"Azsaylı xalqların dili" fənni üzrə I və II siniflər üçün tat dili dərslikləri hazırlanıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ilində "Azsaylı xalqların dili" fənni üzrə I və II siniflər üçün tat dili (“ZUHUN TATİ”) dərsliklərini hazırlayıb.
Qeyd edək ki, ölkəmizin 14 bölgəsində azsaylı xalqların nümayəndəsi olan şagirdlər öz ana dilində də təhsil alırlar. Azsaylı xalqların öz ana dillərində təhsil almaları dövlətin diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi azsaylı xalqların dillərində dərsliklər hazırlayır və "Azsaylı xalqların dili" fənni tədris olunan məktəblərə pulsuz paylayır.
 

Etiketlər