Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Televiziyasına müsahibə verib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Televiziyasına müsahibə verib. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində erməni vandalizmi, dini abidələrimizin dağıdılması məsələsinə toxunub. R.Həsənov ermənilərin Kəlbəcərdəki qədim alban məbədi - Xudavəng monastırının zənglərini, xaç daşlarını söküb Ermənistana daşımasına münasibət bildirib.