Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ABŞ-da keçirilən 68-ci Milli Dua səhər yeməyi mərasimində iştirak edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ABŞ-da keçirilən 68-ci Milli Dua səhər yeməyi mərasimində iştirak edib. Tədbir dini və milli zəmində təqiblərin azaldılması, dini azadlıqların tam şəkildə təmin edilməsi mövzusuna həsr olunub. Ənənəvi olaraq, ABŞ prezidentlərinin də qatıldığı tədbirdə dünyanın bütün ölkələrindən nümayəndələr iştirak ediblər. Milli Dua səhər yeməyində din azadlığının Amerika üçün əhəmiyyəti, milli təhlükəsizliyin və xaricdə dini azadlığın təbliğinin ölkənin xarici siyasətinin ayrılmaz hissəsi olduğu vurğulanıb. BBMM-in ABŞ filialının nümayəndəsinin də iştirak etdiyi tədbir zamanı Rəvan Həsənovun ABŞ, eləcə də Avropa ölkələrindən olan bir sıra nümayəndələr ilə görüşü olub. Xatırladaq ki, ABŞ-da Milli Dua səhər yeməyi ənənəsinin təməli 1953-cü ildə qoyulub.