Rəvan Həsənov: Ermənistan azərbaycanlılara məxsus 1600-ə yaxın toponimi saxtalaşdırıb
“Həqiqətin onomastikası” kitabı indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərini silmək üçün bizlərə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub.
Bunu “Həqiqətin onomastikası” kitabının təqdimat mərasimində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib.
O qeyd edib ki, “Həqiqətin onomastikası” kitabının elektron versiyası da hazırlanıb. Bu kitabın Ermənistanı məhkəməyə verən zaman faydası olacaq. “Həqiqətin onomastikası” kitabı 700 səhifəlik tədqiqat işinin nəticəsidir.