Klaus Junior: Dünyada ən çox nümunə göstərilən multikulturalizm modeli Azərbaycandadır

Mən araşdırmaçı kimi bir çox ölkələrin multikultralizm modeli haqqında məlumatlarla tanış olmuşam. Bu istiqamətdə araşdırmalarımı davam etdirdikcə Azərbaycan haqqında xeyli maraqlı məlumatlara rast gəldim. Gördüm ki, dünyada ən çox nümunə göstərilən multikultralizm modeli Azərbaycandadır. Bu səbəbdən də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinə qoşulma qərarına gəldim.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin Braziliyadan olan iştirakçısı Klaus Junior söyləyib.

Klaus Junior bildirib ki, Azərbaycanda olmaq layihə iştirakçılarına bu sahədə böyük təcrübə qazandıracaq.

“Bütün dünyada Azərbaycanın multikultralizm modeli öyrənilir. Qış Məktəbi çərçivəsində çox maraqlı mühazirələr dinləyirik. Azərbaycanın mədəniyyəti, ənənələri, burada yaşayan xalqlar haqqında öyrənirik. Mən gələcəkdə Braziliyadan olan dostlarımı bu layihədə iştirak etməyə dəvət edəcəyəm”, - deyə Klaus Junior söyləyib.

 

Etiketlər