Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Malayziya Milli İnformasiya Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin redaktoru R. Ravixandran ilə görüş keçirilib
Oktyabrın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı directoru Rəvan Həsənov Malayziya Milli İnformasiya Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin redaktoru R. Ravixandran ilə görüşüb.
Görüşdə Rəvan Həsənov Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılan BBMM-in fəaliyyətindən söz açaraq ötən 5 il müddət ərzində qurumun ölkəmizdə yaşayan etnik və dini icmalar arasında əlaqələrin yaradılıb möhkəmləndirilməsi, Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği istiqamətində çoxsaylı regional və beynəlxalq tədbirlər barədə məlumat verib. Bildirlib ki, BBMM-in həyata keçirdiyi layihələr sırasında beynəlxalq multikulturalizm yay və qış məktəblərinin təşkili, “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubunun təsis olunması, ölkənin 38, dünyanın 21 nüfuzlu universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, multikulturalizmlə bağlı kitabların hazırlanması və nəşri xüsusi qeyd edilməlidir.
Malayziya Milli İnformasiya Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin redaktoru R. Ravixandran öz növbəsində multilulturalizm və tolerantlıq ənənələri deyiləndə insanları fərqləndirən nüansların deyil, onları yaxınlaşdıran, birləşdirən amillərin vacib olduğunu və dünyada ekstremizmin, zorakılığın yayıldığı bir zamanda multikulturalizmin Azərbaycanda həyat tərzi kimi qəbul edilməsinin təqdirəlayiq olduğunu vurğulayıb və Mərkəzin fəaliyyəti barədə geniş müsahibə hazırlamaq istəyini dilə gətirib, Azərbaycanda olan multikultural durumun başqa ölkələrdə də yayılmasının vacibliyini önə çəkib.
Sonda qonağa Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hədiyyələri təqdim olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti
23 oktyabr 2019-cu i