Berndə “Multikulturalizm və dinlərarası dialoq: Azərbaycan və İsveçrə modeli” mövzusunda konfrans keçirilib

 

 

DSC_8985İsveçrənin Bern şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin və “İsveçrə Dinlər Evi-Mədəniyyətlərin Dialoqu” Assosiasiyasının təşəbbüsü ilə “Multikulturalizm və dinlərarası dialoq: Azərbaycan və İsveçrə modeli” mövzusunda konfrans keçirilib. Konfransdan öncə Azərbaycan nümayəndə heyəti konfransın keçirildiyi Dinlər Evi ilə tanış olub,  “İsveçrə Dinlər Evi-Mədəniyyətlərin Dialoqu” Assosiasiyası İdarə Heyətinin üzvləri ilə görüşüb, o cümlədən Dinlər Evində mövcud olan müxtəlif dinlərin ibadət və görüş yerlərini ziyarət ediblər.

Dinlər Evinin nümayəndəsi Dr.Brigitta Rotachın moderatorluğu ilə keçirilən konfransda Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı ölkəmizdə multikulturalizmin xalqın həyat tərzi və dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, səfir tolerantlıq və multikulturalizm siyasətinin aktuallığına diqqəti çəkib.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birinci müavini Səyyad Salahlı öz çıxışında Azərbaycanda müxtəlif dinlərin və konfessiyaların birgə yaşadığına diqqət çəkərək bu tendensiyanın ölkəmizdə tarixən mövcudluğunu qeyd edib.

Tədbirdə İsveçrə Dinlər Evinin rəhbəri Gerda Haukun İsveçrədəki multikulturalizm mövzusunda məruzəsi dinlənilib.

Konfrans zamanı “Azərbaycan- tolerantlıq məkanı” adlı film nümayiş etdirilib və  “Azərbaycan- multikulturalizm məkanı” sərgisinə baxış keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov çıxış edərək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələri, xüsusən Azərbaycan multikulturalizmi fənninin ölkədaxili və xaricində tədrisi, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından nəşr olunan kitablar haqqında məlumat verib.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov və Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev Azərbaycan multikulturalizminin unikallığı və qlobal arenadakı sülhyaradıcı funksiyaları haqqında söz açıblar.

Konfransda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda Dinlər Evinin qəbul salonunda ölkəmizin İsveçrədəki  səfirliyinin adından tədbir iştirakçılarına Azərbaycanın milli təamları təqdim olunub.

DSC_8883

Запись Berndə “Multikulturalizm və dinlərarası dialoq: Azərbaycan və İsveçrə modeli” mövzusunda konfrans keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.