Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
Bakı, 16 noyabr
Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan bir qrup ABŞ senatoru ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) görüş keçirilib.
Görüşdə Mərkəzin icraçı direktoru Rəvan Həsənov Montana ştatı Senatının sədri Raymond Skot Seylsin başçılıq etdiyi nümayəndə heyətinin üzvlərinə Prezident İlham Əliyevin yürütdüyü uğurlu multikulturalizm siyasəti, Azərbaycanda formalaşmış multikulturalizm modelinin üstünlükləri, “Bakı Prosesi”, eləcə də Mərkəzin 5 illik fəaliyyəti dövründə həyata keçirilmiş layihələr və qurumun Amerika filialının işi haqqında geniş məlumat verib. O, Dünya dini liderlərinin II Bakı Sammiti və onun əhəmiyyətinə də toxunub.
Qonaqlara Multikulturalizm Mərkəzinin ingilis dilində nəşr etdiyi kitablar hədiyyə olunub.