ABŞ-ın Yuta ştatından olan qonaqlar Multikulturalizm Mərkəzində olublar
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi və ABŞ-ın Stirlinq Fondunun birgə təşkilatçılığı ilə Beynəlxal Tolerantlıq Gününə həsr olunan konfrans çərçivəsində ABŞ-ın Yuta ştatından olan qonaqlar multikulturalizm mərkəzində olublar. İcraçı direktor Rəvan Həsənov qonaqlara Mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Sonra qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi üçün müzakirələr aparılıb. Görüşün sonunda qonaqlara Mərkəzin ingilis dilində nəşr etdiyi kitablar hədiyyə edilib.