“Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq” mövzusunda seminar işini yekunlaşdırıb

 

14761088161241747748_1000x669

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə keçirilən "Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq" mövzusunda ikigünlük seminar bu gün də işini davam etdirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Din və Etiqad Azadlığı üzrə aparıcı məsləhətçisi Kishan Manochanın moderatorluğu ilə keçirilən “Dinlərarası dialoqda effektivliyin artırılmasında faydalı örnəklər” mövzusunda panel iclasda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, Mərkəzin müşaviri Aytən Qəhrəman, sözügedən qurumun əməkdaşları Rəşad İlyasov, İrina Kunina və Sərxanbəy Xudiyev, DQİDK-in və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun əməkdaşları iştirak edib.

İclasda Avropa Kilsələri Şurasının İnsan hüquqlari və əlaqələr üzrə icraçı katibi Elizabeta Kitanoviç, DQİDK-nin Xarici Əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli və Avropa Dinlərarası Gənclər Şəbəkəsindən gənc buddist Qabrielle Vestheadin çıxışlarında vurğulanan tolerantlıq və qarşılıqlı hörmət, dini etiqad azadlığına gətirib çıxaran dinlərarası dialoqa töhfə verən uğurlu strategiya və mənbələrin mövcudluğu, müxtəlif dini icmaların arasında dialoqun icra olunmasının təmini və hökümətin bu məsələdə rolu, dinlərarası dialoqa dəstək- bu sahədə həyata keçirilən siyasi xətt və   beynəlxalq təşkilatların effektiv əməkdaşlığı, dinlərarası səmərəli dialoqun təşviqində gənclərin rolu məsələləri, ATƏT arealında mövcud olan din və etiqadların azadlığının təşviqi məqsədilə görülən işlər müzakirə edilib, fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Etibar Nəcəfov Dövlət müşaviri Kamal Abdullayevin adından seminar iştirakçılarını salamlayaraq Azərbaycanın multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşdığını, bu siyasətin nəticəsində ölkəmizdə dini etiqad azadlığının təmin olunduğunu, rəsmi fəaliyyət göstərən bütün dini icmaların qanun qarşısında eyni məsuliyyət daşıdıqlarını və dini radikalizmin qarşısının alındığını deyib.

BBMM-in əməkdaşı Sərxanbəy Xuduyev diskussiyalar zamanı qurumun fəaliyyəti, Azərbaycanın multikulturalizm təcrübəsinin dünya gəncləri arasında təbliği və təşviqi istiqamətində mərkəzin həyata keçirdiyi layihələr haqqında məlumat verib: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığı iki ildən artıq müddət ərzində Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin  dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirməkdədir.

Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir.

Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi  BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 20, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini  multikultural və tolerant dəyərlərin qorunub yaşandığı  ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, mütəmadi olaraq təşkil olunan beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə Azərbaycana olan maraq məhəbbətə çevrilib. 2016-cı ilin yayında təşkil olunan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı beynəlxalq multikulturalizm yay məktəbində Çin, İndoneziya, Nigeriya, Almaniya, Polşa, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Yəmən və İrlandiyanın 18 universitetdən 40-dan artıq gənc iştirak edərək Azərbaycanın dini və etnik dəyərləri ilə əyani tanış olmaq imkanı əldə etdilər. III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində layihədə iştirak edən Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Amerikan Kollecinin tələbəsi Dimitrios Asproulisin  öz təşəbbüsləri ilə yaratdıqları “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubu hazırda öz ətrafına dünyanın onlarla  gəncini toplayaraq sıralarını genişləndirir. Bütün bunlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin  dinlərarası dialoqun səmərəli təşkilinə verdiyi çoxsaylı töhfələrdəndir”.

Seminarın “Dəyişiklik üçün dialoq: növbəti addımlar” mövzulu panel iclasında maarifləndirmə məqsədilə keçirilən ikigünlük seminarın əhəmiyyəti yüksək dəyərləndirilib. Qeyd olunub ki, seminarin məqsədi Avropa məkanında və dünyada dinlərarası dialoqun təşviq edilməsi, bu sahədə dünya ölkələri və Azərbaycanın təcrübələrinin bölüşdürülməsidir.

DQİDK-nin sədrinin birinci müavini Səyyad Salahlının bağlanış nitqindən sonra  sonra seminar işini yekunlaşdırıb.

Запись “Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq” mövzusunda seminar işini yekunlaşdırıb впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.