Prezident İlham Əliyev: " Multikulturalizm Azərbaycanın Həyat tərizidir"

 

“Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik. 2008-ci ildə Azərbaycan tərəfindən başladılmış “Bakı Prosesi” müsəlman dünyası və Avropa arasında dialoq və əməkdaşlığın möhkəmləndirilməsi məqsədini daşıyır, həmçinin BMT tərəfindən dəstəklənir. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə “mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma” kimi tanınmışdır”.
Bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı bildirib.
2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirildiyini deyən Prezident İlham Əliyev əlavə edib ki, bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarına və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir: “Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə olmuşdur”.
2016-cı ildə Roma Papasının Azərbaycana səfərini xatırladan dövlət başçısı bildirib ki, bu ilin fevral ayında mənim Vatikana səfər edib: “Papa Fransisklə görüşüm olmuşdur. Görüş zamanı Papa Fransisk Azərbaycanı “əsl tolerantlıq nümunəsi” adlandırmışdır”.
Ölkə Prezidenti əlavə edib ki, Azərbaycan dini abidələrin – məscid, kilsə və sinaqoqların bərpasına çox böyük önəm verir. “Biz müxtəlif ölkələrdə belə dini və tarixi abidələrin bərpası ilə bağlı birgə layihələr həyata keçirmişik”.