2020-ci ilin sentyabr ayının 2-də və 3-də Bakıda «Şimali və Şərqi Qafqazda, Cənubi Qafqazda yaşayan yəhudilərin irsi və mədəniyyəti» mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
BİLDİRİŞ
2020-ci ilin sentyabr ayının 2-də və 3-də Bakıda «Şimali və Şərqi Qafqazda, Cənubi Qafqazda yaşayan yəhudilərin irsi və mədəniyyəti» mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
Konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan İlahiyyat İnstitutunun, İsrailin Bar-İlan Universitetinin yanında Aaron və Rahel Dahan adına İspaniya və Şərq yəhudiləri icmalarının mədəniyyət, təhsil və irsinin öyrənilməsi Mərkəzinin, eləcə də Akşelon Akademik Kollecinin birgə təşkilatçılığı ilə təşkil olunur.
Konfransda iştirak etmək istəyən tədqiqatçılara aşağıdakı mövzular üzrə çıxışlar hazırlamaq tövsiyə olunur:
- İcma və ailə
- İcmalararası münasibət
- Sosial-iqtisadi status
- Ədəbiyyat, bədii yaradıcılıq və teatr
- Əlyazmalar və ilahiyyat
- Milli və etnik kimlik
- Cuhur dili, onun statusu və bu barədə tədqiqatlar
- Yəhudi dilləri və lokal dialektlər
- Multikulturalizm
- Gender araşdırmaları
- Sionizm hərəkatı və aliya (İsrailə repatriasiya)
- İkinci Dünya müharibəsi və yəhudi xalqının faciəsi
- Yəhudiliyin coğrafi məkanları
Konfransın akademik komissiyası digər yaxın mövzulara dair ərizələri də nəzərdən keçirəcəkdir.
Konfransda iştirak etmək istəyən tədqiqatçılar bu barədə ərizə ilə müraciət etməlidirlər. Ərizəyə məruzənin tezisləri (250 söz) və iştirakçının qısa tərcümeyi-halı daxil olunmalıdır. Ərizədə iştirakçının elektron ünvanı mütləq göstərilməlidir.
Ərizələr 2020-ci ilin fevral ayının 3-dək göndərilməlidir. Ərizələri Bar-İlan Universiteti yanında Daan Mərkəzinə (dahan.center@biu.ac.il) göndərilməsi xahiş olunur.
Konfransın materialları elmi rəylərin (peer review) nəticələrinə görə xüsusi toplu şəkilində nəşr olunacaqlır.
Tədbir ingilis, rus və ivrit dillərində keçiriləcəkdir.
Call for Papers-THE HERITAGE CULTURE OF THE JEWS IN THE NORTH AND WEST CAUCASUS
Международная Конференция, Баку
קול קורא -מורשתם ותרבותם של יהודי צפון הקווקאז ומזרחו