Portuqaliyada “Azərbaycan günü” keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Portuqaliyanın Lusofona universitetinin təşəbbüsü ilə Portuqaliyanın Alfragide və Real kolleclərində ölkəmizə həsr edilən “Azərbaycan günü” tədbirləri keçirilib.
Tədbirlərdə tələbələrlə yanaşı kollecin müəllim kollektivi də iştirak edib. Tədbirlərin proqramı Azərbaycanın multikulturalizmi, mədəniyyəti, dili, adət-ənənləri və folkloru mövzularına həsr edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yerli və xarici ölkələrdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində Portuqaliyanın Lusafona universitetində fənni tədris edən Maya Cəfərquliyeva və Alfragide kollecinin direktoru, professor Xose Romao və Real kollecin direktoru, professor Teresa Rosario Damasio çıxışlarında təhsildə mədəniyyətlərarası dialoqun rolundan və müasir dünyada tolerantlığın əhəmiyyətindən danışıblar. Azərbaycan və Portuqaliya arasında mədəniyyətlərarası dialoqun inkişafı da günün mövzuları arasında olub.Tədbir iştirakçıları Azərbaycan multikulturalizminə və mədəniyyətinə çox böyük maraq göstəriblər.
“Azərbaycan günü” tədbirlərində iştirakçıların əl işlərinin təqdimatları də təşkil edilib. Tədbirlərdə iştirak edən tələbə və müəllimlər öz istedadlarını və bilik bacarıqlarını nümayiş etdirmək məqsədilə müxtəlif incəsənət nümunələrini təqdim ediblər.
Tədbirlər iştirakçıların Azərbaycan çayı və şirniyyatlarına qonaq edilməsi ilə başa çatıb.
Запись Portuqaliyada “Azərbaycan günü” keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.