Xarici tələbələr üçün Zəfər Günü ilə bağlı onlayn konfrans keçirilib

Noyabrın 7-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi”nin tədris olunduğu xarici ölkə universitetləri ilə birgə “8 Noyabr – Zəfər günü”nə həsr olunan dəyirmi masa keçirilib. Onlayn formatda keçirilən tədbirdə Ərciyəz Universitetinin (Türkiyə),  Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin (Bolqarıstan), Aleksandr İohan Kuzi Universitetinin (Rumıniya), Paraiba Federal Universitetinin (Braziliya), Şri Şri Universitetinin (Hindistan), Çeçenistan Dövlət Pedoqoji Universitetinin (Rusiya), eləcə də Özbəkistan, Çin və digər ölkə universitetlərinin tələbə və müəllimləri, tədqiqatçılar, alimlər, ictimai xadimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə BBMM-in müşaviri Aytən Qəhrəman açıb. O, 44 günlük Vətən müharibəsindəki qələbədə Azərbaycanda yaşayan bütün xalqların həmrəyliyinin rolunu xüsusi vurğulayıb. Sonra çıxış edən Qafqaz üzrə Avropa Araşdırmaları Assosiasiyasının İdarə Heyətinin üzvü Rəhim Rəhimov Qarabağ münaqişəsinin tarixi, ermənilərin Azərbaycanın tarixi torpaqlarında həyata keçirdiyi vandalizm aktları haqda məlumat verib. Multikulturalizm Mərkəzinin Tədris Şöbəsinin müdiri İrina Kunina ölkəmizdəki multikultural və tolerant muhitdən söz açıb. Daha sonra tədbir müzakirələrlə davam edib.

Etiketlər