Bu gün Kanada səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi Antonia Wynne-Hughes Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovla görüşüb.
Bu gün Kanada səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi Antonia Wynne-Hughes Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovla görüşüb. Multikulturalizm Mərkəzində keçirilən görüşdə R.Həsənov Azərbaycandakı etno-mədəni və konfessional müxtəliflik, eləcə də multikulturalizmin dövlət siyasəti müstəvisində həyata kecirilməsi, mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı rol, habelə BBMM-in fəaliyyəti, həyata keçirilən lahiyələr haqda geniş məlumat verib. Söhbət zamanı gələcəkdə Kanada dövlət qurumları və ali məktəbləri ilə birgə əməkdaşlıq məsələləri də müzakirə edilib. Antonia Wynne-Hughes yüksək səviyyədə qəbul üçün təşəkkürünü bildirib və əməkdaşlıq münasibətlərində səfirliyin BBMM-i dəstəkləyəcəyini qeyd edib.