Azərbaycan multikulturalzimi Polşada elmi konfranda müzakirə olunub

Varşavada “Azərbaycan – Tarix, Cəmiyyət, Mədəniyyət” adlı elmi konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Polşadakı səfirliyinin dəstəyi və Varşava Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Konfransda Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, Polşa Xarici İşlər Nazirliyinin Şərq Departamentinin müavini, eyni zamanda ölkəmizə təyin edilmiş səfiri Rafal Poborski, Varşava Universiteti Şərqşünaslıq fakültəsinin dekanı Pyotr Taraxa, Azərbaycan Respublikası Beynəlxalq İnkişafa yardım Agentliyinin (AİDA) müşaviri Gülnarə Ağalarova və ikinci katibi Eltay Aslanov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi çərçivəsində “Azərbaycan multikulturalizmi” fənnini Polşanın Vrotslav Universitetində tədris edən müəllimə İlahə Kərimova, AMEA Tarix İnstitutunun əməkdaşı Aynur Bəşirli, ADA Universitetinin yardımçı professoru Ceyhun Rzayev, Azərbaycanşünaslıq Mərkəzinin əməkdaşları Nərgiz Axundova, Şəhla Kazımova, eləcə də, Polşa universitetlərinin professorları, Azərbaycanın Polşadakı səfirliyinin nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Varşava Universiteti Şərqşünaslıq fakültəsinin dekanı Pyotr Taraxa konfransın Azərbaycan tarixinin və mədəniyyətinin elmi auditoriyaya, bütövlükdə Polşa ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli olduğunu bildirib. Səfir Həsən Həsənov da çıxışı zamanı belə tədbirlərin rolunu yüksək qiymətləndirib.

Daha sonra BBMM-in layihəsi çərçivəsində “Azərbaycan multikulturalizmi” fənnini Polşanın Vrotslav Universitetində tədris edən müəllimə İlahə Kərimova xüsusi mühazirə  təqdim edib. İ.Kərimova Azərbaycandakı etno-mədəni və konfessional müxtəliflikdən, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata kecirilməsindən,  Azərbaycan multikulturalzimi modelinin uğurundan, eləcə də Multikultrualizm Mərkəzinin fəaliyyətindən bəhs edən təqdimatla çıxış edib. O, Azərbaycan multikulturalizminin xarici ölkələrin ali məktəblərində tədrisi, konkret olaraq, Polşa Universitetindəki dərslər haqda da məlumat verib.

Konfrans elmi müzakirələrlə davam edib.

Etiketlər