Alban-Udi Xristian icmasının Tuğa səfəri Türkiyə mətbuatında

Alban-Udi Xristian icmasını üzvləri ötən həftə Xocavəndin Tuğ kəndindəki alban kilsəsini ziyarət ediblər. Bununla əlaqədar olaraq Türkiyənin “Yeni akıt” qəzetində məqalə dərc olunub. BBMM-in Türkiyə təmsilçisi, ankarabaku.com saytının rəhbəri, jurnalist Oktay Hacımusalın təşkilatçılığı ilə işıqlandırılan məqalə 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi nəticəsində əzəli torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, həm də Alban-Udi Xristian icma üzvlərinin 30 il müddətində həsrət qaldıqları Qarabağdakı qədim alban məbədlərini ziyarət edərək dini ayinlərini icra etmək azadlıqlarının bərpa olunduğuna həsr edilib.

 

https://www.yeniakit.com.tr/haber/azerbaycan-hristiyanlari-da-ermeni-zulmunden-kurtardi-1531966.html