Rutullar
Rutullar Azərbaycanda və Dağıstanda yaşayan qədim etnoslardan biridir. Tarixən rutullar əsasən Cənubi Dağıstanda Samur çayının yuxarı axarında məskunlaşıblar. Rutulların əsas baş kəndi, tarixi vətəni Rutul kəndi olmuş- dur. Azərbaycanın Şəki–Zaqatala bölgəsinə rutullar avarlar və saxurlarla eyni vaxtda – XVII əsrin əvvəllərindən Dağıstanın Rutul kəndindən köç ediblər. Rutul etnonimi də hazırda Dağıstan ərazisindəki toponimin – Rutul kəndi- nin adı ilə bağlıdır. Qonşu xalqlar, həmçinin Azərbaycan türkləri bu etnosu Dağıstanın Rutul kəndinin adı ilə rutullar və ya rutullular adlandırırlar. Ru- tullar isə özlərini müxədəbır, mıxad, tarixi vətənləri olan Dağıstanın Rutul kəndini isə Meqed, Müxəd adlandırırlar. «Müxədəbir» kəlməsi rutul dilində «qohumlar», «müxəd» sözü isə «baş kənd» anlamını verir. Rutullarla qonşu- luqda yaşayan, həm etnik, həm də dil baxımından yaxın olan saxurlar onları mıxadali və ya mıxaşura adlandırırlar. Qonşu ləzgilər isə rutullara mıdxadar deyirlər.
Hazırda rutulların böyük bir hissəsi Dağıstan Respublikasının cənub-qər- bindəki Rutul rayonunun Şinaz, İxrək, Müxrək, Amsar, Qala, Pilək, Axtı rayo- nunun Xnov kəndlərində, bir hissəsi isə Azərbaycanın şimal-qərbində – Şəki rayonunun Şin, Qaynarca, Xırsa Şorsu, Göybulaq, Aydınbulaq, qismən də Kö- bər-Zəyzid, Daşüz və Baş Küngüt kəndlərində yaşayırlar. Ümumiyyətlə, Da- ğıstanda cəmi 22 rutul kəndi var. Onların 18-i Samur çayı vadisində və ona yaxın dağlarda, 2-si Axtıçay vadisində, 2-si də Azərbaycanla sərhəddə yerlə- şir.1 Rutul rayonuna 19 rutul kəndindən başqa 13 saxur və ləzgi, lak, avar, Azərbaycan kəndləri də daxildir. Samur çayı vadisinin hazırda rutulların məs- kunlaşdığı hissəsi, görünür, vaxtilə rutulların əcdadlarının da yaşadığı qədim ərazi olmuşdur.
İnzibati baxımdan demək olar ki, rutulların yaşadığı bütün ərazilər Da- ğıstanın Rutul rayonunun tərkibinə daxildir. Yalnız Axtı rayonuna daxil olan Xnov kəndi istisna təşkil edir. XVII əsrdən etibarən təbii fəlakətlər və iqtisadi səbəblər üzündən rutullar cənuba doğru Axtı-Xnov-Şəki yolu ilə Azərbaycanın şimal-qərbinə üz tutmuşlar. Qeyd edək ki, həmin yol keçmişdə Cənubi Dağıs- tanın və Azərbaycanın yaşayış məntəqələrini birləşdirən böyük ticarət yolu idi. Rutullar Azərbaycan əhalisi ilə hər zaman iqtisadi əlaqələr saxlamışlar. Köçəri maldarlıqla məşğul olan rutullar Azərbaycan ərazilərində qışlaq yerlərini icarəyə götürürdülər. Azərbaycana rutullar həm də ov etmək üçün gələrdilər. Yerli sakinlərin söylədiyinə görə, onlar Axtıçay vadisində çayın daşması ilə bir sıra kəndlərin dağılması nəticəsində doğma yurdlarını birdəfəlik tərk etmək məcburiyyətində qalmışlar.
Rutulların Azərbaycanın şimal-qərb bölgəsinə ilk köçləri Şəki rayonu- nun Şin və Qaynar kəndlərinə olmuşdur. Dağıstanın qədim Şinaz kəndindən gəlmiş rutullar Şəki rayonu ərazisində Şin kəndinin əsasını qoymuşlar. Şin kəndinin yaşlı əhalisi də babalarının vaxtilə buralara Şinazdan gəldiklərini təs- diqləyirlər. Dağıstanın Şi- naz kəndi vaxtilə öz sənət- karlıq nümunələri, xüsusilə də silahları ilə tanınan iri yaşayış məskəni olmuşdur. Tarixi mənbələrə görə, şi- nazlıların bölgəyə ilk köçü (61 ailə) Şəki xanı Məhəm- mədhəsən xanın hakimiy- yəti dövründə olmuşdu. Kənd isə Cəfərqulu xan Dünbilinin dövründə salınmışdı. Yerli əhalinin söylədiyinə görə, Şin kəndi rutulların yaylaq yeri, Şorsu, Aydınbulaq, Göybulaq, Baş Küngüt kəndləri isə əsasən qışlaq yerləri omuşdur.
Şin kəndinin rutul əhalisi özlərini çox zaman şinaz və ya şinazrabor (şinaz- lı) da adlandırırlar. Ümumiyyətlə, rutullar çox vaxt özlərini məskunlaşdıqları kəndin adı ilə adlandırırlar. Bu, onların yaşadıqları ərazilərin keçilməz dağlıq bölgələrdə yerləşməsi və buna görə də bir-birindən təcrid olunmuş vəziyyətdə olması ilə bağlı idi. Rutullar əsasən dağ kəndlərində məskunlaşdıqları üçün bu ərazilərdə qış sərt keçir. Bu baxımdan, Samur çayı vadisindəki rutul kənd- ləri ilə Axtıçay vadisindəki, həmçinin Azərbaycan ərazisindəki rutul kəndləri arasında daha sıx iqtisadi-mədəni əlaqələr mövcud deyildi. Axtıçay vadisində, eləcə də Azərbaycanda yerləşən rutul kəndləri Samur çayı vadisindəki rutul kəndlərindən təcrid olunduğu üçün onaların etnik birliyinin əsas elementi dil idi. Görünür, bütün rutullar vaxtilə Samur çayı vadisində toplu halında yaşayıblar. Onların bir hissəsi tədricən oradan Axtıçay vadisinə və Azərbaycan əra- zilərinə köç etmişdir.
Bu gün Şin kəndi Azərbaycanda rutulların yaşadığı ən böyük yaşayış məntəqəsidir. Kəndin yaxınlığında – Salavat dağının ətəyində rutulların köç tarixində və iqtisadi-ticari əlaqələrində mühüm yer tutmuş Axtı yolunun üs- tündə xeyli sayda mağara və sığınacaqlar vardır. Şin kəndi tarixi abidələr, Azərbaycan və rutul dillərində olan toponimlər, qədim inanc yerləri ilə də zəngindir. Kəndin ərazisində xristianlığa qədər və erkən xristianlıq dövrlə- rinə aid qədim abidələr vardır. Bütün dağ adamaları kimi şinlilər də bulaqları müqəddəsləşdirirlər. Kənddə 20-dən çox bulaq – Yusif bulağı, Daştı bulağı və s. vardır. Burada qədim məzarlıq, orta əsrlərə aid qüllə qalıqları, su dəyirmanı bu günədək qorunub-saxlanılmışdır.
Şin kəndində qudeyar, nəzərər, ruxubər, davudoğluları, afrizanər, kusər, surxayoğulları, osmanoğulları, çuğayər, kullelər, xeyrətoğulları, zamanlılar, çaparoğluları, miçoğulları kimi rutul tuxumları – nəsilləri yaşayır. Tuxum Şəki-Zaqatala bölgəsində iri patriarxal ailəni – qan qohumluğu əsasında yara- nan birliyi bildirir. Keçmişdə Şin kəndində hər bir toxumun dingəxana və ya kim-kimgə adlanan şənlik, yığıncaq yeri, meydanı vardı. «Dingah» sözünün kökü əski türkcə «dincəlmək» sözündən olub, bütövlükdə «istiraht yeri» an- lamını verir. Rutul toyları da bir qayda olaraq kim adlanan belə meydanlarda keçirilərdi. Şin kəndində ağsaqqalların toplaşdığı, məsləhətləşdiyi, xeyir-şər məclislərinin, xalq bayramlarının keçirildiyi kim yerləri hələ də qalmaqdadır. Cavanlar da bura yığışardı. Belə ictimai meydan ənənəsi Azərbaycan, ümumi- likdə Qafqaz xalqları üçün həmişə xarakterik olmuşdur.
Rutullar öz dillərini mıxade miz adlandırırlar. Rutul dili Qafqaz dilləri ailə- sinə aiddir. Hazırda rutul dlinin Muxad, Şinaz, Müxrək, İxrək və Borc-Xnov kimi beş əsas dialekti müəyyən edilib. Lakin hər bir rutul kəndinin özünəməxsus ləhcəsi vardır. Bəzən isə rutul dilinin ləhcələri hətta bir kəndin əhalisinin danışığında belə fərqlidir. Azərbaycanda yaşayan rutullar muxad dialektində danışırlar. Rutul ədəbi dili bu dialekt üzərində formalaşmışdır. Rutul dili Da- ğıstanın rəsmi dillərindən biri olsa da, Azərbaycan dili tarixən Dağıstanda, xüsusilə də dil cəhətdən rəngarəng olan Rutul rayonunda ümumünsiyyət dili olmuşdur. Bundan başqa, Azərbaycanda yaşayan rutulların ədəbi dilində ikidil- lilik müşahidə edilir. Yəni onlar həm Azərbaycan, həm də rutul sözlərindən is- tifadə edirlər. XX əsrin əvvəllərinədək rutullar yazıda ərəb əlifbasından istifadə emişlər. Lakin sovet dövründə ərəb əlifbasının ləğvi ilə rutullar ana dillərində bu əlifbadan istifadə etmək hüququndan məhrum olmuşlar. Mənşəcə saxurlara yaxın olan rutullar dil etibarilə də saxur dilinə yaxın dildə danışırlar.
Rutullar ikidillidirlər, ana dillərindən sonra rutullar arasında ən geniş yayıl- mış dil Azərbaycan dilidir. Azərbaycanla iqtisadi, həmçinin etnomədəni əlaqələr nəticəsində rutullar arasında Azərbaycan dili əsas ünsiyyət dili olmuşdur. Onlar Azərbaycan dili vasitəsilə həm Azərbaycan türkləri, həm də ləzgi, saxur, lak kimi digər Dağıstan xalqları ilə ünsiyyət qururdular. Rutullar evdə və işdə öz araların- da rutul dilində danışsalar da, digər xalqlarla Azərbaycan dilində ünsiyyət qu- rurlar. Ümumiyyətlə, Azərbaycan dili əsrlər boyu Qafqaz xalqları arasında əsas ünsiyyət vasitəsi olmuşdur. XIX əsrdə A.A.Bestujev-Marlinski yazırdı ki, Avro- pada fransız dili ilə olduğu kimi Azərbaycan dili ilə də bütün Asiyanı dolaşmaq olar.4 Demək olar ki, bütün rutullar Azərbaycan dilini bilirlər. Azərbaycanda ya- şayan rutulların yazı dili də əsasən Azərbaycan dili olmuşdur. Xəzərçi Hacıyev və Camisab Salarov kimi bir çox rutul şairləri öz şeirlərini Azərbaycan dilində yaratmışlar. Rutul aşıqları Azərbaycan dilində çalıb-oxuyurlar.
Rutulların etnik tarixi də bilavasitə Azərbaycan və onun qədim dövləti olan Qafqaz Albaniyası ilə baglıdır. Etnik rəngarəngliyi ilə seçilən Qafqaz Albaniya- sı tayfalarının birləşdiyi Alban Tayfa İttifaqında rutulların əcdadları da təmsil olunmuşdular. Tarixçi-etnoqraf Q.Qeybullayev bu etnoslar birliyinə daxil olan alban tayfalarının qədim mənbələrdə lbin, silv, ciqb, hərr, qat leq və başqa ad- larla məlum olduğunu və onların müvafiq olaraq indiki avarların, saxurların, rutulların, ləzgilərin, ingiloyların, udilərin ulu əcdadları olduğunu yazır.5 Araş- dırmalar Qafqaz Albaniyasındakı ciqb tayfalarının rutulların əcdadları olduğunu gostərir. Maraqlıdır ki, Qafqaz Albaniyasına dair yazılı mənbələrdə rutulların bu gün etnik özünüadlandırma termininə - mıxad kəlməsinə fonetik baxımdan yaxın olan muxxan və ya mxans nəslinin adına da rast gəlinir. Azərbaycanın tarixi ərazilərində regionun ən güclü dövlətlərindən olan Qafqaz Albaniyasının süqutundan sonra rutullar indiki Rutul kəndinin (Dağıstan) ərazisində azad icma- larını yaratmışdılar. Rutul mahalı adı altında birləşmiş bu icma birliyi Rusiyanın Qafqazı işğal etməsinədək mövcud olmuşdur. XV əsrdən etibarən Azərbaycanın Qaraqoyunlu və Səfəvi dövtətlərinə aid bir sıra sənədlərdə və fərmanlarda Ru- tul mahalının, Rutul bəylərinin və onların nəsillərinin adlarına rast gəlinir. Rus mənbələrində rutul mülk sahiblərinin adına XVI əsrdən etibarən rast gəlinsə də, Rutul mahalının adı bu mənbələrdə ilk dəfə 1728-ci ildə qeyd olunmuşdur. Mahalın idarəetməsi hərbi feodal əyanları olan xüsusi sosial təbəqəyə çevrilmiş rutul bəylərinin əlində idi. Bəylər icma daxilindəki mühüm məsələləri xalq yı- ğıncaqlarında həll edirdilər. Rutul bəylərinin Azərbaycandakı İlisu sultanlığının hakim bəylərindən olduğu bildirilir. XVIII əsrdə Rutul mahalına artıq rutullarla bərabər saxur və bəzi ləzgi kəndləri də daxil idi.
XIX əsrdə Rusiya imperiyasının Qafqaza işğalçı yürüşləri zamanı İlisu sul- tanlığına bağlı olan rutul icmaları da fəal mübarizə aparmışdı. Lakin 1844-cü ildə İlisu sultanlığının işğalı ilə Rutul icması da süqut etdi. Rutul mahalı iş- ğaldan sonra Rusiyanın Qafqaz bölgəsində apardığı inzibati-ərazi islahatları nəticəsində yaradılan və Azərbaycanın Samur ətrafındakı tarixi ərazilərini də əhatə edən Samur dairəsinin tərkibinə daxil edilərək Dağıstan vilayətinə bir- ləşdirildi.
Azərbaycan rutullarını etnoqrafik cəhətdən ölkəmizin şimal-qərb bölgəsin- də yaşayan əhalidən fərqləndirmək çətin olsa da, onların bəzi məişət ənənələ- rində, geyim və bəzək ornamentlərində müəyyən özünəməxsus, lokal xüsusiy- yətlər mövcud olmuşdur.
Rutulların məişət ənənələrində bir sıra qədim inanclar və mərasim ayinləri bu gün də icra olunmaqdadır. Rutul ənənəsinə görə, adətən, yeni tikilən evin bunövrəsinə bədnəzərə qarşı qurd və ya ayı dişi, gümüş pul qoyarlar. Bəzən evdə bolluq və bərəkət olsun deyə bünövrə daşına halva sürtərlər. Kəndin ev- lərinin girişində isə nəzərlik və bolluq rəmzi olan keçi buynuzu asılır. Şin kən- dindəki Qaflan (əski türkcə: pələng, bəbir) piri ziyarətgahında da belə buynuz- lar vardır. Qədim rutul inanclarına görə, od müqəddəs sayılır. Onların inanc sistemində Qınış adlı varlığa sitayişdə Günəş kultunun izləri müşahidə edilir. Eyni zamanda, rutullar Azərbaycan etnomədəni məkanına xas olan bir sıra əski inanc elementlərini də mənimsəmişlər. Məsələn, təbii fəlakətlərə, bədnəzərə qarşı nəzərlik qismində içərisinə dua, Quran ayəsi və ya mixək, dağdağan qo- yulan üçkünc dəri və ya parça «çantalar» gəzdirmək, yaxadan asmaq, körpənin yatağı başında asmaq ənənəsi onlarda da var. Azərbaycan türklərində «pitik» (qədim türkcə «yazı» anlamını verən «bitik» sözündən), Mərkəzi Asiyada isə «tumar» adlanan belə dua qablarına rutullar «haykal» deyirlər. Hətta gəlin gə- tirərkən haykalı atın alnına bağlayırlar.
Rutullar arasında qədim ovçuluq adətlərinin izləri onların məişət ənənələ- rində bu gün də qalmaqdadır. Yerli əhalinin söylədiyinə görə, keçmişdə Da- gıstandakı rutul kəndlərindən bu yerlərə ov etmək üçün gəlirdilər. Rutul gənc- lərinin maraqlı bayram əyləncələrindən biri olan «Ovçu oyunu»nda bu qədim ənənənin izlərini görmək mümkündür.
Yaz bayramı ərəfəsində rutullarda hər nəsil öz məhəlləsində toplaşaraq ba- harın gəlişini müxtəlif mərasim ayinləri ilə qeyd edir. Rutul bahar mərasimləri zamanı gənclər açıq havada toplaşar, üzərinə şadvalid yaylıqları adlandırdıq- ları müxtəlif rəngli parçalar bağlanmış yelləncək qurar, əylənər, mahnı oxuyar, birlikdə rəqs edərdilər. Yelləncəyə oturan qızlar isə növbə ilə Azərbaycanın şimal-qərb bölgəsi üçün səciyyəvi olan «Pərizadə» mahnıları oxuyardılar. On- ların yanına bəzən oğlanlar da gələr, mahnı ilə deyişərdilər. Bu mərasim rutul gəncləri üçün qız bəyənmək, ürəklərini açmaq fürsəti idi. Bahar bayramında yelləncək qurmaq ənənəsi bir çox türk, o cümlədən Mərkəzi Asiya xalqları üçün də xarakterik idi. Yelləncək mərasimində təkcə gənclər deyil, yaşlılar da iştirak edərdilər. Qədim inanca görə, yelləncəkdə əyləşənlərin günahlarını yel özü ilə aparır. Keçmişdə rutullar bahar mərasimində xonça tutar, şax hazırlayar, meydanlara şirniyyat, meyvə, çərəz və boyanmış yumurta gətirərdilər.
XIX-XX əsrlərdə rutul toylarında «Daş atma», «Gərdən vurma» yarışla- rı keçirilər, «Tataldüyün», «Turai», «Turna-turna», «Şah oyunu» kimi qədim oyunlar da oynanılardı. «Tataldüyün» oyunu zamanı gənclər iki dəstəyə ayrı- laraq uzun bir ağacı öz tərəflərinə çəkməyə çalşardılar. Gəlin bəy evinə «Pəri- zadə», «Zarı-Zarı» kimi qədim mahnıların sədaları altında yola salınardı. Şin kəndində gəlin gətirməyə gedərkən qədim bir toy ənənəsini də icra edərdilər. Qədim ənənəyə görə, oğlan adamları qız evinin qapısındakı nişangahı vurub sonra içəri keçə bilərdi. Gəlini aparmağa gələnlərdən biri qız evində uzun bir ağacın başına keçirilmiş almanı – nişanı güllə ilə vurandan və qapı tutanlara baxrı adlanan nəmər verdikdən sonra bəyin adamlarını içəri buraxardılar. Yeri gəlmişkən, nişan vurmaq adəti Qəbələ rayonunun Nic kəndində yaşayan udilər arasında da yayılmışdır.
Rutulların qədim toy adətlərində bəy və gəlinin dayıları mühüm rol oyna- yırdılar. Dayının toy mərasimlərində mühüm rol alması adətinin izləri çox qə- dim dövrlərə – qədim nəsil-qəbilə quruluşuna xas qayda-qanunlara, qədim ana ailəsindən (matriarxat) ata ailəsinə (patriarxat) keçid dövrünədək uzanır. Mə- lumdur ki, bu keçid dövründə artıq nəsli kişi idarə etsə də, uşaqlar yenə də ana nəslinə mənsub sayılırdılar və onların tərbiyəsində dayı atadan daha mühüm rol oynayırdı. Gəlini dayısı və ya qardaşı evin ətrafına dolandıraraq, ata min- dirərək gəlin atının cilovunu özü cilovdara təhvil verirdi. Ümumiyyətlə, da- yının Azərbaycan qohumluq ənənələrində özünəməxsus yeri var. Bunu Azər- baycanda dayı ilə bağlı geniş yayılmış atalar sözlərində də aydın görmək olur: İgid oğul dayısına çəkər; Qız qarıyanda ağırlıq dayıya düşər və s. Dayının toy mərasimlərindəki ənənəvi rolu Azərbaycanın digər alban köklü tayfaları – udilər, saxurlar, Şahdağ xalqları üçün də səciyyəvidir. Belə ümumazərbaycan ənənələri Azərbaycanın alban mənşəli etnoslarının vahid kökdən qaynaqlandı- ğını bir daha təsdiq edir.
Türk xalqlarının qədim toy adətlərindən olan beşikkərtmə rutullar arasında da geniş yayılmış və beşikırtma adlandırılmışdır. Ümumiyyətlə, rutul dilində bu kimi bir çox qədim türk mənşəli sözlər bu günədək qorunub-saxlanılmışdır. Məsələn, rutullar yüksəklik yeri ece (uca), yorğan-döşək üçün olan divariçi do- labı quyu, taxta boşqabı tabaq, mamaça qadını ebeçi, ehsanı xeyrat, bacını ciji, ovçu sığınacaqlarını bedel və s. adlandırırlar. Rutullar övliyaların məzarlarını pirləri qədim türkcə uca qəbir, böyük qardaşı abay (ağabəy) adlandırırlar. Bütün bunlar rutullar və Azərbaycan türkləri arasında qədim və sıx etnomədəni bağların da bir nişanəsidir.
Rutullar da Şəki-Zaqatala bölgəsinin bütün əhalisi kimi əsasən maldarlıq, qismən də əkinçiliklə məşğul olurdular. Bu, bölgəninn təbii coğrafi və iqtisadi şərati ilə bağlı idi. Rutul, Şin, Qaynar kəndləri meşələrlə əhatə olunub. Böl- gənin dagətəyi əraziləri otlaqlarla zəngin olduğu üçün mal-qara sürüləri üçün əlverişli örüş yeri kimi xidmət edirdi. Əkin torpaqlarının çatışmazlığından mal- darlıq, xüsusilə də keçi və qoyunçuluq sahələri çox inkişaf etmişdi. Rutullar heyvandarlıq məhsularını Azərbaycan bazarlarında satışa çıxarar, buradan isə çörək və sənaye malları alardılar
Rutullar arasında keçmişdə misgərlik, dəmirçilk, xüsusilə silahsazlıq (silah istehsalı) sənətləri, eyni zamanda dulusçuluq, ağaciləmə, daşişləmə kimi sənər- karlıq sahələri də inkişaf etmişdi. Rutullar arasında dulusçuluq sənətinin ən qə- dim üsulu bu gün də qorunub-saxlanılmışdır. Belə ki, ilk növbədə gili günəş şüaları altında tam qurudur, sonra ovub narın gözlü xəlbirdən keçirirlər. Toz halına salınmış gilin üstünə su qatıb, ayaqla yoğurur və bir neçə gün nəm vəziyyətdə saxlanılır. Yalnız bundan sonra ondan muxtəlif məişət qabları hazırlayırlar. Bu qablar dulus çarxlarında deyil, əllə düzəldilir. Bişirilməsi zamanı isə kürə əvəzinə ocaqdan istifadə edirlər. Dulusçuluqla əsasən qadınlar məşğul olurdular.
Rutullar maldarlıqla məşğul olduqları üçün yun istehsalı, toxuculuq, dəri emalı kimi ev sənərkarlıq sahələrini də daha çox mənimsəmişdilər. Dəri və yun emalı ilə hər bir ailə məşğul olur, keçə, sarğı hazırlanırdı. Bu dəri məmulatla- rından isə soyuq qış aylarında geymək üçün papaq, saxur, qrız, xınalıq kimi etnoslarda olduğu kimi kaval adlanan yapıncı, həmçinin yəhər hazırlanırdı. Toxuculuq məmulatlarından şal, mahud parça, palaz, xalça toxunurdu. Xalça və rəngbərəng yun corab ornamentlərində rutul qadınları yüksək sənətkarlıq nümunələri yaradırdılar. Rutullarda daşişləmə sənəti də yüksək səviyyədə in- kişaf edib. Rutul daşişləmə sənətkarlarının evlərdə və başdaşlarında, həmçinin ağac sandıq və digər ağac məişət əşyalarının üzərində həndəsi ornamentli bədii işləmələri məşhurdur.
Rutulların ənənəvi kişi geyimi uxun adlanan uzun köynəkdən, şalvardan badu, dar biçilmiş arxalıqdan - beşmet çuxadan, uzun tüklü qoyun dərisindən tikilmiş papaqdan və kəməşbir adlanan milli ayaq geyimindən ibarət idi. Ru- tullar çuxanın üstündən çuva adlanan, üstü gümüşlə bəzədilən dəri kəmər çiil bağlayar, üstündən xəncər asardılar. Şəki-Zaqatala bölgəsinin ənənəvi qadın geyiminin mühüm elementlərindən biri olan önlük rutullar üçün də səciyyəvi idi. İngiloyların «meyzər» adlandırdığı analoji önlüyə rutullarda mıxrıtal deyi- lir. Bu bölgə üçün səciyyəvi olan tülü və ya cuna baş geyimindən rutul qadın- ları da istifadə edər və onu birçək adlandırırdılar. Mişleş kəndində isə belə baş geyiminə qəsikən də deyilirdi. Rutul qadınları xaray şal (saçaqlı yun şal) və Gəncə kələğayısı bağlamağı çox sevərlər.
Rutulların əsas təsərrüfat sahəsi maldarlıq olduğu üçün ət məhsullarını bölgəyə xas xüsusi ənənələrlə qışa tədarük edərlər. Rutullar duzlanmış, ədviy- yatlanmış əti saxsı küplərdə torpağa basdıraraq onu qışa saxlayarlar. Bölgəyə məxsus üsulla hazırlanan bağırsaq dolması rutullar üçün də səciyyəvidir. Girs, qırsbır, kinkiy kimi ətli xəmir xörkləri rutul milli yeməklərinin əsasını təşkil edir. Qışda cücərmiş buğdadan xüsusi mərasim yeməyi olan tız bişirərdilər. Avar və saxurlarda isə bu xörək uxur adlanır.
Rutullar arasında xalq yaradıcılığının müxtəlif formaları qorunub-saxla- nılmışdır. Rutulların keçmiş xalq yaradıcılığında, xüsusilə “Ovcu oyunu”nda meydan tamaşalarının müəyyən izlərini görmək mümkündür. «Ovçu» və «dağ keçisi» obrazına girən iki gəncin iştirakı ilə açıq havada ov prosesinin səh- nələşdirildiyi bu oyun-tamaşa zamanı kəndi əhatə edən dağlar təbii dekorasiya rolunu əvəz edirdi.
Rutullaın mənəvi mədəniyyətində aşıq poeziyası, musiqi folkloru geniş yer tutur. Hələ XIII əsrdə rutul xalq yaradıcılığında aşıq sənəti mühüm yer tutmuşdur. Həmin dövrdə yaşamış Aşıq Kor Rəcəbin rutul dilində qoşmaları günümüzədək gəlib çatmışdır. Ümumiyyətlə, həm rutulların, həm də Azərbay- can türklərinin folklorunda ortaq xüsusiyyətlər, müştərək nümunələr çoxdur. Xüsusilə rutul musiqi folklorunun Şorsu və Göybulaq kənd nümunələri janr və folklor rəngarəngliyi ilə seçilir. Bu kəndlərdə rəngarəngliyin mühafizə edilmə- si, Rutul folklor nümunələrinin qorunub-saxlanılması məqsədilə Şorsu kənd folklor evi, Göybulaq kənd folklor klubu fəaliyyət göstərməkdədir. Hazırda Şorsu kəndində yaradılmış oğlanlardan ibarət «Abay» rəqs qrupu «Məhərrəm- kənd», «Koroğlu qaytarması», «Curni-curni», «Arzuruqay», “Arxuş” kimi bir sıra etnik, ümumazərbaycan və ümumqafqaz rəqslərini böyük məharətlə ifa edir. Rutul rəqsləri, adətən, 2 zurna, kos nağara, bala nağaradan ibarət musiqi- çilər dəstəsi tərəfindən müşayiət edilir.
Rutul rəqsi Azərbaycan və ləzgi rəqsləri ilə ümumi xüsusiyyətlərə malik olsa da, müəyyən özünəməxsusluğu ilə də seçilir. Rutulların rəqs sənətinə bəslədik- ləri böyük rəğbəti heç nə ilə müqayisə etmək olmaz. Rutul dilində «Dəydiriş», «Arxuş» («Akuşinka») kimi bir sıra rəqs mahnıları və «Muk» – rəqs, «muk abın» rəqs etmək, «calbi» mahnı kimi rəqslə baglı terminlər qorunub-saxlanılmış- dır. Rutul xalq mahnılarının hamısı olmasa da, «Can abay», «Parukay» kimi bir sıra musiqi nümunələri rutul dilində ifa edilir. Rutul folklorunda «Avazxan» adlanan sırf rutul folkloruna aid ənənəvi milli musiqi nümunəsi də mövcuddur. Bu sərbəst ritmli musiqi üslubu qismən Azərbaycan muğamını xatırladır. Rutul folkloruna aid bir sıra ənənəvi musiqi havaları məhz həmin ritmlə ifa olunur.
Rutulların ana dilləri ilə yanaşı Azərbaycan dilini də mükəmməl bilməsi onların etnik mədəniyyətlərində özünü açıq şəkildə büruzə verir. Məsələn, toy və bayramlarda «Lilay», «Ceyranım», «Maralxanım» kimi ümumazərbaycan musiqi nümunələri, ninni (laylalar) və bayatılar həm Azərbaycan dilində, həm də özünəməxsus şəkildə rutul dilində gözəl ifa edilir. Azərbaycan mahnıların- dan olan «Ceyranım» havasının spesifik rutul variantı da məlumdur. Azərbay- can və rutul folkloru arasında belə paralellər göstərir ki, rutul mədəniyyətində ümumazərbaycan qatı mühüm yer tutur.
Rutul xalq mahnılarının müşayiətində nağaradan, ayrıca olaraq balabandan, xüsusilə də çonqur, tar və qavaldan istifadə olunur. Yeri gəlmişkən, saza bən- zər musiqi aləti olan çonqur mənbələrdə «çağır», «çaqur», «çuqur», «çoğur» adları ilə bilinən Azərbaycan musiqi alətlərindəndir.7 Orta əsrlərdə qopuzun sazla əvəzlənməsi arasındakı dövrdə yaranmış çoğur musiqi alətindən, xüsu- silə də Səfəvi dövlətinin ordusunda yüksək döyüş əhval-ruhiyyəsi yaratmaq üçün istifadə edilər, ordunun qarşısında çoğur çalar, varsağılar oxuyardılar. Şah İsmayıl Xətayinin «Dəhnamə»sində çoğur təsvir edilir. XII-XVI əsrlərdə bu musiqi alətini Qafqazda, Anadoluda sufilər təkyələrdə, ozanlar aşıq məclis- lərində çalardılar. 8 Bir çox qədim türk xalqlarında, həmçinin İraq türkmanları arasında da geniş yayılmış çogur bu gün Azərbaycan rutulları arasında çonqur formasında qorunub-saxlanılmışdır. Hazırda Milli Azərbaycan Tarixi Muzeyi- nin fondunda bu qədim musiqi alətimizin XIX əsrə aid nümunəsi mövcuddur. Bu qədim musiqi aləti də Azərbaycan türkləri ilə rutullar arasındakı ümumazər- baycan ənənələrinin qədim türk mənşəli köklərindən xəbər verir.
Yüzillər boyu doğma Azərbaycan torpağında yaşayan rutullar etnik rən- garəngliyi ilə seçilən Şəki-Zaqatala bölgəsində Azərbaycan türkləri və digər etnoslarla mehriban qonşuluq şəraitində yaşamış, ortaq mühitdə ortaq ənənələ- rinin yaranmasında özünəməxsus rol oynamışlar. Rutullar kökü qədim al- ban mədəniyyətinə dayanan ümumazərbaycan, hətta ümumtürk ənənələrini özünəməxsus şəkildə yaşatmağa nail olmuş, əsrlərin süzgəcindən keçirərək qoruya bilmişlər. Sayı bir neçə mindən artıq olmayan və cəmi bir neçə kənd- də məskunlaşan bu qədim etnosun günümüzədək öz dilinin, mədəniyyətinin bir sıra elementlərini qoruyub-saxlaya bilməsi, şübhəsiz ki, Azərbaycan xalqı- nın tolerantlığından, əsrlər boyu Azərbaycanda yaşayan xalqların birgəyaşayış prinsiplərinə qarşılıqlı şəkildə əməl etməsindən də irəli gəlir. Bununla da Azər- baycan tolerantlıq məkanı, multikultural dəyərlərə sadiq olan və bu sahədə zən- gin təcrübəyə və tarixi ənənələrə malik bir ölkə olduğunu, həmçinin Azərbay- canın özünü bu torpağın övladı hesab edən hər bir kəsin vətəni olduğunu bir daha təsdiq edir.
Saytda təqdim edilən materiallar M.Paşayeva və A.Qurbanovun “Biz Azərbaycanlıyıq” kitabından götürülmüşdür.