Rəvan Həsənov: Bu gün sülh və təhlükəsizlik naminə birləşmək çox vacibdir
Yeni əməkdaşlıqlar yaratmağın, əlaqələri daha da inkişaf etdirməyin vaxtıdır. Bunu zaman və dünyada baş verən proseslər tələb edir.
Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən “Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi” mövzusunda konfransda deyib.
R.Həsənov deyib ki, bu gün sülh və təhlükəsizlik naminə birləşmək çox vacibdir. Azərbaycanda müxtəlif dinlərdən olan insanların dinc və mehriban şəraitdə yaşadığını diqqətə çatdıran Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru konfransın sülhə, əməkdaşlığa töhfə verəcəyinə əminliyini bildirib.
“Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strateji xəttin Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilməsinin göstəricisidir”, - deyə o qeyd edib.