Kamal Abdulla: Azərbaycanda multikultural dəyərlər son dərəcə yüksək qiymətləndirilir

Azərbaycanda multikultural dəyərlər son dərəcə yüksək qiymətləndirilir. Bu, həm Azərbaycan dövlətinin apardığı siyasətin tərkib hissəsidir, həm də xalqımızın canından, qanından gələn hisslərdir.

Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru professor Kamal Abdulla Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı panel sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev başqa dinin nümayəndələrinə, digər millətlərə hər zaman böyük hörmətlə yanaşırdı.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bütün konfessiyalara, milli müxtəlifliklərə eyni siyasi münasibəti bəsləməsi ilə multikultural təhlükəsizliyi təmin edib.

“Hər dövlətin bir çox təhlükəsizlik doktrinaları var. Ölkəmizin əsas məqsədi bütün konfessiyaların, milli azlıqların nümayəndələrinin özlərini Azərbaycanda rahat, bərabər hiss etməsidir. Azərbaycan Prezidenti bütün konfessiyalara eyni münasibət bəsləyir. Heç bir konfessiyanı, milli icmanı digərindən ayırmır. Bu, dövlətimizin başçısının verdiyi qərarlarda da özünü göstərir”, - deyə Kamal Abdulla vurğulayıb.

Etiketlər