikulturalizm Qış Məktəbi start götürür. Qış Məktəbinin iştirakçıları bir həftə müddətində həm Bakı şəhərində, həm də Quba, Xaçmaz və Qusar rayonlarında olacaqlar. Budəfəki Qış Məktəbində 20 ölkədən alimlər, təlimçilər, gənclər iştirak edirlər. Xlll Qış Məktəbi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub və “Mədəni müxtəliflikdə birlik" mövzusundadır. Qış Məktəbinin iştirakçıları arasında azərbaycanlı tələbələr də var.

Bu fikirləri jurnalistlərə müsahibəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov söyləyib.

Onun fikirlərinə görə, Qış Məktəbi dayanıqlı və uzunmüddətli layihə kimi Mərkəz tərəfindən 13-cü dəfə keçirilir. Bunun da səbəbi layihəyə ciddi marağın olmasından irəli gəlir.

"Azərbaycan Multikulturalizmi" fənnini xarici ölkələrdəki universitetlərdə dinləyən tələbələr praktiki olaraq Azərbaycanın paytaxtını və regionlarını gəzərək ölkəmizdəki tolerantlıq, multikulturalizm ənənələri ilə tanış olurlar. Nəticədə isə həmin tələbələr Azərbaycanın gənc dostlarına, səfirlərinə çevrilirlər. Daha sonra isə bu tələbələrlə fəaliyyətlər Mərkəz tərəfindən davam etdirilir. Belə ki, onlar Azərbaycan dilini, mədəniyyətini öyrənirlər", - deyə BBMM-in icraçı direktoru vurğulayıb.

Rəvan Həsənov əlavə edib ki, ölkəmizə olan maraq getdikcə genişlənməkdədir. Belə ki, biz 26 dünya universitetində "Azərbaycan Multikulturalizmi" fənnini tədris edirik. Hər dəfə bizim Yay və Qış Məktəbinə 500 min arası müraciət daxil olur. Onlardan isə sadəcə 50-yə yaxın tələbə seçilir və iştirak edirlər. Həmin tələbələrlə mütəmadi olaraq əlaqələr saxlanılır. Hətta l Yay və Qış Məktəbinin iştirakçıları da bu gün Azərbaycanla sıx bağlıdırlar. Onlar Azərbaycanın xarici ölkələrdəki təbliğatçılarına çevrilirlər.

Etiketlər