Multikulturalizm Mərkəzinin Drezden filialının təqdimatında: “Azərbaycanda dinlərarası harmoniya: İslam ve lüteranlıq”

 

IMG_9475Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Drezden filialının təşkilatçılığı ilə Almaniyanın Drezden şəhərində “Azərbaycanda dinlərarası harmoniya: İslam ve lüteranlıq" mövzusnda dəyirmi masa keçirilib.

Tədbirdə Saksoniyanın deputatları və konfessiya rəhbərləri, Drezden universitetinin professor ve müəllim heyəti, Drezden kitabxanasının  rəhbərliyi və ictimaiyyət nümayəndələri, həmçinin Azərbaycanın Dini Qurumlarla İs üzrə Dövlət Komitəsinin (DQİDK)  şöbə müdiri Nicat Məmmədli və ölkəmizdə fəaliyyət göstərən Bakı lüteranların dini icmasının rəhbəri Vera Nesterova iştirak edib. Öncə Xocalı qətliamında şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BBMM-in Drezden filialinin rehberi Dr. Birgit Vaysgerber iyirmi beş il bundan əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımı aktını bütün insanlığa və bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi səciyyələndirib.  B. Vaysgerber Xocalı faciəsinin dəhşətləri haqqında dəyirmi masa iştirakçılarına məlumat verərək terror daima tolerantlığa və multikulturalizmə böyük zərbə vurduğunu və  beynəlxalq ictimaiyyətin diqqətini bu qətliama yönəltməyin vacibliyini vurğulayıb.

DQİDK-in şöbə müdiri Nicat Məmmədli Azərbaycanda mövcud olan konfessiyalararası harmoniyadan, multikulturalizmin Azərbaycan modelinden ve bunun dövlət siyasətində prioritet elan olunmasından söz açıb.

Azərbaycandakı  lüteran icmasının sədri Vera Nesterova ölkəmizdə  butun dinlərə eyni ehtiramın göstərildiyini, bütün konfessiyaların nümayəndələrinin ölkə Prezidenti İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib: “Azərbaycanda bütün dinlər tarixən bir ailə şəklində mövcuddur.  Azərbaycanda yaşayan alman əhalisi tərəfindən lüteran kilsəsinin əsası  qoyulub. Azərbaycanda hazırda Bakı, Göygöl və Şəmkir şəhərlərində lüteran kilsələri saxlanılır. Azərbaycan Prezidenti İlham Əliyev 30 avqust 2016-cı il tarixli "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" sərəncam imzalayıb.   Bu sərəncam Azərbaycanda tarixi irsə diqqət və qayğının,  ümumiyyətlə, ölkəmizdə tolerantlıq və multikulturalizm siyasətinin bariz təzahürüdür”.

IMG_9469

Запись Multikulturalizm Mərkəzinin Drezden filialının təqdimatında: “Azərbaycanda dinlərarası harmoniya: İslam ve lüteranlıq” впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.