Sentyabrın 29-da Avropa Şurasının Nifrət çağırışları ilə mübarizə üzrə ekspert komitəsinin birinci iclası keçirilib
Sentyabrın 29-da Avropa Şurasının Nifrət çağırışları ilə mübarizə üzrə ekspert komitəsinin birinci iclası keçirilib. Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də təmsil olunur. Mərkəzin icraçı direktoru Rəvan Həsənov online iclasda Azərbaycanda etnik azlıqlarla bağlı dövlətin apardığı siyasət, sosial şəbəkə seqmentlərində onlara qarşı nifrət çağırışlarının olmaması mövzusunda məruzə ilə çıxış edib. Vebinar sentyabrın 30-da öz işini davam etdirəcək.