“Multikulturalizm” verilişinin növbəti buraxılışı Hadrut qəsəbəsi və Azıx mağarasında aparılıb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin çəkilişləri bu dəfə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Azıx mağarasında aparılıb. Çəkilişlərdə AMEA-nın Tarix İnstitutunun dosenti Güntəkin Nəcəfli və tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli müsahib kimi iştirak ediblər.