Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moskva filialının direktoru: “Qarabağ və işğal olunmuş 7 rayon Azərbaycanın tərkib hissəsidir və de-fakto geri qaytarılmalıdır”

 

IMG_4927“Ermənistanın son günlərdə müntəzəm olaraq atəşkəsi pozaraq həyata keçirdiyi təxribatları Azərbaycan tərəfi layiqincə cavablandırdı. Bununla da Azərbaycan Silahlı Qüvvələri  və xalqı  torpaqlarını işğaldan azad etmək naminə döyüşə hazır olduğunu  nümayiş etdirdi. Mənim fikrimcə, artıq bu prosesi dayandırmaq mümkün deyil. Bu münaqişəni həll edilməmiş formada saxlamaq olmaz.  Tərəflər hərbi yolla deyil, masa arxasında danışıqlar yolu ilə beynəlxalq hüquq çərçivəsində problemin həllini tapmalıdırlar”. Bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moskva filialının direktoru, professor Natalya Krasovskaya səsləndirib.

Direktor bildirib ki,  müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar da təsdiqləyir ki, Qarabağ və işğal olunmuş 7 rayon Azərbaycanın tərkib hissəsidir və de-fakto geri qaytarılmalıdır. Ümid edirəm ki, problemin həlli yolunda danışıqlar daha intensiv rejimdə davam edəcək və Azərbaycanın bu qətiyyətli çağırışı sülh yolu ilə həllini tapacaq. Rusiya bilavasitə öz sərhədlərinin yaxınlığında sülh və əmin-amanlığın olmasında maraqlıdır və düşünürəm ki, problemin sülh yolu ilə həllinə yardımını əsirgəməyəcək”.

 

Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moskva filialının direktoru: “Qarabağ və işğal olunmuş 7 rayon Azərbaycanın tərkib hissəsidir və de-fakto geri qaytarılmalıdır” впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.