Kamal Abdullayev Multikulturalizm Mərkəzində müşavirə keçirib
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Myultikulturalizm Mərkəzində müşavirə keçrib.
Müşavirədə Kitabi- Dədə Qorqud dastanının alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncamdan irəli gələn tədbirlərin icrası müzakirə olunub. Akademik Kamal Abdullayev qonaqları salamladıqdan sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Dövlət Müşaviri bildirib ki, bu günlər bütün Azərbaycanın, Azərbaycanın xarici ölkələrdəki dosltarının ürəyində Ulu Öndər ağrısı, sızıltısı var. Bütün təşkilatlarda, o cümlədən Multikulturalizm Mərkəzində, Bilik Fondunda və Bakı Slavyan Universitetində anım günləri keçirilib. Ulu Öndərin ən böyük arzularından biri Azərbaycanda yaşayan müxtəlif etnik qrupları, bir-biri ilə yüksək səviyyədə qurulmuş dostluq, qardaşlıq əlaqələrini daha da inkişaf etdirmək idi. Onu bu gün Cənab Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi öz fəaliyyətində həyata keçirir. Ümummilli Lider Azərbaycan mədəniyyətinə, onun kökünə, qaynaqlarına çox böyük diqqət ayırırdı və onların öyrənilməsini bu günkü nəslin tərbiyyəsində, bu günkü azərbaycanlı şəxsiyyətin formalaşmasında çox böyük rolu olduğuna inanırdı. Ümumilli Liderin layiqli və mənəvi davamçısı Prezident İlham Əliyev bu istiqamətdə ciddi və dəqiq addımlar atmaqdadır. Bu addımlardan biri də xalqımızın mənəvi dəyəri olan, təkçə bizim xalqımıza yox, dünya xalqlarına məxsus olan Kitabi Dədə-Qorqud dastanının öyrənilməsi ilə bağlıdır.
Ulu Öndərin bu qaynağa, bu mənəvi mirasa ciddi və son dərəcə təlabat dolu baxışları bu gün siyasi, ictimai, mədəni-mənəvi müstəvidə dastanımıza olan marağın bir qədər də artırılmasına gətirib çıxardılıb. Cənab Prezident İlham Əliyev Kitabi Dədə-Qorqud dastanının dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə əlaqədar bir sərəncam imzaladı və sərəncamda Azərbaycan dastanını bütün dünyaya tanıdılmasını imzası ilə təsdiq edti. Sərəncamdan irəli gələrək il boyu çoxlu sayda beynəlxalq simpoziumlar, elmi konfranslar, dəyirmi masalar düzənlənib. Bu günlərdə Multikulturalizm Mərkəzi alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən alman tərcümə edilərək ön söz yazdığı “Basatın Təpəgözü oldürməsi” boyu kitabını 25 dilə çevirərək nəşr edib. Dekabrın 17-də bu mövzuda Almaniyanın Drezden şəhərində, dekabrın 22-də isə Bakıda yekun konfrans keçiriləcək.
.
Sonra müşavirədə çıxışlar edilib. Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli çıxış edərək Azərbaycan eposu olan Dədə Qorqud dastanın dünya epos düşüncəsinə bir nümunə olduğunu vurğulayıb. Akademik Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi Kitabi Dədə Qorqudun Azərbaycan xalqına məxsus olduğunu və onun sahibinin Azərbaycan xalqının olduğunu soyləyib və bu məsələnin dövlət səviyyəsində ilk dəfə qeyd olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.
Mədəniyyət və Turizm nazirinin muavini Ədalət Vəliyev ölkə başçısının sərəncamına uyğun olaraq məsul olduqları yekun tədbirin proqramı və xarici ölkələrdən gələn qonaqların tərkibi barədə məlumat verib. Təhsil Nazirliyinin idarə rəisi Gültəkin Hüseynova çıxış edərək Prezident İlham Əliyevin sərəncamın bütün Azərbaycan üçün çox vacib olduğu, Təhsil Nazirliyi üçün də çox böyük əhəmiyyət kəsb etdiyi və nazirliyin bu sərəncama uyğun olaraq xarici ölkələrdə, o cümlədən ölkəmizin müxtəlif bölgələrində konfransların keçirildiyini söyləyib.
AMEA-nın Fəlsəfə və Hüquq İnstitunun direktoru İlham Məmmədzadə, Yazıçılar birliyinin katibi Rəşad Məcid, Bakı Beyneəlxalq Multikulturalizm Mərkəzinin icraçı katibi Azad Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı katibi Oktay Səmədov, Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev çıxışlarında Kitabi- Dədə Qorqud dastanının alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncamın üstün məziyyətlərində söz açıb və mənsub oıduqları təşkilatların həyata keçirdikləri tədbirlər barədə məlumat verib.
Müşavirənin sonunda 25 dilə tərcümə edilərək çap olunan “Basatın Təpəgözü öldürməsi” boyu iştirakçılara hədiyyə edilib.

Запись Kamal Abdullayev Multikulturalizm Mərkəzində müşavirə keçirib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.