Alıxanlı şəhidlərini rəhmətlə anırıq

 

whiteblack

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü, heç 2 yaşı tamam olmayan Quliyeva Zəhra Elnur qızı şəhid olublar. Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin! 

Azərbaycan çoxəsrlik tarixi ərzində tolerant ənənələr, multikultural dəyərlər və mehriban birgəyaşayış mədəniyyəti, sülhə, barışa sadiqlik prinsipləri  ilə dünya dövlətləri üçün nümunə kimi göstərilir. Ermənistan isə öz işğalçılıq siyasətini israrlı şəkildə davam etdirərək bu ali dəyərlərə, humanizm ideyalarına hörmət etmədiyini, təkcə Azərbaycanda deyil, həm də bütün regionda sülh və inkişafa başlıca təhlükə və təhdid mənbəyi olduğunu göstərməkdədir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi terrorun və günahsız insanların qətlə yetirilməsinin təcili surətdə dayandırılmasını tələb edərək bütün beynəlxalq ictimaiyyəti Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişə zonası ətrafında mülki əhalini qətlə yetirən işğalçı Ermənistan ordusunun bu qanlı cinayətlərinə göz yummamağa, qətiyyətli tədbirlər görməyə çağırır.

 

Запись Alıxanlı şəhidlərini rəhmətlə anırıq впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.