Bu gün yəhudi soyqırımı - Holokost qurbanlarının anım günüdür
BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş qətnaməyə əsasən hər il yanvarın 27-si Holokost qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd edilir. “Holokost “yanıb kül olmuş” mənasını verir və bu ad təsadüfi deyil. Almaniyada faşizm rejimi hakimiyyətdəykən, Hitlerin əmri ilə milyonlarla yəhudi ölüm düşərgələrində dəhşətli işgəncələrə məruz qalıb, qaz kameralarında boğulub və yandırılıb. Bu günahsız insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrəti və faşizm irqçiliyi idi. Holokost qurbanlarının sayı 6 milyondur, onların 1,5 milyonu uşaqlardır. Holokost qurbanlarının xatirəsini dərin ehtiramla yad edirik.