İsraildə Dağ Yəhudiləri Assosiasiyasının rəhbəri Multikulturalizm Mərkəzində olub
İsraildə Dağ Yəhudiləri Assosiasiyasının sədri Pavel Elizarov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qonağı olub. Görüşdə BBMM-in icraçı direktoru Rəvan Həsənov Azərbaycandakı multikultural və tolerant mühit, dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizm modeli haqda ətraflı məlumat verib. Daha sonra R.Həsənov qonağı Multikulturalizm Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələrlə geniş şəkildə tanış edib.
Görüş üçün minnətdarlığını bildirən P.Elizarov müasir dünyada multikulturalizmin rolu və təbliğatından danışaraq, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin əhəmiyyətini vurğulayıb. O, bu sahədə BBMM-in fəaliyyətini yüksək qiymətləndirib. Görüşdə Azərbaycan – İsrail münasibətləri, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə İsraildə Dağ Yəhudiləri Assosiasiyası arasında gələcək əməkdaşlıq məsələləri də müzakirə olunub. Sonda qonağa Azərbaycanda yaşayan yəhudilər mövzusunda Multikulturalizm Mərkəzinin nəşri olan kitab hədiyyə edilib.