Kişinyov İdarəetmə Akademiyasının tələbələri Azərbaycanın multikulturalizm modeli ilə tanış olublar
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyada yaranan koronovirus pandemiyasına görə, Azərbaycan multikulturalizmi modelinin xarici ölkələrdə təbliğini onlayn tədbirlər şəklində davam etdirir. Bu tədbirlər çərçivəsində növbəti layihə gerçəkləşdirilib. Bakı Beynəlxalq Multikulturalzm Mərkəzinin tədris şöbəsinin müdiri İrina Kunina Kişinyov İdarəetmə Akademiyasının beynəlxalq əlaqələr və ictimai hüquq fakultəsinin tələbələri üçün "Azərbaycan multikulturalizmi modeli" mövzusunda mühazirə oxuyub. Gələcəyin diplomatları və hüquqşünasları təkcə Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin xüsusiyyətləri ilə deyil, həm də ölkəmizin tarixi, ədəbiyyatı və adət-ənənələri ilə tanış olublar