Multikulturalizm Mərkəzi ötən il Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı 5 kitab çap edib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) 2023-cü ildə də Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitabların çap olunmasına, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırıb.

BBMM-dən AZƏRTAC-a bildirilib ki, ötən il Mərkəz tərəfindən “Həqiqətin Onomastikası – 2: Qarabağ və Şərqi Zəngəzur”, “Həqiqətin Onomastikası” (rus dilində), “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” (ingilis dilində), “Azərbaycan Albanşünaslığının tarixinə dair” biblioqrafiya, “Qafqaz Diyarının Xəritəsi-1847” hərbi topoqrafik xəritəsi və izahlı kitabı çap olunub. Azərbaycan ədəbiyyatının incilərindən sayılan “Əli və Nino” romanı tat dilinə tərcümə olunaraq işıq üzü görüb.