SDU-da “Azərbaycan multikulturalizmi” mövzusunda mühazirə keçirilib

 

FullSizeRender(9)Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Rəvan Həsənov Sumqayıt Dövlət Universityetininin müəllim və tələbə heyətinə “Azərbaycan multikulturalizminin siyasi-hüquqi əsasları və tarixi inkişafı” mövzusunda mühazirə oxuyub.

Mühazirənin əvvəlində Universitetin prorektoru Nizami Namazov çıxış edib və Azərbaycanda qədim ənənələrə malik olan multikulturalizm və tolerantlıq mədəniyyətinin ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam və inkişaf etdirməsindən danışıb.

Bir saat davam edən mühazirənin sonunda iştirakçıları maraqlandıran suallar Rəvan Həsənov tərəfindən cavablandırılıb.

Mühazirə “Azərbaycan multikulturalizmi” fənni proqramına müvafiq olaraq il boyu ölkəmizin müxtəlif bölgələrində keçirilməsi planlaşdırılan “Azərbaycan multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində keçirilib.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
 

Запись SDU-da “Azərbaycan multikulturalizmi” mövzusunda mühazirə keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.