Əziz Ələkbərli: Tariximizin sübut olunması milli məsələdir
Tariximizin sübut olunması milli məsələdir. Biz tarixin saxtalaşdırılması ilə bağlı çürük təfəkkürü ermənilərin beynindən sökməyə nail olmalıyıq və bunun üçün Azərbaycanın tarixini sübut edən xəritələrin yenidən çapına böyük ehtiyac duyulur.
Bunu Qərbi Azərbaycan İcmasının sədri, Millin Məclisin deputatı Əziz Ələkbərli “Qafqaz diyarının xəritəsi – Tiflis, 1847-ci il” nəşrinin fevralın 20-də keçirilən təqdimatı zamanı deyib.
Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən və görüləcək işlərdən danışan Ə.Ələkbərli icma olaraq tətbiqi mümkün bütün imkanlardan istifadə edəcəklərini diqqətə çatdırıb.