Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Xorvatiyada səfirliyi və Avropa Hüquq Tələbələri Assosasiyasının (ELSA) birgə təşkilatçılığı ilə dekabrın 9-da Xorvatiyanın Zaqreb şəhərində yerləşən Zaqreb Dövlət Universitetində seminar keçiriləcək.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Xorvatiyada səfirliyi və Avropa Hüquq Tələbələri Assosasiyasının (ELSA) birgə təşkilatçılığı ilə dekabrın 9-da Xorvatiyanın Zaqreb şəhərində yerləşən Zaqreb Dövlət Universitetində seminar keçiriləcək. Seminar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin gənc səfiri İmran Srebrenikoviç tərəfindən aparılacaq. Universitetin tələbələri və elmi heyəti iştirak edəcəyi seminarda səfir Fəxrəddin Qurbanov da çıxış edəcək.