Multikulturalizm Mərkəzinin İcraçı direktoru İsveçrədə seminarda iştirak edib

 

cenevre-fotoAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Silahlı quvvələr üzərində Demokratik nəzarət üzrə Cenevrə Mərkəzinin təşəbbüsü ilə İsveçrənin Frayburq universiteti nəzdində fəaliyyət göstərən Federalizm İnstitutunda “Azərbaycanda və İsveçrədə multikulturalizmin və dünyaviliyin ortaq dəyərləri” mövzusunda seminar keçirilib. Seminarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru, professor Azad Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Strateji araşdırmalar Mərkəzinin əməkdaşları Tahirə Allahyarova və İlqar Dadaşov, Federalizm İnstitutunin nümayəndəsi professor Eva-Maria Belser, Fransa Xarixi İşlər Nazirliyinin nümayyəndəsi, cənab Filipp Lefort və Frayburq Universitetinin hüquqşunası, professor Daniel Vorner məruzə ilə çıxış ediblər.
Seminarda BBMM-in İcraçı direktoru Azad Məmmədov Azərbaycan multikulturalizmi və tolerantlığı ənənələrindən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və fəaliyyətindən, Azərbaycan multikulturalizmi modelindən və bu modelin dünyaya tanıdılmasından əraflı söhbət açıb. Professor Azad Məmmədov “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkələrin universitetlərdə tədris olunmasından bəhs edib və bu fənnin növbəti semestrdən etibarən İsveçrənin Frayburq Universitetində də tədris olunacağını vurğulayıb. BBMM-in İcraçı direktoru bildirib ki, “Azərbaycan multikulturalizmi” fənnini öyrənən tələbələr tədris müddətində Azərbaycan ictimai-fəlsəfi fikir tarixində yer alan tolarantlıq, multikulturalizm ideyaları ilə, müasir dövrdə Azərbaycanda multikulturalizm sahəsində həyata keçirilən fəaliyyətlə tanış olacaq, multikulturalizmin Azərbaycan modelinin mahiyyətini, xüsusiyyətlərini və üstünlüklərini daha dərindən anlayacaqlar. Azad Məmmədovun çıxışı seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və bu səbəbdən BBMM-in İcraçı direktoru növbəti gün ayrıca olaraq Frayburq Universitetinin Sosyal Elmlər kafedrasının professor-müəllim heyəti ilə görüşə dəvət olunub.
Görüşdə professor Azad Məmmədov Azərbaycan Respublikasının multikulturalizmi özünün dövlət siyasəti bəyan etməsindən, Ölkə Başçısı cənab İlham Əliyevin bu sahədə apardığı unikal və məqsədyönlü işdən, bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycanda əldə olunan münbit multikultural və tolerant mühitdən danışıb.
Görüşün sonunda Azərbaycan multikulturalizmindən bəhs edən kitabın İsveçrədə nəşr olunması qərara alınıb və bu kitabın giriş hissəsinin yazılması Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru, professor Azad Məmmədova təklif olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidməti
29 mart 2015-ci il

Запись Multikulturalizm Mərkəzinin İcraçı direktoru İsveçrədə seminarda iştirak edib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.