Fevralın 17-də İndoneziyanın Qajah Mada Universitetinin “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə start verilib.
Fevralın 17-də İndoneziyanın Qajah Mada Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə start verilib. Tədris proqramı çərçivəsində fevralın 26-da keçirilən dərs Xocalı soyqırımının 28-ci il dönümünə həsr edilib. Dərsdə tələbələrə ermənilərin Azərbaycana qarşı təcavüzkar müharibəsi və Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, Xocalı soyqırımı ilə bağlı çəkilmiş sənədli filmlər (“Khojaly genocide documentary”, “Endless corridor” – İndoneziya dilində subtitrlərlə) nümayiş etdirilib. Sonra tələbələrin Xocalı faciəsi ilə bağlı sualları cavablandırılıb.