Tbilisidə Qafqazda Avropaşünaslıq mövzusunda seminar keçirilib

Noyabrın 22-24 tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Cənubi Qafqaz ali məktəblərinin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulan Qafqazda Avropaşünaslıq mövzusunda dərsliyin nəşrinə hazırlıq məqsədilə seminar keçirilib. Qafqaz Avropaşünaslıq Assosiasiyası tərəfindən təşkil edilən tədbirdə Almaniya, Azərbaycan, Gürcüstan, Ermənistan və Ukraynadan olan mütəxəssislər iştirak edib. Yeni hazırlanacaq dərslik layihəsinin innovativ olması nəzərdə tutulur. Belə ki, dərslikdə Avropaşünaslığın tədrisinə dəyərlər yönündən və Cənubi Qafqaz kontekstindən yanaşılacaq. Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Rəhim Rəhimov iştirak edib. R. Rəhimov seminarda tolerantlıq anlayışına Azərbaycan və Avropa İttifaqının rəsmi yanaşmalarının müqayisəli təhlilinə dair təqdimatla çıxış edib.

Etiketlər