Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri Mərkəzin qonağı olub

Yanvarın 17-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycanda səfərdə olan Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri şeyx Faiq Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.   

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan HAəsənov qonaqlara Mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verib və eyni zamanda iki qurum arasında gələcəkdə əməkdaşlıq münasibətlərinin qurulması barədə fikirləri bölüşüb. 
GMİ-nin rəhbəri şeyx Faiq Nəbiyev qəbula görə təşəkkürünü bildirərək Mərkəzlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Qonaq həmçinin, dünyada örnək olan Azərbaycanın multikulturalizm modelinin digər dövlətlər üçün də maraq kəsb etdiyini qeyd edib, nümunəvi birgəyaşayış modelinin önəminə diqqət çəkib.  
Görüşdə nümayəndə heyətinin üzvləri, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Müfti Salman Musayev və Mərkəzin əməkdaşları iştirak edib.

Sonda qonaqlara Mərkəzin nəşr etdiyi kitablar hədiyyə edilib.

Etiketlər