Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin və Axısxa Türkləri İcmasının BƏYANATI

 Azərbaycanda yaşayan Axısxa türkləri olaraq mənfur Ermənistan hakimiyyətinin Azərbaycan torpaqlarına qarşı törətdiyi təcavüzünü siddətlə qınayırıq. Hər zaman olduğu kimi Vətən torpaqlarımızın təhlükədə olduğu bu günlərdə də Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan yüzlərlə əli silah tutan Axısxa türklərinin gəncləri könüllü olaraq Azərbaycan torpaqlarının bütövlüyü uğrunda mübarizəyə hazır olduğunu bildirirlər. 

   Hal-hazırda belə ordu sıralarında yüzlərlə Axısxa türkü zabit və əsgərlər xidmətlərini şərəflə yerinə yetirirlər. Qeyd edək ki,  1990-cı illərdən başlayaraq Vətənimizin ərazi bütövlüyü uğrunda 90 şəhid və yüzlərlə qazisi  olan  Axısxa türklərinin döyüş meydanlarında düşmənə qorxu salan igidləri olmuşdur. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Axısxa türkü İskəndər  Aznaurovdur(Topçu İskəndər). 

   İllərdir Azərbaycan türkləri ilə bərabər dostluq və qardaşlıq şəraitində çiyin çiyinə yaşayırıq. Qeyd edək ki,  Azərbaycan Axısxa türklərinə hər zaman dəstək olmuş, sürgünlər görmüş millətimizə daim sahib çıxmışdır. Bunun üçün biz Axısxa türkləri Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Vətənimizin ərazi bütövlüyü uğrunda apardığı siyasəti dəstəkləyir və döyüşə hər zaman hazır olduğumuzu bildiririk. 

Yaşasın müzəffər və rəşadətli Azərbaycan Ordusu!

Azerbaycanda yaşayan Ahıska Türkleri VATAN İctimai Birliyi İdarə Heyətinin və İcmanın Sədri İsmayıl Rəhimov

Etiketlər