Bakı BeynəlxalqMultikulturalizm Mərkəzinin Ukraynanın dövlət ali təhsil ocaqlarında Azərbaycan multikulturalizm modelinin təbliğ olunması istiqamətində keçirdiyi seminarlar və esse müsabiqəsi davam edir.
Bu dəfə Ukraynanın Xarkov şəhərində yerləşən Dövlət Dəmir Yolu Universitetində tələbələrə Azərbaycan multikulturalizmi haqqında məlumat verilib. Maraqlıdır ki, universitet işçilərinin sayına görə Ukraynada liderdir - 600 nəfərdən çox. Bəzi məlumatlara görə, Azərbaycandan ən çox tələbə qəbul edən məhz bu universitetdədir