Rəvan Həsənov: Qərbi Azərbaycanda ermənilər tərəfindən saxtalaşdırılmış 1700-ə yaxın toponim, hidronim, aqronim aşkarlanıb

“Həqiqətin Onomastikası” adlı kitabda ermənilər tərəfindən hansı dövrdə nəyin dəyişdirildiyinə dair faktlar əks olunub. Nəşrdə Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən saxtalaşdırılmış 1700-ə yaxın toponim, hidronim, aqronim qeyd olunub. Qarabağ və Şərqi Zəngəzur ərazilərində isə 900-ə yaxın saxtalaşdırma cəhdləri edilib.
Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov jurnalistlərə açıqlamasında bildirib.
R.Həsənov deyib ki, ermənilər sözügedən saxtalaşdırılmış faktları xarici mediaya təbliğ etməyə çalışırlar.
“Biz bu tarixi həqiqətləri ensiklopedik bir kitabla ortaya qoyduq. Bu kitablara ən böyük reaksiyalar da erməni alimlər, erməni diasporu, xarici universitetlərdə çalışan erməni mütəxəssislər tərəfindən verilir. Bu onu göstərir ki, həqiqət işıq üzü gördükcə həyata keçirilən iş bir çox qüvvələri narahat edir”, - deyə R.Həsənov vurğulayıb.

Etiketlər