Kəlbəcər məktəbliləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində

 

kelbecer mekteblileri BBMM-de

Noyabrın 25-də “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin təşəbbüsü ilə Xırdalandakı 20 saylı Kəlbəcər orta məktəbinin şagirdləri Bakı   Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.

“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov  bildirib ki,  birliyin təşəbbüsü ilə “Multikulturalizm ili” çərçivəsində məktəblilərin BBMM-də görüşünü təşkil etməkdə məqsəd  gəncləri bu qurumun fəaliyyəti, gördüyü çoxsaylı işlərlə  tanış etməkdir.

BBMM-in şöbə müdiri Sərxanbəy Xudiyev Mərkəzin fəaliyyəti və həyata keçirdiyi beynəlxalq və regional layihələr barəsində məktəblilərə məlumat verib: “Bakı   Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin 15 may 2014-cü il tarixli Fərmanı ilə yaradılıb.  Hazırda 20 xarici, 28 yerli universitetdə Azərbaycan multikulturalizmi fənni tədris edilir. Mərkəz xarici ölkələrdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün mütəmadi olaraq beynəlxalq multikulturalizm yay və qış məktəbləri təşkil edir. Bununla da həmin gənclər nəzəri şəkildə öyrəndikləri Azərbaycan multikulturalizmi ilə əyani şəkildə tanış ola bilirlər. Azərbaycanın multikultural dəyərlərini dərindən mənimsəyən gənclər  ilə tanış olan xarici tələbələr keçən il təşkil olunan yay məktəbində öz təşəbbüsləri ilə “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyini yaradıblar.

Almaniyada, İsraildə, Moldovada, İtaliyada, Portuqaliyada, Bolqarıstanda və Rusiyanın Moskva və Yekaterinburq şəhərlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialları fəaliyyət göstərir”.

Görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara  BBMM-in hədiyyələri təqdim olunub.

 

Запись Kəlbəcər məktəbliləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.