Multikulturalizm Mərkəzində görüş keçirilib

Beynəlxalq Bəhai İcmasının BMT-dəki nümayəndələri Bani Duqal və Daniel Perell Bakıdakı səfər çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar.  Qonaqları salamlayan BBMM-in icraçı direktoru Rəvan Həsənov Azərbaycanın multikulturalizm siyasəti haqqında danışıb. O, Azərbaycan multikulturalizm modeli, ölkəmizdəki tolerant və multikultural mühit barədə geniş məlumat verib. Sonra R.Həsənov Multikulturalizm Mərkəzinin fəaliyyəti, həyata keçirilən layihələr və nəşrlərdən söz açıb. Qonaqlar qəbul üçün təşəkkürlərini bildirərək, mümkün əməkdaşlıq imkanlarının müzakirəsi ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərov da iştirak edib. Sonda qonaqlara Multikulturalizm Mərkəzinin ingilis dilində nəşr etdiyi kitablar hədiyyə olunub.

Etiketlər