Dağ yəhudiləri

     Salam əleyküm! Aleyxem şalom! Fərqli millətlərin və dinlərin təbii et- nokonfessional qonşuluğundan, xalqlar dostluğuna dair bəlağətli çıxış və qəliz terminlərdən asılı olmayaraq onların səmimi birgəyaşayışından xəbər verən belə müsəlman-yəhudi salamlaşma tərzini bu gün dünyanın yalnız bir guşə- sində – Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədə eşitmək olar. Bu qəsəbə Azərbaycanın ən məşhur, hətta onun hüdudlarından kənarda da yax- şı tanınan yaşayış məntəqələrindən biridir. Qudyalçayın sahilində yerləşən, bəzən danışıqda «Qafqazın Yerusəlimi» və ya «kiçik İsrail» kimi də adlandırı- lan 280 yaşlı qəsəbədə ömür sürənlərin böyük hissəsi – təqribən 4 min nəfəri dağ yəhudilərindən ibarət olsa da, burada Azərbaycan türkləri, ləzgilər də bir ailə kimi mehriban yaşayırlar. Təsadüfi deyildir ki, qəsəbənin orta məktəbində Azərbaycan, ivrit, tat, ləzgi və rus dilləri tədris olunur.

Bu dostluğun təməli dərin və möhkəmdir, xalqlar arasındakı səmimi hiss- lərə, tarixi əlaqələrə, ortaq ənənə və dəyərlərə, qarşılıqlı hörmətə söykənir. Onun hər hansı bir əlavə təbliğata da ehtiyacı yox- dur. Bəlkə də, buna görə vətən, dost, qonşu, bərəkət, süfrə, məhəbbət, sevgi, düzgün, kömək, qonaq, birgə kimi onlarca ortaq kəlmə bu xalqların hər biri- nin ana dilində eyni cür səs- lənir və eyni anlamı verir. Dağ yəhudilərinin folk- loru ibrətamiz misal və nəsihətlərlə zəngindir. Bu folklor  nümunələri   tək-  cə onların unikal həyatını, dünyaya baxışlarını deyil, həm də qədim, keşməkeşli tarixinin ayrı-ayrı xoş və kədərli (sürgün) dövrləri- ni, qonşu xalqlarla sıx təmaslarını, onlara münasibətini də özündə əks etdirir. Əgər dağ yəhudisi söhbət zamanı «Mə içkesovo toј birə nitam», yəni «Mən heç kəsdən üstün deyiləm» məsəlini işlədirsə, deməli, hamının bərabər oldu- ğuna, insanların yalnız öz yolları və taleləri ilə bir-birindən fərqləndiklərinə işarə edir. Digər atalar sözündə isə insanın tutduğu yol haqqında belə deyilir:«Әri xudomənd, sədiqlү birə, rəh Tirorə qərəki rafdə». Tərcüməsi isə belədir: «Bil ki, qəlbin saf olanda getdiyin yol da düz olur». Qırmızı qəsəbədə yaşayan və ya müxtəlif səbəblər üzündən xarici ölkələrə köç edən saf qəlbli insanlar bu gün harada məskunlaşmalarından asılı olmayaraq, «doğma vətən», «ata-baba yurdu» dedikdə üzlərini Azərbaycana sarı uzanan yola tuturlar.
     Azərbaycandakı dağ yəhudiləri dini icmasının  rəhbəri  Milix  Yevda-  yev 2015-ci ildə ABŞ-ın «The Jewish Journal» nəşrində dərc etdirdiyi «Qafqa- zın Yerusəlimi: əfsanəvi Qırmızı qəsəbə» məqaləsində həmin yolun başlanğı- cına – Azərbaycana olan sevgisini belə ifadə etmişdir: «Bura xalqım üçün dünyanın tək-tük məkanlarından biridir ki, əmin-amanlıq içərisində yaşaya bilir. Mənim ailəm burada yaşayıb, mən özüm də burada doğu- lub-böyümüşəm. Həyatımda elə anlar var ki, onları xatırlayanda sanki zaman dayanır və mən həmin dövrlərə qayıdıram. Gözümün önünə va- lideynlərimlə, bacı-qardaşlarımla, digər qohumlarımla, hətta nənə-ba- bamla birgə keçirdiyim günlər gəlir... Bu gün biz yenə də Şabbat süfrə- sinin nemətlərindən zövq alırıq. Üç övladım və altı nəvəm də bizə gəlir. Onlar da mənim uşaqlıq illərində etdiyim kimi, vaxtlarının əksər hissəsini ya çay kənarında, ya da bərəkətli Quba bağlarında keçirirlər. Bura bizim Vətənimizdir, bizim Qırmızı qəsəbəmizdir. Bura Azərbaycandır». Milix Yevdayev onu da yazır ki, Azərbaycanda etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün xalqların nümayəndələri bu torpağı özlərinə bölünməz vətən bilirlər: «Təsadüfi deyildir ki, 90-cı illərin əvvəlində Azərbaycanın ərazi bütövlüyünü qorumaq məqsədilə işğalçılara qarşı mübarizədə xeyli sayda dağ yəhudisi könüllü olaraq Azərbaycan ordusuna qoşulmuşdur». Həmin döyüşçülərdən biri, ölümündən sonra «Azərbaycanın Milli Qəhrəma- nı» adına layiq görülmüş Albert Aqarunovun adını Azərbaycan xalqı həmişə uca tutur.
     
Qırmızı qəsəbə XVIII–XIX əsrlərdə də Qafqazda ən böyük yəhudi yaşa- yış məntəqəsi sayılırdı. Qəsəbənin Bakı, Dərbənd, Nalçik, Mahaçqala (keç- miş İnciqala), Qroznı şəhərlərindəki iri yəhudi icmaları, Qubanın Çıraqqala, Qusar, Rustov kəndlərindəki yəhudi məhəllələri ilə sıx əlaqələri var idi. Bəzi mülahizələrə görə isə buranın əvvəlki adı «Kulqat» olmuş, sonralar «Yəhudi slobodası», «Qırmızı sloboda» adlandırılmışdır. Hazırda qəsəbə «Qarçeyi»,«Giləki», «Ağacani», «Çapkeni», «Mizraxi», «Gilqoti», «Qisori», «Küdü- ri», «Ləxluxi» adlanan doqquz məhəllədən ibarətdir. Əslən Qırmızı qəsəbə- dən olub hazırda İsraildə yaşayan, «İfrad Barux» təxəllüsü ilə şeirlər yazan şair-publisist, folklorşünas Frida Yusufova «Zarxoy surxi» (“Qızıl xəzinə”) kitabında bu məhəllələrin adları və yaranma tarixləri haqqında bunları yazır: «XVIII əsrdən bu günədək Quba şəhərində dağ yəhudilərinin ən böyük icması yerləşir. Müxtəlif bölgələrdən Qırmızı qəsəbəyə köç etmiş dağ yə- hudiləri özləri ilə həmin məskənlərin adlarını da gətiriblər».

Məsələn, tarixi mənbələrə əsasən, Qarçeyi məhəlləsinin sakinləri Dər- bənd yaxınlığındakı Qorçok kəndin- dən, giləkilər və ağacanilər İranın Gilan vilayətindən və qərbindən, miz- raxilər Quba şəhərinin yuxarı məhəl- lələrindən, çapkenlilər Dağıstanın Axtı kəndinin yaxınlığından, qisorilər isə indiki Qusar rayonunun ərazisindən köç etmişlər. Vaxtilə Çar Rusiyası Xa- rici İşlər Nazirliyinin Asiya Departa- mentinin rəhbəri Semyon Bronevski (1763-1830) öz hesabatlarında Şirva- nın, İrəvan xanlığının, Qarabağın, İra- nın şimal hissəsinin və digər ərazilərin Azərbaycan torpaqları olduğunu qeyd etməklə yanaşı, burada məskunlaşan digər xalqların yaşam tərzinə də geniş yer vermişdir. O, Kulqatda – indiki Qır- mızı qəsəbədə yaşayan dağ yəhudiləri haqqında bunları yazırdı: «Qubanın qarşı tərəfində yerləşən Kulqat kəndinin yəhudi əhalisi öz qanunlarına riayət edirlər. Onların dörd ravvini və dörd sinaqoqu vardır. Bu kəndin sakinləri maldarlıq, baramaçılıq və bağçılıqla məşğul olur, sarasin darısı (çəltik), taxıl, arpa, çovdar yetişdirirlər». 
     
Zəngin tarixə və qədim mədəniyyətə malik olan yəhudi xalqı məşəqqətli dövrlərini də yaşamış, faciələr, vətən nisgili, kütləvi sürgünlər, itkilər, soyqı- rımlar onun yaddaşında silinməz iz buraxmışdır. Bir vaxtlar vətənlərindən zorən köçürülən, Babil dövlətinin əsarətində olan yəhudilər doğma torpaq niskilini belə ifadə etmişlər: «Biz orada, Babilistan çaylarının sahillərində oturub Sionu (Yerusəlimdə müqəddəs təpə) xatırlayır və acı-acı ağlayırdıq»
(Zəbur, 137:1). Sonralar Roma imperiyası onları bir daha öz vətənlərindən didərgin salsa da, ruhdan düşməmiş, birliyini qoruyub-saxlaya bilmiş, 2500 il çəkən vətənsizlik dövrü ərzində hər il Peysax bayramlarında tarixi ənənə, xalq yaddaşı olaraq ümidlə «Gələn bayramı Yerusəlimdə qarşılayaq!» kəlmələri- ni söyləmişlər. Nəhayət, bu gün yəhudilərin tarixi vətənlərində öz dövlətləri vardır.

Bununla belə, dağ yəhudilərinin Azərbaycan ərazisində məskunlaşma ta- rixinə və onların etnogenezinə dair hələ də müxtəlif fikir və mülahizələr dolaş- maqdadır. Çünki onların Cənubi Qafqaza miqrasiyasına dair müfəssəl dini və ya tarixi mənbələr dövrümüzə qədər gəlib çatmamışdır. Lakin dağ yəhudiləri belə hesab edirlər ki, onlar 2300 ildən çoxdur ki, bu yerlərdə yaşayırlar. İnqa Saffronun «The Philadelphia İnquirer» qəzetində dərc etdirdiyi «Qubanın dağ yəhudiləri» məqaləsində qeyd olunur ki, «dağ yəhudiləri özlərini İsrailin it- kin düşmüş tayfalarının övladları bilir, eramızdan əvvəl 722-ci ildə Yerusəlim- də Beyt-ül-Müqəddəsin – Süleyman məbədinin dağıdılmasından sonra tər- ki-vətən olub Qafqazın cənub-şərqində məskunlaşdıqlarını» iddia edirlər. Rəsmi tarixşünaslığa əsasən, onla- rın Azərbaycan ərazilərinə ilk köçü era- mızdan əvvəlki çağlara – Əhəmənilər dövrünə təsadüf edir. Yəhudi miqrasi- yasının digər mərhələsi isə V əsrin son- ları VI əsrin əvvəllərində baş vermişdir. Məzdəkilər hərəkatının zor gücünə ya- tırılmasından sonra onlara dəstək verən yəhudiləri Sasani dövləti öz ərazisindən çıxararaq Şimali Azərbaycan torpaqla- rına sürgün etmişdi. Dağ yəhudilərinin Cənubi Qafqaza – Azərbaycan xanlıqlarına sonuncu kütləvi köçü isə XVIII əsrdə İran ərazisindən – Gilandan istiqamətlənmişdir. Qubada məskunlaşanlar sonralar giləki (gilanlı), Şamaxı ətrafına köçənlər isə şirvoni (şirvanlı) adlan- dırılmışlar. XVIII əsrin ortalarında giləkilərin əsas hissəsi Kulqatda (indiki Qırmızı qəsəbədə) məskən salmış, XIX əsrdə isə şirvonilərin bir qrupu Şəki, Dərbənd və Bakı xanlıqlarının ərazilərinə köçmüşlər.
     Professor Boris Millerin tarixi-etnoqrafik araşdırmalarına əsasən, Qafqaz yəhudiləri öz əcdadlarının bu regiona köç etməsini hələ Yerusəlimdə (Qüds- də) Yeni məbədin tikintisindən xeyli əvvəl Assuriya hökmdarlarının Fələstinə işğalçılıq yürüşləri ilə bağlayırlar. Həmin icma əvvəlcə Midiyada məskun- laşmış, sonra isə Qafqaz dağlarında yerləşmişdir. Bu rəvayətin min illər ər- zində xalq yaddaşında qorunan tarixi fakt, yoxsa yəhudi xalqının müqəddəs kitablarındakı birbaşa və ya ötəri eyhamlara söykənən ehtimallar – ravvin təxəyyülünün bəhrəsi olmasını sübut etmək isə, çətin ki, mümkün olsun. Di- gər tədqiqatçı – Vsevolod Miller də əsərlərində bu məsələyə diqqət ayırmışdır. Onun fikincə, «yəhudi-tatlar» bu qənaəti təsdiqləmək üçün əsasən Tövrata – II Şahlıq Kitabının 17-ci fəslindəki 6-cı bəndə müraciət edirlər. Həmin bənd- də deyilir ki, peyğəmbər Oşiyanın şahlıq etdiyi doqquzuncu ildə assuriyalılar Şomron əyalətini zəbt etmiş, əsir götürdükləri yəhudiləri Assuriyada və «Mi- diyanın şəhərlərində yerləşdirmişlər». V.Miller Oğuz rayonundakı sinaqoqda saxlanılan və təqribən 50 il əvvəl qələmə alınmış əlyazma ilə də tanış olmuş- dur. Bu əlyazmaya əsasən, dağ yəhudilərinin əcdadları «eramızdan əvvəl 720-ci ildə Fələstindən çıxaraq Babilistana gəlmiş, burada uzun müddət yaşamış, sonra isə Bağdadı tərk edərək Madai diyarına qızılbaşlar ölkə- sinə və Şirvana köç etmişlər». Talmut (Qiduşin) təfsirçisi Şamuilin qənaə- tinə görə, «Ari Madaї diyarı» deyildikdə Azərbaycan əraziləri, Muşx şəhəri Şamaxı, Husk isə Şəki nəzərdə tutulur. Yəhudi peyğəmbəri Ezranın kitabında adı çəkilən Kaspaya hidroniminin Xəzər dənizi olduğu bildirilir. Eramızın II əsrinə aid olan Yerusəlim Talmutunda (Məgilo) isə «Darbant katibi (mirzəsi) rabbi Şimun»un adı çəkilir.
     
Bu xalqın nümayəndələri uzun müddət «yəhudi tatlar» və ya «tat yəhudilər», «Qafqaz yəhudiləri», «cuhudlar», «İsrail xalqının itirilmiş nəsli», hətta«xəzərlərin varisləri» kimi tanıdılmış, XX əsrin əvvəllərində isə «dağ yəhu- diləri» terminindən istifadə edilməyə başlanılmışlar. Azərbaycan xalqının bir parçası və ortaq mədəni dəyərlərin daşıyıcılarından biri olan dağ yəhudiləri özlərini «cuhur» adlandırırlar. Onların «Qafqaz yəhudiləri» kimi təqdim olun- ması isə etnoqrafik yanlışlıqdır. Çünki Qafqazda, o cümlədən Cənubi Qafqazda yaşayan yəhudilərin heç də hamısı, məsələn, Gürcüstan yəhudiləri həm leksik, həm də maddi-mədəni dəyərlər baxımından identik deyillər. Yəhudi xalqının etnogenezini araşdıran bir sıra alimlərin gəldiyi qənaətə görə, «dağ yəhudilə- ri» ifadəsi şərti xarakter daşıyır və bu termin XIX əsrdə bu etnoqrafik qrupu avropalı soydaşlarından – aşkenazilərdən fərqləndirmək məqsədilə elmi döv- riyyəyə buraxılmışdır.
     Azərbaycanda dağ yəhudiləri Bakı və Gəncədə, Qubada Qırmızı qəsəbə- də, Oğuz, Şamaxı, İsmayıllı və Göyçay rayonlarında məskən salmışlar. Bu gün Azərbaycanda təxminən 15 mindən çox dağ yəhudisi yaşayır. Bir sıra tədqiqatçılar onları etnik tatların dini qollarından biri – iudaizmə tapınan iran- dilli etnos kimi təqdim edir və dəlil kimi yəhudilərin digər subetnik qrupları - sefardlar və aşkenazilər ilə müqayisədə dil, adət-ənənə, yaşam tərzi və dini ayin fərqlərini misal göstərirlər. Lakin müxtəlif regionlarda bu fərqlər nə qə- dər qabarıq şəkildə görünsə də, dağ yəhudiləri həmişə özlərini İsrail qövmü kimi tanımış, xalqlarını «cuhur», dillərinə isə «zuhun cuhuri» adlandırmış- lar. Bəzən onları ərəb, fars, Gürcüstan, Buxara, Hindistan, İraq və s. yəhudiləri ilə birlikdə «mizrahim» (ərəb dilindəki «məşriqiyyun» sözündən yaranmışdır və tərcümədə «şərqlilər» deməkdir) adlandırılan subetnik qrupa da aid edirlər.


     Linqvist N.Anisimov dağ yəhudilərini tat kimi təqdim edənlərin aşağıdakı əsas arqumentlərə söykəndiklərini göstərir: «Birincisi, Assuriya hökmdarla- rının əsir edib İran və Midiyaya gətirdikləri yəhudilərlə tatların heç bir əlaqəsi yoxdur. İkincisi, Həzrət Musa təlimini xəzərlər arasında yayanlar eramızdan əvvəl VII-VIII əsrlərdə Roma istibdadından qaçan yəhudilər olmuşlar. Üçüncüsü, yəhudi inancını atəşpərəst tatlara xəzərlər və Roma- dan qaçıb Qafqaza gələn yəhudilər gətirmişlər. Dördüncüsü, yəhudi tat- lar, müsəlman və xristian tatlar vahid xalqın nümayəndələridir və onları 
bir-birindən Musaya, İsaya və Məhəmmədə etiqad ayırır». Lakin ilkin orta əsrlərdə yəhudilərin Roma təqiblərindən yayınaraq Qafqazda sığınacaq tapması, xəzərlərin missionerlik fəaliyyəti barədə faktların olmaması bu iddi- aları əsassız edir.
     Əslində, bütün fərqli rəylərin və adların elə bir əhəmiyyəti də yoxdur. Çün- ki dağ yəhudiləri vahid və monolit Azərbaycan xalqının ayrılmaz bir parçası, Azərbaycan mədəniyyətinin bir qolunun daşıyıcılarıdırlar. Çar Rusiyasının XX əsrin əvvəllərinə aid arxiv sənədlərinə əsasən, tarixi Azərbaycan ərazilərində yaşayan dağ yəhudilərinin soyadları da etnoqrafik maraq kəsb etməklə onla- rın Azərbaycan türklərinə mədəni yaxınlığının bariz nümunələrindən biridir: Zakəriyyə Yusif oğlu, Nison Yusif oğlu, Yexiel Qavril oğlu, Sasun Rafail oğlu, İlyaqu İzgil oğlu, Şalmu Xananya oğlu, İləqu Mişi oğlu, İvraim Şelmi oğlu, Mənaşir Şelmi oğlu və s. Bu gün dağ yəhudilərinin daşıdıqları adlar içərisində Gülbahar, Sevda, Elman, Rafiq, Heybət, Xanım, Baxış, Canıbəy, Elxan, Ta- hir, Tofiq, Murad, Eldar, Ruhiyyə, Mina, Füruzə, Solmaz kimi müsəlman-türk adlarına da rast gəlinir. Yeri gəlmişkən, bu adların bəziləri, məsələn, Musa, Süleyman, Rəhilə, Şamil, Səfurə, Binyəmin və s. yəhudi mənşəlidir. 
     
Minilliklər ərzində müxtələf hadisələr nəticəsində tarixi vətənlərindən didərgin düşən və halut (ivr. sürgün) şəraitində yaşayan dağ yəhudiləri ana dillərini itirsələr də, özlərini yəhudi kimi dərk edirlər. XIX-XX əsrlərdə ya- şamış görkəmli Azərbaycan tədqiqatçısı Məhəmməd Həsən Baharlı da əksər tədqiqatçılar kimi onların yəhudi kökənli olması qənaətindədir. M.Baharlı 1921-ci ildə Bakıda nəşr etdirdiyi «Azərbaycan: coğrafi, təbii, etnoqrafik və iqtisadi mülahizat» kitabında vurğulayır ki, «Azərbaycan yəhudiləri Assu- riya hökmdarlarının əsir etdikləri, sonralar Midiya ərazisinə köçürdük- ləri qədim yəhudilərin törəmələridir… Salmanasar şahın zamanında isə (eramızdan 720 il əvvəl) buradan Azərbaycana, Gürcüstana və Dağısta- na köçmüşlər».4 Onun fikrincə, dağ yəhudilərinin əcdadları müasir İranın ərazilərində yaşayarkən yerli irandilli xalqlarla – tatlarla sıx təmasda olmuş, onlarla qaynayıb-qarışmış, nəticədə dil və bir sıra milli mədəniyyət element- lərini mənimsəmişlər. Lakin fərqli qənaətlərə əsasən, həmin yəhudilərin bir hissəsi zaman keçdikcə islam dininə, bir hissəsi xristianlığın qriqorian məz- həbinə tapınmış, sonralar «dağ yəhudiləri» adlandırılan qismi isə əcdadlarının dininə sadiq qalmışdır.
     Bununla belə, tarixçi və etnoqrafların ortaq rəylərinə əsasən, onların Qafqa
za və tarixi Azərbaycan ərazilərinə kütləvi köçü eramızın V-VI əsrlərinə təsa- düf edir. VII əsrdə yaşamış alban tarixçisi Musa Kağankatlı da yazır ki, həmin dövrdə Qafqaz Albaniyasının paytaxtında – Partava (Bərdə) şəhərində «xris- tianlar, bütpərəstlər və yəhudilər də yaşayırdılar». Yəhudi səyyahı Eldad ha-Dani (IX əsr) isə qeyd edir ki, «Şimonun (Simon - Yaqub peyğəmbərin ikinci oğlunun) nəsli və Menaşenin (Yusif peyğəmbərin böyük oğlunun) nəs- linin tam yarısı Yerusəlimdən altı aylıq məsafədə yerləşən Xəzər ölkəsin- dədir». Yəhudilərin müqəddəs Şahlıq kitabına əsasən, hələ eramızdan əvvəl VI əsrdə onların bir hissəsi Assuriya və Midiya ərazilərində məskunlaşmışdır. Belə hesab edirlər ki, dağ yəhudilərinin ulu əcdadları İsrail övladlarının on nəslindən biri olan Binyamin nəslinin – Yaqubun kiçik oğlunun törəmələridir. Dağ yəhudilərinin milli mədəniyyəti zəngin və rəngarəngdir. Bu etnik mə- dəniyyətdə islam, iudaizm, türk və irandilli xalqlara xas olan mədəni qatlar da özünü aydın şəkildə büruzə verməkdədir. Əsrlər boyu Azərbaycan xalqlarının arasında yaşayan dağ yəhudiləri bu müddət ərzində özlərinin unikal adət və ənənələrini, qədim inanclarını qoruyub-yaşatmaqla yanaşı, digər etnoslara xas olan etnomədəni elementləri də təbii olaraq mənimsəmişlər. Bu proses qarşı- lıqlı olmuş, cuhurlara xas maddi və qeyri-maddi mədəni irs nümunələri qonşu xalqlar arasında da geniş yayılmışdır.
     Onların qədim qadın və kişi geyimləri şimal bölgələrində Azərbaycan türk- lərinin, tatların milli paltarlarından qətiyyən seçilmirdi. Dağ yəhudilərinin mənzilləri, məişət və kənd təsərrüfatı avadanlıqları, musiqiləri və folklorları, hətta bəzi bayram və adətləri arasında da kəskin fərq yox idi. Bəzən isə yəhudi bayramlarına qədim inancların elementləri əlavə olunurdu. Məsələn, dağ yəhu- dilərində də Novruzun analoqu olan Peysax bayramına iki həftə qalmış keçi- rilən Şaqmey vesal (Yaz tonqalı) şənlikləri baharın gəlişinə və təbiətin oyanma- sına həsr edilmişdir. Mühafizəkar din xadimlərinin qadağalarına baxmayaraq, cuhurlar bu qədim «bütpərəstlik» bayramını bu günədək qoruyub-saxlamışlar. Bayram zamanı cuhurlar bir-birinin evinə gedər, küsülülər barışar, şənlik edər, il boyu yığılıb qalmış dərd-bəlanı, pislikləri odda yandırmaq üçün tonqalın üzərindən tullanardılar. Eyni adət deyilmi? Dağ yəhudilərində Azərbaycanın digər bölgələrində Axır çərşənbə günü qızların keçirdiyi çiləçıxarma mərasimi- nin də bənzəri vardır. Qədim inanca görə, Kuşey (Aravo) bayramının yeddinci gecəsində insanların gələcək taleləri, qismətləri müəyyən olunur. Odur ki, hə- min gecə ərlik qızlar bir yerə yığışar, fal açar, mahnı oxuyub, rəqs edərdilər.
     Dağ yəhudilərində də qonaq müqəddəsdir və o, Rəbbin göndərdiyi müsafir sayılır. XIX əsrdə yaşamış rusiyalı səyyah-etnoqraf İosif Çernı (İosif-Yəhuda ben Yakov) uzun illər boyu Qafqazda yaşayan dağ yəhudiləri haqqında tapladığı etnoqrafik materialları bir araya gətirərək elmi qənaətlərini 1869-cu ildə yazdığı «Dağ yəhudiləri haqqında müxtəsər tarixi məlumat» məqaləsində əks etdirmişdir. İ.Çornı yazır: «Ev sahibi gələn qonağı özü qarşılamalı, silahı- nı almalı, atını yemləməli, süfrəyə dəvət etməli idi. Çünki bilirdi ki, nə vaxtsa həmin adamın evinə qonaq düşərsə, orada ona eyni münasibəti görəcək. Yəhudilər qonaq müsəlmanları da beləcə qarşılayırlar. Hər bir müsəlmanın yəhudi kəndində, hər bir yəhudinin isə müsəlman kəndində qonaqları vardı»

Onların süfrələri də, bi- şirdikləri xörəklərin nüsxə və adları da Azərbaycanda yaşayan digər xalqların mil- li mətbəx mədəniyyətindən o qədər də fərqlənmir. Bu- rada da süfrələri ortaq mət- bəx nümunələrimizdən olan bügləmə (buğlama), xəşil, oş (aş, plov), doqovo (do- vğa), gürzə, qocol (kükü), inqar (xəngəl), dolma kimi xörəklər bəzəyir. Dağ yəhu- dilərində də xörəklərin şahı plov sayılır. Plovun üzərinə qoyulan, ət, kişmiş, gavalı, ərik qurusu, soğan və şabalıddan bişirilən qovur- maya «nuxoruş» deyirlər. «Tərə» adlanan göyərti xörəyinə da Azərbaycanın müxtəlif guşələrinin yerli mətbəxində rast gəlmək olar. Bunda başqa, dağ yə- hudilərinin mətbəxində oş şomo-küftə (Azərbaycan türkcəsində: döymə plov), Şirvan dolması, oş lobeyi (lobyalı aş), çudu geniş yayılmışdır.
     Dağ yəhudiləri haqqında ilk etnoqrafik monoqrafiyanın müəllifi, XIX əs- rdə yaşamış etnoqraf İlya Şerbetoviç Anisimov «Qafqazın dağ yəhudiləri» kitabında onların mətbəxi haqqında yazır: «Qonağın şərəfinə və ya bayram günlərində süfrəyə ən yaxşı və ən sevilən xörəklərdən «şişlik», sirkə və sa- rımsaqla yeyilən «xingəl», xəmirin arasına qoyulan ət, yumurta və quy- ruqdan ibarət «gürzə», kələm və ya çuğundur yarpağına bükülən qıyma ət- «dürma» («dolma» nəzərdə tutulur), göyərti, ət və düyüdən bişirilən «tərə» aşı, «çudu» və «yəxni» qoyulur».6 Qeyd edək ki, qədim türk xalqlarının etnik mətbəx nümunələrindən biri olan yəxninin adına «Kitabi-Dədə Qorqud» epo- sunda da rast gəlinir.

     O da maraqlıdır ki, əsl adı «Yeliaqu ben Şərbət Nisimoğlu» olan İlya Anisi- mov Dağıstan ərazisində yaşayan dağ yəhudilərindən idi və 1862-ci ildə Tarki şəhərində doğulmuşdu. Atası Şərbət vaxtilə Şeyx Şamilin tərəfdarlarından biri olmuş, Rusiya təbəəliyini qəbul etdikdən sonra «Nisimoğlu» soyadını götür- müşdü. İ.Anisimov Qafqazda dağ yəhudilərinin məskunlaşdığı bütün yaşayış məntəqələrini gəzərək xalqının qədim adət və ənənələrini, məişətini, həyat tərzini öyrənmiş, bu gün də qiymətli elmi mənbə sayılan zəngin və unikal etnoqrafik, tarixi, linqvistik və statistik materiallar toplamışdır.

Tarixçilərin fikrincə, əvvəllər dağ yəhudilərinin əsas hissəsi indiki Dağıs- tan Respublikasının cənub hissəsində yaşamış, lakin təqiblər və talanlar üzündən bu yerləri tərk etmək məc- buriyyətində qalmış, Quba hökmdarı Hüseynəli xana (1722–1758) pənah gətir- mişdilər. Xanın fərmanı ilə burada məskunlaşan dağyəhudiləri sonralar özlərini digər yəhudilərdən fərqləndirmək üçün quboyi (qubalı) də adlandırmağa başlamışlar. Kulqatın – Qırmızı qəsəbənin təməlinin qoyulması məhz həmin dövrə təsadüf edir.
     1722-ci ildə Hüseynəli xanın fərmanı ilə Qudyalçayın sahilində, «Qala düzü» adlandırılan ərazidə onun himayəsinə sığınmış dağ yəhudilərinin məs- kunlaşması üçün ərazi ayrılmış və 1731-ci ildən etibarən onların buraya kütlə- vi köçü başlamışdır. Hüseynəli xanın oğlu Fətəli xanın hakimiyyətdə olduğu illərdə (1758–1789) bu proses daha da genişlənmiş, Dağıstandan, Bakıdan, İrandan və Türkiyədən gəlmiş yəhudi ailələri burada məskunlaşmış, onların sərbəst dini ibadət etməsi, bağçılıq, ticarət və sənətkarlıqla məşğul olmaları 
üçün əlverişli şərait yaradılmışdır.7 Fətəli xanın yəhudilərə həmişə xeyirxah münasibət göstərməsi, onları təqiblərdən qoruması bu gün də dağ yəhudiləri- nin yaddaşlarından silinməmişdir. Onlar indi də Fətəli xanı yəhudiləri qoru- yan mərhəmətli və ədalətli hökmdar kimi xatırlayırlar.
     Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə çarizm rejimin- dən qurtulan bütün xalqlar kimi dağ yəhudilərinin həyatında da dönüş mər- hələsi oldu. Onların da hüquq və azadlıqlarının qorunmasına, milli mədə- niyyətlərinin inkişafına geniş təminatlar verildi. AXC-nin parlamenti ölkədə yaşayan bütün xalqlara təmsil olunma hüququ verən ilk qanunverici orqan olmaqla yanaşı, Şərqdə tolerantlığın və etnik bərabərliyin ilk nümunəsi kimi təsbit edildi. Həmin dövrdə dövlət idarəetmə orqanlarında müxtəlif vəzifələr- də, həmçinin maliyyə, səhiyyə, əmək naziri kimi rus, yəhudi, hətta erməni mənşəli məmurlar da çalışmışlar. Hələ 1919-cu ildə Bakıda Yəhudi Xalq Un- versiteti təsis edilmiş, yəhudi-tat (cuhur) dilində kitab, qəzet və jurnalların nəşrinə başlanılmışdı. 2013-cü ildə İsrailin Tirat-Karmel şəhərində AXC-nin yaranmasının 95-ci ildönümü münasibətilə keçirilmiş tədbirdə «Azərbay- can-İsrail» (AZİZ) təşkilatının üzvü Arye Qutun çıxışı bu baxımdan yaddaqa- lan olmuşdur. O qeyd etmişdir ki, cəmi 23 ay mövcud olmuş AXC-nin hər bir tarixi səhifəsi hazırda Azərbaycandan köçüb İsraildə yaşayan yəhudilər üçün əzizdir. Onu da xatırladıb ki, AXC-nin ilk hökumətində səhiyyə naziri yəhudi əsilli Yevsey Gindesin olması Azərbaycan xalqının tolerantlığının və yəhudi xalqına münasibətinin bariz nümunəsidir.
     Lakin AXC-nin süqutu dağ yəhudilərinə münasibətdə də vəziyyəti kəskin şəkildə dəyişmişdir. Belə ki, onların etnik kimliyinin təhrif olunmasına, rəsmi sənədlərdə «yəhudi» deyil, «tat» kimi tanıdılmasına başlanılmışdır. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından dərhal sonra burada yaşayan 300 dağ yəhudisi ailəsi (onların arasında Qırmızı qəsəbə sakinləri də var idi) bolşevik rejiminin gözlənilən təqiblərindən xilas olmaq üçün ta- rixi vətənlərinə mühacirət etmişdilər. Çar Rusiyası və SSRİ ərazisindən indiki İsrail dövləti torpaqlarına ilk kütləvi yəhudi köçü sayılan həmin qrupun nü- mayəndələri orada da icma halında yaşamağı üstün tutmuş, Təl-Əviv, Hayfa, Akşelon və digər şəhərlərində özlərinə xas olan işuvlar - «Qafqaz məhəllələ- ri» salmışlar. Onlar özləri ilə tarixi vətənlərinə Azərbaycan mədəniyyətinin bir parçasını – musiqisini, ənənələrini, mətbəxini və s. də gətirmişlər. Təsadüfi 
deyildir ki, bu gün İsraildə yaşayan dağ yəhudilərinin toy və ailə şənlikləri, süfrələri Azərbaycandakı məclislərdən seçilmir, burada Azərbaycan musiqisi və rəqsləri ilə yanaşı, ortaq milli mətbəx nümunələrinə də rast gəlinir.
     İosif Stalinin hakimiyyətdə olduğu illərdə isə SSRİ ərazisində bütün yəhu- dilərə, o cümlədən dağ yəhudilərinə qarşı təqiblərin miqyası daha da artmışdı. Kommunist rejimi bir tərəfdən dağ yəhudilərinin tarixi vətənləri ilə istənilən əlaqələrini yasaqlamış, digər tərəfdən onların özlərini etnik yəhudi kimi dər- kinə ciddi məhdudiyyətlər qoymuşdu. Üstəlik, ötən əsrin 30-40-cı illərində rəsmi Kreml orta məktəblərdə ivrit və cuhuri dillərinin tədrisini qadağan et- miş, bu dillərdə kitab və dövri nəşrlərin çapını dayandırmışdı. Bütün bunlar yəhudilərdə SSRİ-dən Avropa, Amerika və Yaxın Şərqə miqrasiya meylinin artmasına səbəb olmuşdu.

     1991-ci ildə Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən son- ra burada yaşayan bütün etnik qruplara münasibətdə siyasi maneələr aradan qaldırılmış, cuhurların da milli kimliklərinin tanınmasına, ana dillərinin, mə- dəniyyətlərinin qorunub-inkişaf etdirilməsinə əlverişli şərait yaradılmışdır. Bu gün dağ yəhudiləri Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməklə yanaşı, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanın təbliğində, onun maraqlarının müdafiəsində fəal iştirak edirlər. Onlar eyni zamanda Azərbaycan Respublika- sı və İsrail dövləti arasında əməkdaşlığın, mədəni, siyasi və iqtisadi sahələrdə 
əlaqələrin qurulmasında da mühüm rol oynayırlar. Yeri gəlmişkən, son dövrlər- də İsrail dövlətində də Azərbaycanda yaşayan dağ yəhudilərinin mədəniyyə- tinə maraq artmaqdadır. Məsələn, Yerusəlim Universitetinin Yəhudi İncəsənə- ti Mərkəzi dəfələrlə Azərbaycana etnoqrafik ekspedisiyalar təşkil etmiş, İsrail muzeylərində dağ yəhudilərinin mədəniyyətini əks etdirən sərgilər keçirilmiş, cuhuri dilində kitab və dövri nəşrlər işıq üzü görmüşdür.9 Dağ yəhudiləri dün- yanın hansı guşəsində məskunlaşmalarından asılı olmayaraq, Azərbaycanla, Qırmızı qəsəbə ilə əlaqələrini kəsməmişlər. Bu gün Azərbaycanda, İsraildə və dünyanın ayrı-ayrı ölkələrində yaşayan dağ yəhudiləri arasında tanınmış alim və tibb işçiləri, bəstəkar və yazıçılar, siyasətçilər, incəsənət xadimləri, iş adamları və generallar vardır.
     1993-cü ilin sentyabr ayında Bakıda Azərbaycan, Gürcüstan və Dağıstan ravvinlərinin birgə seminarı keçirilmiş, 1994-cü ildə Azərbaycanda yəhudilərə dini təhsil verən yeşiva (Tövratın tədqiqi məktəbi) açılmışdır. Həmin ildən eti- barən Bakının bir neçə ali təhsil müəssisəsində ivrit dilinin tədrisi təşkil edil- miş və iki liseyin dərs proqramına əlavə fənn kimi daxil edilmişdir. 1999-cu ildən Bakıda dini təmayüllü orta məktəb də fəaliyyətə başlamışdır. Elə həmin il Bakıda «Or Avner Habad» gündüz məktəbi ilk dinləyicilərini qəbul etmiş, 2007-ci ildə isə eyni adlı mərkəzin təməli qoyulmuşdur.
     Bu gün təkcə Bakıda ayrı-ayrı yəhudi qrupları – aşkenazilər, cuhurlar qürcimlər (Gürcüstan yəhudiləri) üçün üç sinaqoq fəaliyyət göstərir. 2001- ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında «Qafqazın dağ yəhudiləri» mövzusunda beynəlxalq konfrans təşkil olunmuşdur. Konfrasnda yerli alimlər, dağ yəhudiləri icmasının nümayəndələri ilə yanaşı bir sıra xarici ölkələrdən gəlmiş yəhudi diasporunun üzvləri, mütəxəssislər iştirak etmişlər. 2011-ci ildə isə Bakıda dağ yəhudilərinin sinaqoqu əsaslı təmir edilərək din- darların ixtiyarına verilmişdir. Bütün yenidənqurma işlərinə çəkilən xərcləri Azərbaycan dövləti öz üzərinə götürmüşdür.
     Hazırda Azərbaycan Respublikası dünyaya örnək olan tolerantlıq, multi- kulturalizm siyasətinin yeni modelini nümayiş etdirir. Prezident İlham Əliyev Azərbaycanın şimal bölgələrinə səfərləri zamanı tez-tez Qırmızı qəsəbədə olmuş, buradakı sakinlərlə görüşmüşdür. Dövlət başçısı həmin görüşlərin bi- rində bu barədə demişdir: «Dağ yəhudiləri də öz işi, əməyi, Vətənə olan sədaqəti ilə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində çox böyük iş- lər görmüşlər. Həm burada, həm başqa ölkələrdə yaşayan, amma qəsəbə ilə əlaqəni qırmayan vətəndaşlarımız Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verirlər. Mən hər dəfə Qubada olarkən çalışıram ki, buraya da gəlim, vətəndaşlarla görüşüm. …Mən görürəm ki, qəsəbənin sakinləri necə böyük sevgi ilə, məhəbbətlə, zövqlə öz qəsəbələrini abadlaşdı- rırlar. Bu gözəl binalar inkişafın təzahürüdür. Bu qəsəbədən olan vətən- daşlar indi müxtəlif ölkələrdə yaşayırlar, qəsəbəni unutmurlar, gəlirlər belə gözəl yerlər yaradırlar. Azərbaycan burada yaşayan bütün xalqların vətənidir. Dağ yəhudiləri burada əsrlər boyu yaşayırlar və Azərbayca- nın üstünlüyü, o cümlədən, bax, bu birlikdədir».

2013-cü ilin iyun ayının 13-də Azərbaycanın dağ yəhudiləri icması üçün   böyük və rəmzi mahiyyət daşıyan hadisə baş vermişdir. İlk dəfə olaraq yəhudilərin  müqəddəs  kitabı - «Sefer-Tora»nın («Qanun kitabı») əlyazması Bakıdakı sinaqoqa gətirilmişdir. Mə- rasimdə xarici ölkələrdən gəlmiş dağ yəhudiləri ic- malarının rəhbərləri, Azər- baycan Respublikası Milli Məclisinin üzvləri, din xa- dimləri, xarici diplomatik korpusların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Dağ yəhu- diləri  dini  icmasının sədri Milix Yevdayev bu böyük etimadı – müqəddəs kitabın Bakıya hədiyyə olaraq verilməsini şərh edərkən hamının ürəyindən xəbər verən bu sözləri demişdir:«Müqəddəs Tövratın Bakıya gətirilməsi təkcə yəhudi icması üçün deyil, Azərbaycan üçün də əlamətdar hadisədir. Bu kitab vətənimiz Azərbay- canın birliyi və xoşbəxtliyi üçün xeyir-dualarımızın mənbəyi olacaqdır».

 

Saytda təqdim edilən materiallar M.Paşayeva və A.Qurbanovun “Biz Azərbaycanlıyıq” kitabından götürülmüşdür.