Şahdağ xalqları

     Azərbaycan qədim tarixə, zəngin mədəni irsə malik olan bir ölkədir. Əl- verişli təbii-coğrafi mövqeyi tarixin müxtəlif dövrlərində bir sıra qədim tayfa və xalqların burada məskunlaşmasına səbəb olmuşdur. Qərblə Şərq arasın- da körpü olan bu ərazilərə köç edən xalqların hər biri Azərbaycan etnomə- dəni mühitinin, Azərbaycan xalqının etnososial birliyinin formalaşmasına özünəməxsus rəng qatmışdır. Bununla da onlar Azərbaycan mənəvi irsinin daha da zənginləşməsinə öz töhfələrini vermiş, bütövlükdə Azərbaycan mənəvi mədəniyyətinin tərkib hissəsinə çevrilmişlər. Nəticədə Azərbaycan həm də «etnoqrafik xəzinələr muzeyi» kimi tanınmışdır.
    Bəzi xalqlar var ki, qloballaşma şəraitində onların unikal etnik özəlliklə- ri əriyib yox olmaq təhlükəsi ilə üz-üzədir. Azərbaycanın etnik cəhətdən rən- garəng bölgələrindən olan Qubada, bir-birindən möhtəşəm dağ silsilələri ilə ayrılan, sıldırım qayalıqlar və möhtəşəm konyonlarla əhatə edilmiş, dəniz sə- viyyəsindən 2000 metr yüksəklikdə, Şahdağın ətəklərində salınmış Xınalıq, Buduq, Qrız, Hapıt kəndlərində məskən salan xınalıqlılar, buduqlular, qrızlılar və qrız etnosuna aid edilən hapıtlılar, ceklilər, əliklilər, yerguclülər belə et- noslardandır. Məskunlaşdıqları ərazilərə görə tarixşünaslıqda və etnoqrafiyada «Şahdağ qrupu» və ya «Şahdağ xalqları» kimi təsnif edilən bu xalqlar yalnız Azərbaycanda yaşayır və bura onların tarixi vətənləridir. Tarix boyu müxtə- lif xalqlar və mədəniyyətlər arasında qarşılıqlı canlı əlaqələrin mövcud oldu- ğu Azərbaycanın təbii-tarixi təşəkkül prosesində iştirak edən bu xalqların hər biri ümumazərbaycan mədəniyyətinin ortaq sahibinə çevrilmişdir. Bununla da “azərbaycanlılar” adı altında qəbul edilən vahid birliyin özülü qoyulmuş və onun tərkibinə aparıcı türk amili ilə yanaşı Azərbaycanda məskunlaşmış bütün xalqlar daxil olmuşdur.
    Şahdağın ətəklərinə yayılmış Qrız, Buduq kəndləri, xüsusilə də Şah- dağın ən yüksək zirvəsində, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq kəndi dağların arasında mühafizə edilmiş canlı tarix sə- hifələridir. Şahdağ xalqlarının məskunlaşdıqları Xınalıq, Qrız, Buduq, Hapıt kimi kəndlər həm dağların əsrarəngiz gözəlliyi, həm də yaşayış evlərinin tarixi memarlıq quruluşu, xüsusilə burada məskunlaşan etnosların unikallığı baxımından təbiətin dağların qoynunda yaratdığı canlı etnoqrafik muzey, tarixin və təbiətin yaratdığı özünəməxsus bir qoruq təsiri bağışlayır. 
Şahdağın qoynuna sığınmış bu kəndlər sıldırım qayalıqlar, dərin dərələr, Babadağ, Tufandağ və Bazardüzü kimi uca zirvələr, Şahyurdu, Şahdüzü, Şahbulağı, Şahnabadçay kimi əsrarəngiz təbiət guşələri ilə əhatə olunmuş- dur. Qubanın mərkəzindən həmin kəndlərə uzanan dolama dağ yolları kəs- kin relyefli ərazilərdən, aşırımlardan keçir. Qrız kəndi dəniz səviyyəsindən 1800-1900 metr, Əlik kəndi 1500 metr, Hapıt kəndi 1500-1600 metr yük- səklikdə yerləşir. Rekord isə Xınalıq kəndinə məxsusdur - təqribən 2300 metr. Uzun zamanlar demək olar ki, ətrafdan təcrid olunmuş vəziyyətdə ya- şayan xınalıqlılar, qrızlılar, buduqlular və s. nadir etnoqrafik xüsusiyyətlə- rini, dillərini, həyat tərzlərini, məişətlərini və adət-ənənələrini bu günədək qoruyub-saxlaya bilmişlər.
     Qeyd etmək lazımdır ki, XIX əsrdən etibarən müəyyən təbii-iqtisadi sə- bəblərdən Şahdağ xalqlarının bir qismi – qrızlılar, buduqlular, hapıtlılar, cek- lilər, yergüclülər tədricən Xaçmaz, Ağdaş, Qəbələ kimi daha əlverişli coğrafi ərazilərə köç edərək onlarla yeni kəndlər, obalar salsalar da, yalnız xına- lıqlılar tarixən yaşadıqları kəndi tərk etməmiş və toplu halda yalnız Xınalıq kəndində öz yaşayışlarını davam etdirmişlər.
    Azərbaycan Respublikası etnik tərkibinin müxtəlifliyi ilə yanaşı, müasir dövrdə onların mədəni inkişafına göstərdiyi qayğı ilə də diqqəti cəlb edir. Dünyanın etnik xəritəsində yalnız Azərbaycanda qeydə alınmış bu nadir et- nosların ana dillərinin, milli mədəniyyətlərinin, etnik özəlliklərinin qorunma- sı dövlətin ümdə vəzifələrindəndir. Azərbaycanda yaşayan xalqlara, onların tarixinə və mədəniyyətinə dövlət qayğısını Prezident İlham Əliyevin 19 dekabr 2007-ci ildə xınalıq etnosunun və mədəniyyətinin qorunub-saxlanılması üçün Quba rayonunun Xınalıq kəndinin ərazisinin Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu elan edilməsi ilə baglı verdiyi sərəncamda daha aydın görmək mümkündür.
    Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı təqribən 45 min nəfərdir. Tarixən Xınalıq, Buduq, Qrız, Haput, Cek, Əlik və Yergüc kəndlərində yaşayan, öz kəndlərinin adı ilə tanınan bu etnosların hər birinin özünəməxsus dili olmuşdur. Dilçi alimlərin araşdırmaları nəticəsində Şah- dağ kəndlərində xınalıq, buduq və qrız dillərinin hər birinin müstəqil dil, ha- pıt, əlik, cek və yergüc dillərinin isə qrız dilinin dialektləri olduğu müəyyən edilmişdir. Şahdağ etnik qrupuna daxil olan etnosların da özlərinə verdikləri qədim ad və rəsmi etnonimlər fərqlidir. Belə ki, xınalıqlılar kəndlərini Ketiş, özlərini kəttid, əliklilər, qrızlılar özlərini hər, öz kəndlərini qqərəzər, dillərini  qqərəzar, xınalıqlılar isə onları xoddad adlandırırlar. Buduqlular qrızlılara qerad və ya qerez deyirlər.
     Şahdağ xalqlarının etnik mənşəyi ilə bağlı aparılan araşdırmalar bu etnos- ların Azərbaycanın qədim dövləti olan Qafqaz Albaniyasında məskunlaşan, Azərbaycanın, həmçinin Qafqazın qədim və orta əsr mədəniyyətinin əsas ya- radıcılarından sayılan alban tayfalarından olduqlarını söyləməyə əsas verir. Azərbaycan tarixində özünəməxsus izləri olan xınalıqlılar, qrızlılar, buduqlular müstəqil etnik qruplar kimi öz kəndlərinin adı ilə tanınsalar da, bu etnosların etnik özünüadlandırmasında qədim hər, qat kimi Qafqaz Albaniyasına məxsus etnonimlər özünü büruzə verir.

     Antik mənbələrdə Qafqaz Albaniyasında məskunlaşan hər, qat tayfaları ilə bağlı məlumatlara rast gəlinməkdədir.7 Tədqiqatlar nəticəsində məlum olur 
ki, xınalıqlılar, buduqlular, qrızlılar erkən orta əsrlərdə Qafqaz Albaniyasının şimal-qərb sərhədlərində bir-birinin qonşuluğunda, Şəki, Kambisena kimi vi- layətlərin yaxınlığında yerləşən Xeni, Hereti, Bed mahallarında məskunlaşmış- lar. Bu etnoslar VI-VIII əsrlər boyu davam edən istilalardan qorunmaq üçün Tufan dağını aşaraq hazırda yaşadıqları Şahdağın ətəyindəki kəndləri salmış- lar.  Xınalıqlılar və hapıtlılar arasında dolaşan əfsanələrdə də onların əcdadla- rının Tufan dağının o tayındakı Xeni və Hərnə şəhərlərindən gəldikləri söyləni- lir. Əhalinin «Tufan dağının o tayı» adlandırdığı ərazi isə müasir Azərbaycanın Şəki-Zaqatala bölgəsi ilə üst-üstə düşür. Qafqaz Albaniyası ərazisində məskun- laşan və antik yunan müəllifi Strabonun qeyd etdiyi Alban Tayfa İttifaqına daxil olan bu etnoslar vaxtilə Alazan və İori çayları vadisində yaşasalar da, sonralar müxtəlif tarixi hadisələr nəticəsində Azərbaycanın şimal-şərqinə köç etmiş, burada öz etnik mənsubiyyətlərini, dillərini, həyat tərzlərini, inanclarını qoruyub-saxlaya bilmişlər. Xınalıq, Qrız və Buduq kimi toponimlər isə əslin- də eyni adlı etnosun deyil, erkən orta əsrlərə aid mənbələrdə adı çəkilən və Qafqaz Albaniyasının şimal-qərbində yerləşən hər, qat tayfalarının yaşadıqları mahalların tarixi adlarını özündə əks etdirir.
     Qafqaz Albaniyası tayfalarının birbaşa varisləri olaraq etnik mənsubiyyə- tini günümüzədək qoruyub-saxlaya bilən bu etnosların da etnik ənənələrində, mifoloji təsəvvürlərində, folklorunda Qafqaz Albaniyasının mənəvi və mədəni irsinin qayğı ilə mühafizə edildiyinin şahidi oluruq. Şahdağ xalqları ilə Azər- baycan türklərinin ənənələrinin üst-üstə düşməsi ümumazərbaycan ənənələ- rinin qədim alban köklərindən xəbər verir və bu xalqların vahid etnomədəni məkanın varisləri olmasının sübutudur.
     Şahdağ xalqları öz məişətlərində qədim əcdadlarının – Qafqaz Albaniya- sı tayfalarının xristianlıqdan və islamdan öncə sitayiş etdikləri Günəş və Ay kimi səma cisimləri, həmçinin od, su, dağ, daş kimi cisim və təbiət qüvvələri ilə bağlı politeist inamlarının izlərini qoruyub-saxlamışlar. Bu gün də onlar, o cümlədən qrızlılar «Göy haqqı», «Günəş haqqı» deyib, səma cisimlərinə and içirlər. Günəşlə bağlı simvolik işarələrə Xınalıq, Buduq və Qrız kəndlərindəki evlərin xarici tərtibat elementləri içərisində də rast gəlmək olur. Eyni zamanda, Xınalıq və Qrız kəndlərində islamın Xəlvətiyə, Bektaşi, Nəqşibəndi kimi sufi təriqətləri ilə bağlı kitablar Anadolunun bu bölgə ilə bağlılığını göstərir.

     Azərbaycan dili Şahdağ xalqları üçün də hər zaman ümumi ünsiyyət va- sitəsi olmuşdur. Hələ XVIII əsrdə alman mənşəli coğrafiyaşünas və etnoqraf Yohan Qerber Şahdağ xalqları arasında ikidilliliyin olduğunu qeyd etmiş, onla- rın, xüsusilə buduqluların və əliklilərin Azərbaycan dilindən istifadə etdiklərini bildirmişdir.  Azərbaycan xalqının etnososial birliyinə daxil olan bu etnoslar bütövlükdə Azərbaycan etnomədəni mühitində formalaşaraq bölünməz Azər- baycan xalqının etnik tarixində əvəzsiz yer tutmuşlar.
    XIX–XX əsrin əvvəllərinədək Azərbaycanın bir çox bölgələrində olduğu kimi Şahdağ kəndlərində də qan qohumluğuna əsaslanan patriarxal nəsli münasibətlər mövcud idi. İri patriarxal qohumluq birliyi Azərbaycanda çox qədim dövrlərdən başlayaraq XIX əsrədək davam edən təsərrüfat və ideoloji birlik forması olmuş- dur. İctimai və mənəvi birlik ifadə edən belə qohumluq təşkilatı Şahdağ xalq- larında “kök”, “məhəllə”, “kəbələ”, “yux” kimi terminlərlə ifadə edilirdi və hər bir patronomiyanın öz inanc yeri, qəbiristanlığı var idi. Hər bir nəslin yerləşdiyi məhəllədə həm də həmin nəslə aid ictimai yer - meydan olardı. Azərbaycanda keçmişdə bütün kəndlərdə hər patronimiyanın belə geniş meydanı olardı. Türk mənşəli olub, “dincəlmək, dinlənmək” mənasını ifadə edən və “gingah” adlanan belə meydanlarda nəslin ağsaqqalları həm oturub dincələr, həm də nəslin, məhəl- lənin, kəndin həyatı ilə bağlı məsələləri müzakirə edərdilər. Belə meydan Şahdağ kəndlərində “kim”, “kimgə” də adlanırdı. Şahdağ xalqlarında qan qohumluğuna əsaslanan kəbələ, qansil, kələ, soy, məhəllə kimi bir çox qədim patronomik təş- kilatlar da mövcud olmuşdur. Bu patronomik təşkilatlar özündə müxtəlif dərəcəli qohumluğu olan geniş qrupları özündə birləşdirirdi.
    Şahdağ xalqları Azərbaycanın bütün dağ kəndləri üçün səciyyəvi olan mal- darlıqla, həmçinin bu təsərrüfat sahəsindən doğan yun və gön-dəri emalı, toxu- culuq, xalçaçılıq kimi bir sıra sənətkarlıq sahələri ilə məşğul olmuşlar. XIX əsrə aid mənbələrdə bu xalqların mahud parça, müxtəlif çeşidli palazlar, xalça, yəhər, xurcun, corab, şal və s. toxuduğu bildirilir.  XIX əsr müəlliflərinin qeyd etdiyi kimi, Şahdağ əhalisi üçün əsas var-dövlət xalça-palaz, yorğan-döşək və silah idi.12 Mənbələrdə onların silah istehsalı – tüfəng qundağı, qılınc, xəncər tiyəsi və qını, qiblənüma (müsəlmanlar üçün qiblənin yerini göstərən cib kom- pası) hazırlanması üzrə ixtisaslaşmaları haqqında da qeydlər vardır.

    Azərbaycan etnomədəni mühitində formalaşaraq Azərbaycan xalqının etnik tarixində özünəməxsus yer tutmuş Şahdağ xalqlarının tarixi-etnoqrafik və folk- lor ənənələri bu xalqların qədim alban tayfalarının varisləri olaraq Azərbaycan xalqının etnososial birliyinə daxil olan və Azərbaycan xalqının mənşəyinə da- yanan qədim soylardan olduğunu söyləməyə əsas verir.


Xınalıqlılar
     Qubanın Xınalıq kəndi Azərbaycanın ən ucqar və əlçatmaz yaşayış məs- kənlərindəndir. Zirvəsi yay-qış qarlı olan möhtəşəm Şahdağın ən uca zirvə- sində yerləşən Xınalıq kəndi dağların arasında bəşər sivilizasiyasının dağı- dıcı qüvvəsindən qoruna bilmiş canlı tarixdir. Dəniz səviyyəsindən təqribən 2300 metr hündürlükdə, Qızıl qaya, Şahdağ, Tufandağ, Xınalıq kimi Qafqaz dağlarının əhatəsində, ən uca zirvədə bir evin damının, ondan yüksəkdə yer- ləşən digər evin meydançası olan terrasvari evləri ilə amfiteatrı xatırladan bu qədim dağ kəndi və burada məskən salmış xınalıqlılar bu təcridolunma sayə- sində təbiiliyini, özünəməxsus memarlıq quruluşunu və etnik ənənələrini bu günədək qoruyub saxlaya bilmişlər.

     1836-cı ildə Zaqafqaziya (Cənubi Qafqaz) Baş İdarəetmə Şurasının üzvü Vasili Leqkobitov təqribən yeddi il ərzində Bakı və Quba quberniyalarında yerli xalqların məişəti və mədəniyyətinə dair məlumat toplamışdır. Həmin ma
teriallar bu gün də zəngin etnoqrafik mənbə hesab olunur. V.Leqkobıtov xına- lıqlıları «əlçatmaz dağlar arasında yaşayan canlı tarix» adlandıraraq, onların «ucaboylu, gözəl üz cizgilərinə malik, sarışın, mavi gözlü» olduqlarını yazırdı. Qeyd etmək lazımdır ki, bu gün də xınalıqlılar eyni xarici görkəmə malikdirlər. Strabon da albanların hündürboylu və xoşsimalı olduqlarını qeyd edirdi.
     
Xınalıqlılar mənşə etibarilə Qafqaz Albaniyası tayfalarından olan qat və ya katların (kət) birbaşa varisləridirlər. Bu etnonim xınalıqlıların etnik özünüad- landırmasında bu günədək qorunub-saxlanılmışdır. Xınalıqlılar müstəqil etnos kimi kəndlərinin adı ilə tanınsalar da, özlərinə kəttid (ketlər, tək halda: khət) deyir, kəndlərini isə Ketiş adlandırırlar. Bu toponim xınalıqlıların dilində ket yeri və ya ket yurdu anlamını verir. Qonşu buduqlular, qrızlılar və hapıtlılar da onları qet-di yəni «qetlər» çağırırlar. Onlar VI-VIII əsrlər boyu davam edən Bi- zans, Xəzər, Ərəb xilafəti hərbi yürüşləri nəticəsində öz yurdlarını tərk edərək Azərbaycanın şimal-şərqindəki əlçatmaz dağlarda sığınacaq tapmışlar.
    
Araşdırmalara əsasən, «Xınalıq» toponimi ilə bağlı müxtəlif yozumlar vardır. Məsələn, bir yozuma görə, kənd öz adını ətraf qayalar üzərindəki «xına mamırlardan», digərinə əsasən isə hunluq (hunların məskəni) sözündən götür- müşdür.
    Tarixi-etnoqrafik araşdırmalar Xınalıq toponiminin vaxtilə Qafqaz Albani- yasının şimal-qərb ərazilərində mövcud olmuş Xeni mahalının adı ilə əlaqələn- dirilməsinin daha məqsədəuyğun olduğunu söyləməyə əsas verir. Mənbələrdən məlum olur ki, erkən orta əsrlərdə Qafqaz Albaniyası Xəzər, Sasani və Bizans ordularının döyüş meydanına çevrildiyi zaman Xeni mahalında yaşayan tayfa- lar keçilməz dağlara çəkilərək orada məskən salmışlar. Xınalıqlılar da əcdadla- rının Xeni şəhərindən gəldiyini söyləyir və Xınalıq kəndinin adını «xenililərin məskəni» kimi izah edirlər.16 Xınalıqlılar arasında dolaşan əfsanələrdən məlum olur ki, Xeni şəhəri Tufan dağının o tayında yerləşir. Əhalinin «Tufan dağının o tayı» adlandırdığı ərazi isə müasir Azərbaycan Respublikasının şimal-qərb bölgəsi, alban müəllifi Musa Kağankatlının da adını çəkdiyi qədim Xeni ma- halının yerləşdiyi hissəsidir. Yeri gəlmişkən, əhali Xınalıq kəndini həm də Xe- nilıq adlandırır. Toponimdəki -lıq Azərbaycan türkcəsində mənsubiyyət şəkilçidir. Deyilənə görə, «xenililərin məskəni» və ya «Xenidən olanlar» anlamını verən bu adı bölgədə yaşayan Azərbaycan türkləri yaratmışlar.

     Xınalıqlılar bu gün də Azərbaycanın şimal-qərb bölgəsi, xüsusilə də Qəbələ ilə etnogenetik əlaqələrini kəsməmişlər. Xınalıqlıların qışlaq yerlərinə gedən yol məhz Qəbələ   ərazisindən keçir. XX əsrin ortalarına qədər Xınalıq əhali-   si bu yolla Qəbələyə alış-verişə yollanardılar. Xalq arasında vaxtilə Tufandağı və Bazardüzu dağlarından keçərək Qəbələyə doğru uzanan qədim dağ yollarının mövcudluğu barədə rə- vayətlər vardır. Xınalıqlılar Qafqaz Albaniyası dövrün- dən yaddaşlarında qalan bu qədim ərazini Kabal (Qə- bələ) adlandırırlar. Adətən, öz kəndlərindən olanlarla ailə quran xınalıqlılar yalnız Qəbələ əhalisi ilə qohum ol- mağa indi də meyillidirlər. Qəbələ rayonunun Nic kəndində yaşayan udilər də Xınalıq sakinləri ilə qohum tayfalar olduqlarını təsdiq edirlər. Udilərin, saxur və ingiloyların bir sıra spesifik mərasim ayinləri, məsələn, toy şahına diri xoruzun bağlanması, toy mərasimlərində dayının xüsusi rol oynaması, elçilikdə qız və oğlan evlərinin razılıq əlaməti kimi çörək kəsmələri və s. xınalıqlılarda da vardır. Eyni zamanda xınalıqlıların saxur, rutul, ingiloy kimi alban mənşəli tayfalarla da ortaq etnomədəni xüsusiyyətləri mövcuddur.
    Xınalıq dili dünyanın yüz ən qədim dilindən biri sayılır. Bu dil Qafqaz-Şah- dağ dil qrupuna aid edilsə də, onun digər dillərlə qohumluğu müəyyən edilmə- mişdir. Xınalıq dili linqvistik cəhətdən təcrid olunmuş dillər sırasındadır. Ümu- miyyətlə, mütəxəssislərin bildirdiklərinə görə, xınalıqlılar tamamilə orijinal, heç bir dil qrupuna aid olmayan bir dildə danışırlar. Ötən əsrin 50-ci illərində xınalıqlıların unikal dilini tədqiq edən tanınmış linqvist və qafqazşünas Yunus Deşeriyev də xınalıq dilinin Qafqazın ən qədim dili olması və günümüzə qədər dəyişməz qaldığını bildirmişdi.17 Abbasqulu ağa Bakıxanov «Gülüstani-İrəm» 
əsərində dəfələrlə Xınalıq kəndini xatırlatmışdı. O yazırdı: «Quba ölkəsinin qərb qismi xüsusi dilə malik olan Xınalıq kəndindən başqa Samur və Kürə nahiyyələri və Təbərsəranın Dərə və Əhmərli adlı iki mahalı müxtə- lif ləhcəli xüsusi dilə malikdirlər».

    Xınalıqlılar öz dillərini ketiş metzi adlandırırlar. Onun heç bir dialekt və ləh- cəsi olmasa da, kəndin yuxarı, orta və aşağı məhəllələrindəki nəsillər arasında tələffüz fərqi vardır. Dilçi alimlər xınalıq dilinın Azər- baycanın qədim alban mənşəli tayfalarından olan udi dili ilə nisbətən yaxınlığı qənaətində- dirlər. XIX əsrə aid mənbələr- də xınalıq dilinin digər Şahdağ xalqlarının dillərindən tama- milə fərqli və ətraf kəndlərin anlamadığı dil olması qeyd edilirdi. Xınalıqlılar özləri də dillərinin «Nuh peyğəmbərin dövründən qaldığına», hətta onun məhz bu dildə danışdı- ğına əmindirlər. Əfsanələrin birində bildirilir ki, keçmiş- də  yalnız  bir  dil,  o  da Huhpeyğəmbərin və onun övladlarının danışdığı dil vardı. Onun digər övladları dünyanı dolaşarkən bu dili unutmuş, Yafəsin nəsli isə olduğu kimi qorumuşdur.
    Ümumiyyətlə, bu kənddə Nuh peyğəmbər və Nuhun tufanı ilə bağlı müxtə- lif əfsanələr söylənməkdədir. Bu rəvayətlərə söykənərək kənd əhalisi özünü «Yafəsin nəsli» ilə bağlayır. Xalq arasında yayılmış bir rəvayətə görə, Nuhun gəmisi məhz bu ərazidə yerləşən Tufan dağına dəyərək parçalanmışdı. Onlar dağın yaxınlığındakı Tufan gölünün dibində Nuh gəmisinin taxta parçalarının hələ də qaldığına inanırlar. Yerli əhali həm yağış çağırma, həm də Günəşi ça- ğırma ayinlərinin icrası zamanı qurban kəsərək bu gölü ziyarət edirdilər.
    Xınalıqlılar xüsusilə əhatəsində yaşadıqları Tufan dağı, Qiblə dağı, Baba dağı kimi dağları, eyni zamanda Qəbələ bölgəsindəki Komrad dağını da müqəddəsləşdirmiş, onlarla bağlı müxtəlif əfsanələr yaratmışlar. Övladı olma
yan qadınlar əsasən Qırx Abdal, Cabbar baba, Gömrad kimi ziyarətgahlara gedərək niyyət edib qurban kəsdirərdilər. Bu inanc yerləri içərisində Qəbələ rayonu yaxınlığında yerləşən Komrad dağının xınalıqlılar arasında xüsusi nüfuzu var. Bu dağın zirvəsində yerləşən və V əsrə aid edilən alban məbədi Xınalıq əhalisinin, eyni zamanda Qəbələ bölgəsi əhalisinin ən çox getdiyi ziyarətgahlardandır. Adətə görə, Komrad pirinə övlad sahibi olmaq arzusu ilə gələnlər doğulacaq körpənin saçını pirə nəzir deyərlər. Bundan sonra doğulan oğlan uşağının təpəsinin ortasında saçının bir hissəsi hörük şəklində uzadılır və yalnız 7 il sonra Komrad dağında kəsilir. Oğlan uşağını bədnəzərdən qorumaq üçün kəkil saxlanması adəti qədim alban tayfalarından olan udilər və ingiloylar arasında da geniş yayılmışdır. Saçla bağlı bu ayini hər ailə icra etməzdi. Daha çox uşağın həyatını təhlükədən xilas etmək məsədilə öncədən uşağın saçını nəzir deyənlər saçla bağlı belə ayinləri icra edərdilər. Belə saçı uzadılan oğlan uşaqlarına Tanrının onu göydən görə bildiyinə və qoruduğuna inanaraq hər kəs ehtiyat və hörmətlə yanaşar, onu incitməməyə çalışardı. Qədim türk inancına görə, uzadılan kəkil Tanrının göydən onu görə bilməsinə və qorumasına yar- dım edir. Bu adət Orta Asiya türklərində, İraq türkmənlərində də mövcuddur.

     Xınalıqda ümumi sahəsi kəndin ərazisindən bir neçə dəfə böyük olan səkkiz qədim qəbiristanlıq yerləşir. Ənənəyə görə, burada hər məhəllənin öz ziyarət- gahı və qəbiristanlığı vardır. Kənd Giyad təpəsinin zirvəsindən ətəklərinədək, Ruştoş və Dəyirmançay çaylarının sahillərinədək başdan–başa qəbiristanlıqlarla əhatə olunub.

Kəndin ən qədim qəbiristanlığı Xınalığın ən güclü və qədim piri sayılan Cabbar baba pirinin yerləşdiyi məzarlıq- dır. Bundan başqa, kəndin ətrafında bir neçə qədim qə- bir yerləri var. Xınalıq kən- dində çaya doğru yol boyu uzanan ərazidə, həmçinin Yarğandərə deyilən yerlər- də üç-dörd qatlı məzarlar da müəyyən edilmişdir. Bu, Şahdağ kəndlərinin çox qə- dim tarixə malik olduğu- nu, burada patriarxal nəsli qayda-qanunların hökm sürdüyünü, ailə qəbiristan- lığı ənənəsinin qədimliyini göstərir. Saysız-hesabsız Xınalıq  qəbirlərinin qədim tarixinin Qafqaz Albaniyası dövrünədək uzandığı şübhəsizdir. Qədim alban izləri təkcə xınalıqlılara məxsus etnonim və toponimlərdə deyil, kənd qəbiris- tanlıqlarındakı qədim başdaşılarında da qalmaqdadır.
     Xınalıq kəndi Cabbar baba, Pirə-Comərd, Әbu Müslüm məscidi, Şeyx Şalbuz baba məscidi, Xıdır Nəbi, Möhüc baba, Şıxşalburuz baba, Qırx Ab- dal və Atəşgah kimi onlarca ziyarətgahla zəngindir. Maraqlıdır ki, xınalıqlılar kənddə bütün məscidləri də «pir» adlandırırlar. Xınalıq ziyarətgahları içərisin- də ən çox maraq doğuran Əbu Müslüm məscididir. Bu məscid Xınalıq kəndin- dəki ən erkən islami ibadət yeri sayılır. Lakin bu ibadətgah islamdan öncə də mövcud olmuş Günəş məbədinin izlərini qoruyub-saxlamışdır. Maraqlıdır ki, Qrız və Cek kəndlərində də eyni arxitektur quruluşa malik və eyni adlı belə məscidlər vardır. Arxitektura cəhətdən bu inanc yerləri ənənəvi məscidlərdən fərqlidir. Bu məscidlərin hamısı kəndlərin ən hündür yerində, dağın başında və 
günçıxan tərəfdə tikilib. Məlumdur ki, albanlar da qədim Ay və Günəş məbədlərini yüksəkliklərdə, dağın təpəsində inşa edirdilər. Bu məscidlərin içərisində- ki tacşəkilli qədim taxta sütunların üzərindəki günəş rəmzlərinin təsvirləri də buranın vaxtilə Günəş məbədi olması fikrini təsdiqləyir.
     Pirə-Comərd türbə-məscidi də Xınalığın ən qədim inanc yerlərindən biri- dir. Kəndin ən qədim məhəlləsində yerləşən bu inanc yerinin islamdan öncəyə aid olduğu söylənilir. Buradakı qədim tikili xalqın yaddaşında islamdan əvvəl atəşpərəst ayinlərinin keçirildiyi məbəd kimi qalıb. Buna görə də Pirə-Comərdi bəzən «atəşpərəstlər məbədi» də adlandırırlar. Bu qədim ziyarətgah qala şək- lində inşa edildiyi və qülləvari formada olduğuna görə xalq arasında «Bürc məscidi» və ya «Qüllə piri» kimi də tanınır. Hazırda ancaq xarabalıqları qalan bu qədim inanc yeri, kənd əhalisinin dediyinə görə, vaxtilə maraqlı arxitektu- raya malik ibadətgah olmuşdur. Beşguşəli bünövrəsi yuxarıya doğru getdikcə daralan, üst hissəsində gündoğan tərəfə açılan pəncərəsi olan qülləvari tikilinin qapısı Qiblə dağı istiqamətində olmuşdu. Qüllədə vaxtilə gecə-gündüz məşəlin yandığı da söylənilir. Yerli əhalinin dediyinə görə, islam dininin bu ərazilərə gəlişi nəticəsində məbəd diqqətdən kənarda qalmış, daha sonra Comərd adlı şəxs tərəfindən bərpa edilmiş və ona bitişik məscid inşa olunmuşdur. Xınalıq əhalisi islam dinini ilk dəfə məhz Pirə-Cömərddə qəbul etmişdir. Bir müddət sonra Comərdin məzarı inanc yerinə – pirə çevrilmişdir.
     Xınalıqda Ca yuvr ciqa (Od yeri) adlanan qədim atəşgahı da yerli əhali pir kimi ziyarət edir. Bu ərazi yanan alovun üstünə yığılmış hamar qaya parçaları və çınqıllardan ibarətdir. Sakinlərin söylədiyinə görə, ətrafda bir neçə yerdə od yerləri var. Buraya ziyarətə gələnlər niyyət edib torpağı qazırlar. Əgər yerdən alov dilləri çıxarsa, deməli, istəkləri həyata keçəcəkdir. Atəşgaha müqəddəs ocaq kimi sitayiş edən yerli əhali bəzən qurban kəsərkən qurbanlıq ətini bura- ya gətirir, isti qaya parçalarının üstündə bişirir və ziyarətə gələnlərə paylayır. Çünki Xınalıq atəşgahında heyvan kəsmək, ocağı çirkləndirmək böyük günah sayılır. Tarixi mənbələrin verdiyi məlumata görə, Hindistandan Azərbaycana gələn atəşpərəst zəvvarlar təkcə Abşerondakı Atəşgahı deyil, Xınalıq ərazisin- dəki Ca yuvr ciqa pirini də ziyarət edərdilər.
    Xınalıq kəndindəki qədim ziyarətgahlardan biri də iri qaya altında bir neçə bulağın olduğu və qayadan damcılayan su damlalarının bəzən nazik bulağa çevrildiyi Qırx Abdal piri hesab edilir. Bu pirin yaxınlığındakı dağ yarğanın- dan çıxan Alxas bulağının suyu da kənd əhalisi tərəfindən müqəddəs, şəfa- verici hesab edilir. Sakinlərin söylədiyinə görə, aprel ayından başlayaraq bu  
yarğandan su çıxmağa başlayır və payızın axırında kəsilir. Övlad istəyən qadın və ya hər hansı bir niyyət tutan adam yazın ilk günlərində dağ yarğanından açılan suyun ilk şahidi olarsa, deməli, muradına çatacaqdır.
     Qədim alban etnoslarının təbiət qüvvələrinə, Göyə, Aya, Günəşə sitayişi ilə bağlı qədim inancların izlərinə xınalıqlıların məişət ənənələrində də rast gəl- mək mümkündür. Xınalıq toylarında gəlin Günəş simvolu olan iri qırmızı par- çaya bürünərdü. Günəşin qoruyucu qüvvəsinə inanan Şahdağ xalqları arasında da od, Günəş simvolu kimi gəlin gedən qıza ata ocağından ocaq külü verilməsi, başına kiçik dəmir və kömür parçaları, mıxçalar atılması, gəlin ər evinə daxil olarkən bəd ruhlardan qorunmaq üçün ayağını mis məcməyiyə basaraq içəri keçməsi və s. inanclar mövcuddur. Gəlin ata evindən çıxmazdan əvvəl üç dəfə ocağın ətrafında dolandırılardı. Gəlini aparmağa gələn oğlan evi, adətə görə, qız evindən bərəkət, uğur aparmaq mənasında gizlicə bir şey, xüsusilə kül və ya köz götürməyə çalışardı.

     Şahdağ xalqlarının toy mərasimlərində bəzədilən şaxda Günəş və məhsuldarlıq simvolu kimi mütləq diri xoruz olmalı idi. Bu adət udilərdə və ingiloy- larda da var idi. Xalq arasındakı inama görə, cin, şeytan kimi bəd ruhlar metalın səsindən qorxub dağılışdığı üçün gəlinin getdiyi evin kandarına dəmir parçası atardılar ki, gəlin onun üzərindən adlasın. Gəlinin barmaqları bala batırılırdı ki, şirinlik olsun. Buna bənzər adət ingiloylarda da var idi. Bu qədim ənənə Qafqaz Albaniyası etnoslarının vahid etnomədəni köklərindən xəbər verir.
     Bütün Şahdağ xalqlarında olduğu kimi xınalıqlılarda da qan qohumluğuna əsaslanan kəbələ, qansil, kələ, soy, məhəllə kimi bir çox qədim patronomik qohumluq birlikləri olmuşdur. Kəndin nəsil mənsubiyyətinə görə məhəllələrə bölünməsi ənənəsi XX əsrin ortalarınadək qalmaqda idi: Məlikli, Qəmki, Kyimki, Qadaxki, Yalkivan və s. Belə nəsil birlikləri yas, toy, bayram və təsər- rüfat mərasimlərində birgə iştirak edər, çətinlik düşəndə bir-birinə qarşılıqlı yardım göstərərdilər. Hər məhəllədə həmin nəslə aid dingah adlanan ictimai toplantı yeri – meydan olardı.
Ağsaqqallar buraya yığışaraq məhəlləyə, bəzən də kəndə aid problemləri birgə həll edərdilər. Gingah- lar həm də toy və yas məra- simlərinin keçirilməsi üçün ən münasib yer sayılırdı. Bu ənənə Xınalıqda indi də qal- maqdadır. Kənddə hər evin toy keçirilməsi üçün geniş həyəti olmadığından mağar bir qayda olaraq gingahlar- da qurular.

     Keçmişdə Xınalıq kən- dində imkanı olmayan ailəyə qohum-qonşunun köməkləşib ev tikməsi kimi xunça adlanan qohumluq yardımı ənənəsi olmuşdur.
     Xunça, adətən, yeni evlənənlərə kömək məqsədilə toy ərəfəsində icra edilərdi. Adətə görə, ev tikmək istəyən evin bünövrəsini qoyduğu zaman barının dibinə halva bişirib qoyar və bununla da köməyə ehtiyacı olduğunu bildirərdi. Bu zaman bütün kənd köməyə gəlib, halvadan dadaraq işə başlardı.
     Xınalıq toylarında, qədim ənənəyə görə, bəy və gəlinin dayıları toyda hətta onların valideynlərindən belə mühüm rol oynayır. Gəlin ər evinə məhz dayı- sının evindən köçərdi. Evdən çıxanda dayısı arvadı gəlinin başına şal örtməli, bəyin dayısının gətirdiyi ata minməli idi. Qeyd etmək yerinə düşər ki, Qafqaz Albaniyasının qədim alban tayfalarının varislərindən olan udilərin, saxur və ru- tulların da toy mərasimlərində dayı önəmli rol oynayır. Ümumiyyətlə, Şahdağ kəndlərinin udilərin, saxurların və rutulların məskunlaşdıqları Şəki-Zaqatala bölgəsinin əhalisi ilə bir sıra oxşar adət-ənənələri mövcuddur. Belə ki, Şahdağ xalqlarıının toy mərasimlərində icra olunan “Çörəkkəsmə” adəti, başına xoruz 
bərkidilmiş şax bəzədilməsi ənənəsi eynilə Şəki-Zaqatala bölgəsində də icra olunmaqdadır.
    Xınalıq kəndinin məişət ənənələrində Baba qolu daşına inam (qırmızı əqiq daşı) geniş yayılmışdır. Xınalıqlılar əmindirlər ki, bu daş insanları vaxtsız ölümdən, ildırım vurmasından qoruyur və onun hər evdə olması vacibdir. Rə- vayətə görə, həmin daş ildırımın qayaları vurması nəticəsində yaranmışdır və xalq bunu «göydən uzanan müqəddəs qol», «baba qolu» kimi yozur. Bu inamın izlərinə Musa Kağankatlının «Alban tarixi» əsərində də rast gəlinir. Müəllif albanların bir çox təbiət ünsürləri ilə yanaşı, ildirım ilahəsinə də sitayiş etdiyini yazırdı. Qafqaz Albaniyasında çox qədim dövrlərdən bəri həm də əqiq daşının magik gücünə inamın mövcud olduğunu arxeoloji materiallar da təsdiq edir.
    Bu gün xalqlar və mədəniyyətlər arasında qarşılıqlı canlı əlaqələrin möv- cud olduğu Azərbaycanın tarixi təşəkkülü prosesində iştirak edən digər etnos- lar kimi xınalıqlılar da ümumazərbaycan, ümumalban mədəniyyətinin ortaq ənənələrinə sahibdirlər. Onların qədim ənənələrinin alban kökləri vahid mənəvi mədəniyyətimizin dərin qatlarından xəbər verir. Azərbaycan tarixində özünə məxsus yeri olan xınalıqlılar ortaq etnomədəni mühitdə formalaşaraq Azər- baycan xalqının etnososial birliyinə daxil olmuşlar.


Buduqlular
     Şahdağ etnik qrupuna aid edilən etnoslardan biri də buduqlulardır. Onların əsas yaşayış məskəni – Buduq kəndi Quba rayonunda, Böyük Qafqaz dağları- nın arasındakı yüksək dağ yamacında, Qaraçayın sol sahilində yerləşir. Tarixi mənbələrə əsasən, XVIII əsrdə eyni adlı mahalın mərkəzi olmuş Buduq kəndi Əlik, Yergüc, Buduqqazma və Dağüstü kimi yaşayış məntəqələri ilə həmsər- həddir. Təbii gözəllikləri ilə zəngin olan Buduq kəndi, xüsusilə də Buduq dərə- si, Axçid şəlaləsi bölgənin ən mənzərəli yerlərindən sayılır.
    Buduqluların Azərbaycanın etnik tarixində özünəməxsus izi və yeri vardır. Digər Şahdağ etnosları kimi buduqlular da erkən orta əsrlərdə Sasani basqın- larından qorunmaq üçün Qafqaz Albaniyasının çətin keçilən dağlıq ərazilərində məskunlaşmışlar. Bunu həm etnoqrafik materiallar, həm də qədim mənbələrdə verilən toponimik məlumatlar təsdiq edir. Buduqluların məskunlaşması ilə bağlı  
əfsanələrdən məlum olur ki, onların ilk yaşayış məskəni “dağətəyi ərazidəki Bed (Bəd) kəndinin yanındakı meşə” olmuşdur. Bu etnoqrafik məlumat onların da Xeni və Hər vilayətlərinin qonşuluğunda yerləşən və mənbələrdə Bed, Bex, Bies adı ilə bilinən alban vilayətindən gəlməsi ehtimalını gücləndirir. Mənbələrdə Bed Bex kimi adı çəkilən həmin mahal Qafqaz Albaniyasının şimal-qərb sərhəd- lərində xınalıqlıların əcdadları olan qat tayfalarının yaşadığı Xeni, qrızlıların, hapıtlıların babaları sayılan hər tayfalarının Hereti kimi mahalları ilə qonşu idi. 22 Musa Kağankatlı da «Alban tarixi» əsərində ölkənin şimal-qərbində yerləşən Bed mahalının adını çəkir. Bu etnoslar indi də bir-biri ilə qonşuluqda yaşayırlar. Onların bu ərazilərdə məskunlaşma tarixləri barədə məlumatlar üst-üstə düşür. Bu tarixi-etnoqrafik məlumatlar xınalıqlılar və qrızlılar kimi buduqluların əcdadlarının da Qafqaz Albaniyasının şimal-qərb bölgəsi ilə lokalizə edilən müasir Şəki–Zaqatala ərazisindən köç etdiklərini və buduqluların kök etibarilə qədim alban tayfalarının varislərindən biri olduqlarını, əcdadlarının Bed mahalından gəldiyini və qədim ərazilərinin adını yaddaşlarında qoruyaraq yeni yaşayış məs- kəninə verdiklərini söyləməyə əsas verir.
    Digər Şahdağ xalqları kimi buduqluların da özünüadlandırması daha fərqli budad şəklindədir və bir-biri ilə ünsiyyətdə olarkən «Vin budati?» (Buduq- lusanmı?) deyə soruşarlar. Onları qrızlılar da budadər deyə çagırırlar.
    Vaqif Piriyev “Buduq və buduqlular” kitabında «Buduq» və «budat» etno- nimi ilə bağlı müxtəlif ehtimallar irəli sürmüşdür.23 O, «buduq» sözünü qədim türk dillərində olan «dəliqanlı» kəlməsi ilə izah edir. Eyni zamanda “budat” etnonimini də qədim türk qəbiləsi ilə bağlayır. Yazılı mənbələrdə budatlar haqqında ilk məlumata XIII-XIV əsrlərdə yaşamış tarixçi və dövlət xadimi Fəzlullah Rəşidəddinin «Cami ət-təvarix» («Tarixlərin toplusu») kitabında rast gəlinir. Budatları «qədim vaxtlarda «moğol» ləqəbi daşıyan türk qəbilələri» sırasına daxil edən tarixçi yazır: «Budat qəbiləsi… bu qəbilə Tumbinə xanın beşinci oğlu Bat-Kulkinin nəslindən şaxələnib. Çingiz xanın dövründə onların başçısı Urud və ya Uruday idi. Çingiz xan Tuit qəbiləsi ilə vuruşduğu vaxt onlar Çingiz xanın müttəfiqi idilər və onun qoşununda birləşmişdilər. Onlar- dan (budatlardan) çoxlu əmirlər olmuş və vardır». Buduqlular «budat» və «buduq» etnonimini bəzən özlərinin «Buduq» adlı şəxsin varisləri olması ilə də izah edirlər.
    Lakin Budad etnoniminin morfoloji təhlili buduqluların kök etibarilə qədim alban tayfalarının varislərindən olub, əcdadlarının Bed mahalından olması eh- timalını təsdiq edir. Belə ki, «budad» etnoniminin morfoloji təhlili bu kəlmə- nin iki hissədən – Qafqaz Albaniyasının Bed mahalının adını əks etdirən Bed (Bud) və buduq dilində mənsubiyyət bildirən -ad şəkilçisindən ibarət olduğunu ortaya çıxarır. Bütövlükdə isə budad etnonimi Bedli və ya Budlu kimi yozula bilər.
    Buduq dili Şahdağ dilləri qrupuna daxil edilən müstəqil dillərdən biridir. Bu- duqlular öz dillərini budad mez adlandırırlar. Buduq dili dialektlərə bölünmə- mişdir. Leksik baxımdan qrız dilinə və onun dialektləri olan cek, hapıt, əlik dillərinə daha yaxındır. 
Onların və qrızlıların etnik mədəniyyətləri də oxşardır.

    Buduq dilində Azərbaycan türkcəsindən, ləzgi və udi dillərindən alınma  sözlər də çoxdur. Xüsusilə udilər və buduqlular arasındakı dil yaxınlığı bu etnosların ümumalban və ümumazər- baycan köklərindən xəbər verir. Buduq dilində dörd qrammatik cins (kişi, qadın, şüursuz canlılar, cansızlar) və ismin 18 halının olması, feillərdən şəxsə görə deyil, cinsə görə istifadə edilməsi bu dilin nə qədər zəngin olduğuna dəlalət edir.

   
      Bütün Şahdağ xalqları kimi buduqlular da ikidillidir. Hələ XVIII əsr mən- bələrində Şahdağ xalqlarının hər birinin, xüsusilə də buduqluların və əliklilərin Azərbaycan türkcəsini bildikləri qeyd olunur.
    Buduq kəndinin ərazisi ilə bağlı ilk rəsmi sənəd 1607-ci ildə Səfəvi hökm- darı I Şah Abbasın verdiyi fərman hesab olunur. Həmin fərmana görə, şah Buduq mahalının idarə olunmasını Məlik Davuda tapşırmışdı. XVIII əsrə aid mənbələrdə, o cümlədən Abbasqulu ağa Bakıxanovun «Gülüstani-İrəm» əsərində Buduğun Quba xanlığının tərkibində bir mahal olduğu qeyd olunur. XVIII əsr və XIX əsrin əvvəllərində Quba xanlarından Həsənəli xanın, Fətə- li xanın və Şeyxəli xanın fərmanlarında Buduq mahalının adı çəkilirdi. Qeyd etmək lazımdır ki, Buduq əsilzadələrinə bəylik rütbəsini də məhz Quba xan- ları vermişlər. XVIII əsrdən XIX əsrin 30-cu illərinədək Buduq Quba əyaləti- nin on mahalından biri sayılırdı. XIX əsrdə bu mahala Cingir, Xaltan, Utuq, Afurca, Aydınkənd, Qonaqkənd, Cimi, Yerfi, Talış, Söhüb, Zeyid, Adük, Şıx Hapıt, Dırşalı Hapıt, İbrahim Hapıt, Buduq, Gümür, Qarxun, Rük, Söhüb, Talış, Xaltan kimi kəndlər daxil idi.27 Bu gün Quba rayonunun Buduq kəndi bu etnosun nümayəndələrinin yaşadığı əsas yaşayış məntəqəsi olsa da, buduq- lular dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən Qazma Buduq və Dağüstü kəndlərində, eləcə də rayonun Güney Buduq, Baş Buduqlu, Ağyazı, Qarabulaq, Qaraqız, Qaradağ, Qaraçay, Dəliqaya, Yalavanc, Yergüc, Madak, Suxtəkələ, Bədirqala, Bostançı, Qıraqlı, Qəcər-Zeyid, Vəlvələçay, Qudyalçay, İqriq, Həsənqala, Gödüklü, Amsar, Hacıqayıb, Ərməki, Mirzəqışlaq kəndlərində də məskunlaşmışlar.
    Buduqlular da tarixən nəsillərə, böyük və ya kiçik ailə birliklərinə bö- lünmüşlər və indi də həmin nəsillərin adı ilə tanınırlar. Keçmişdə Buduq kəndinin Burcalı, Əlili, Gümüşəli, Axundlu, Canazar, Qaraxan, Muxcanlı, Maşaq, Tarakul, Hacfidan kimi ayrı-ayrı nəsilləri təmsil edən məhəllələri olmuşdur.28 Burada hər nəslin öz yaşayış ərazisi var idi. Kənd məzarlığı da nəsillər üzrə bölüşdürülmüşdü. Ümumiyyətlə, Buduq kəndinin məzarlıqları böyük əraziləri əhatə edir və burada bəzən dörd, hətta yeddiqatlı məzarlara da rast gəlinir. Bütün bunlar kəndin çox qədim tarixə və vaxtilə çoxsaylı əhaliyə malik olduğunu, burada tarixən patriarxal nəsli qayda-qanunların hökm sürdüyünü göstərir.
    Lakin XIX əsrin əvvəllərindən etibarən əkin torpaqlarının azlığı və digər so- sial-iqtisadi səbəblər üzündən bir çox buduqlu ailəsi tədricən daha əlverişli əra- zilərə köç etmişdir. Belə ki, XIX əsrdə Buduq, Rük, Zeyid kəndlərindən, Vəli oba, Xoca oba, Ramazan qışlağı, Şərifoba, Suxtaqala qışlağı, Çalov qışlağı, Qaradağlıoba, Zeyid qışlağı, Qasımtala qışlağı, Əzizoba, Hacıxanoba, Qırx- laroba kimi məntəqələrdən bir sıra buduq nəsilləri ayrılmışdı. Onlar Quba 
qəzasının Müşkür (indiki Xaçmaz rayonu) və Şabran mahallarında, həmçinin Göyçay, Şamaxı qəzalarında Buduqlu, Ağyazı Buduq, Güney Buduq (Qara- bulaq), Dəli Qaya qışlaq, Qaragöz, Qaradağ və s. kəndlər, eləcə də Vəli oba, Hacı oba, Şərif oba, Әziz oba, Qaradağlı oba, Hacıxan oba, Ağyazı-Buduq, Qırxlar oba, Ramazan qışlağı, Suxtəkələ qışlağı, Çilovqışlağı, Hacalıbəy, Di- gah-Buduq, Pirüstü, Ağalıq, Yalavac, Qaradağ-Buduq, Buduq qışlağı, Qa- rabulaq, Dovşalı qışlağı kimi oba və qışlaqlar salmışlar. Hazırda buduqlular Dağıstanda və Rusiyanın müxtəlif yerlərində də yaşayırlar.

    Vaxtilə Buduq kəndində bir neçə məscid və mədrəsə mövcud olmuşdur. Belə ki, İkinci Dünya müharibəsinədək burada Əbdürrəhman məscidi, Qa- raxan məscidi, Taraqulu məscidi, Hacfidan məscidi və mədrəsə fəaliyyət göstərmişdir. Buduq evləri də bütün Şahdağ xalqlarına xas olan memarlıq quruluşuna malikdir. Onlarda da evlər terrasvari və bir-birinə sıx inşa edilir. Hazırda kənddə damı düz və ya yastı, torpaqdan olan birmərtəbəli qədim evlər qalmaqdadır və əsasən təsərrüfat məqsədləri üçün istifadə edilir. Qədim evlərdə oyma naxışlarla bəzədilən taxta sütunlar vardır. XX əsrin əvvəllərin
dən bu kənddəki evlərin memarlığında dəyişikliklər meydana gəlməyə başla- mışdır. Belə ki, ənənəvi bacalı evləri tədricən pəncərəli, aynabəndli, eyvanlı evlər əvəz etmişdir.
    Buduq sakinləri toy, dəfn və digər ailə tədbirlərində öz qədim adətlərinin elementlərini qoruyub-saxlasalar da, hazırda ümumazərbaycan ənənələrindən çox da fərqlənmir. Keçmişdə Buduq kəndində toy üç gün davam edirdi. Toyun başlanmasını dama çıxıb qara zurnada «Cəngi» çalmaqla xəbər verərdilər. Bəyi dayısı evindən çalğının müşayiəti ilə çıxarıb mağara gətirər və ona ilk hədiy- yəni məhz dayısı verərdi. Hədiyyə isə xələt – bəyin çiyninə salınan qırmızı parça olardu. Bundan sonra bəy yenidən dayısının evinə qayıdardı. Adətə görə, dayı bəy və onun dostları üçün ziyafət verməli idi. Gənc oğlan gəlinin ər evinə gəlişinədək dayısının evində qalar, hər kəsdən gizlənərdi. Toyun sonuncu günü bəydurdu mərasimi keçirilərdi. Bəyin qarşısına xonçalar düzülərdi. Bəy və pəhləvanlar üçün hazırlanmış xonçalar isə ayrı olardı. Gənclər xonçaya sahib olmaq üçün cəngi havasında güləşərdilər. Toydan sonrakı gün isə gəlin üzə- çıxdısı mərasimi başlanardı. Bu mərasimə bütün yaxın qohum-əqraba, eləcə də qız tərəfinin adamları bir yerə yığışar, gəlin məclisə dəvət olunar, ona qiymətli hədiyyələr verilərdi. Buduqlularda gəlin aparılan zaman yol boyu onun üstünə su çilənməsi adəti də var idi. Bu adət qədim türk inamı olan uğur suyu ənənə- sinin izləridir.
    Buduq kəndinin yaxınlığında, Qaraçayın əks istiqamətində, böyük bir sıl- dırım qaya üzərində yerləşən, xalq arasında Sükut qalası kimi bilinən qədim tikili xüsusi maraq doğuran inanc yerlərindəndir. Qalanın qədim atəşpərəst mə- bədinin qalıqları olduğu ehtimal edilir. Burada zərdüştilərin dəfn üçün nəzərdə tutulan daxma (dahma) adlı məbəd yeri də qalmaqdadır. Məlumdur ki, atəş- pərəstlikdə torpaq müqəddəs sayıldığı üçün ölüləri basdırmaz, cənazələri xü- susi qüllələr – dahmalar üzərinə qoyardılar. Buduqdan 10 km aralı, Qaraçay dərəsinin əlçatmaz sıldırım qayalıqları üzərindəki Yeddilər qalasında da qədim inancların izləri qalmaqdadır. Qaraçay dərəsindəki mağaranın içərisində isə «Pir Bənövşə ziyarətgahı» adlanan müqəddəs bir yer də var. Xalq arasında «Pir Bənövşə nənə» kimi də tanınan mağara-pir övlad həsrətində olan anaların əsas ziyarət yerlərindəndir.
    Azərbaycan türklərinin mənəvi irsinin mühüm bir mərhələsini təşkil edən alban etnomədəni ənənələrinin izləri bütün Şahdağ kəndlərində olduğu kimi Buduq kəndinin də memarlıq və qəbir abidələrində Alban mədəniyyəti üçün səciyyəvi olan astral inamlar və təbiət qüvvələri ilə bağlı müəyyən dünya 
görüşü və simvolik işarələrlə bağlı motivlər bu günədək qorunub-saxlanılır. Bu qəbir daşlarından da görünür ki, bu ərazidə islam dininin yayılmasından sonra daş stelalarda islam ənənələri ilə yanaşı, bədii Alban incəsənətinə və inanclarına aid olan bir sıra elementlər də qorunmuşdur.
    Buduq kəndinin qədim qəbiristanlığında rast gəlinən maraqlı bədii tərtibat- lı məzar daşlarından birində başı üstündə günəş olan at təsvirinə rast gəlinir. Azərbaycan türklərində at hər zaman müqqədəs sayılmışdır. At günəş, aydın- lıq, yeni həyat, murada çatmaq simvolu olmuşdur. Arxeoloji və etnoqrafik ma- teriallar da təsdiq edir ki, Azərbaycan türklərinin qədim dəfn adətlərində atın xüsusi yeri olmuşdur. Qədim Azərbaycan sakinləri atı günəşin yerdəki simvol- larından ən başlıcası kimi müqəddəsləşdirmişlər. Strabon yazırdı ki, massa- getlər atı ən böyük sürətlə hərəkət edən canlı hesab edərək, onun göylərə daha tez çatacağına inanır və Günəş tanrısına at qurban kəsirdilər. M.Kağankatlı da Qafqaz Albaniyasında tanrının şərəfinə at qurban kəsilməsi adətindən bəhs et- mişdir. Azərbaycan xalq inanclarında və mərasim nəğmələrində də Günəş dün- yanı atla gəzirdi. Xalqın bu mifik təsəvvürlərinin izlərinə – atın belində Günəş təsvirli qəbir daşlarına qədim qəbir abidələrimizdə, xüsusilə Qəbələ bölgəsində rast gəlinir. Şahdağ etnik qrupuna aid olan etnoslar da atı hər zaman müqəd- dəs hesab etmişlər. Hətta keçmişdə Qrız, Buduq kimi Şahdağ kəndlərində atı ehtiram əlaməti olaraq islam ənənələri ilə dəfn edərdilər. Əhali bayramlarda at qəbirlərini ziyarət etməyə, onların özlərinin söylədiyi kimi, itaətə gələr, bura palazlar sərilər, süfrələr açılar, dualar oxunardı. Buduqluların ənənəvi təsərrü- fatlarında maldarlıq başlıca yer tutduğu üçün onların arasında ev heyvanları ilə əlaqəli bir çox cadu və ovsunlar da yayılmışdı. Belə qədim ənənələrdən bi- rinə görə, ölmüş öküzün kəllə sümüyünü heç vaxt atmaz, tövlənin astanasında basdırardılar. Bəzən malın kəlləsini çəpərə, yaxud da evin ən yuxarı hissəsində divara da bərkidərlər. Öz mal-qarasının sayını da heç kəsə bildirmirlər ki, ona bədnəzər toxuna bilər.
    Buduqluların etnik tarixi, etnoqrafiyası, məişət ənənələri, qədim dini-mifik dünyagörüşləri bütövlükdə Azərbaycan mənəvi mirasının zəngin ənənələrinin yadigarıdır. Bu ənənələr Azərbaycan xalqının keçmişi ilə bu günü arasında kör- pü yaradaraq Azərbaycan mədəniyyətinin, tarixinin varisliyinin dərin köklərini bir daha təsdiq edir.
    1994-cü ildən «Buduq» cəmiyyəti təsis edilmişdir. Cəmiyyət ölkənin və bölgənin ictimai və mədəni həyatında fəal iştirak edir. 1994-cü ildə Cəmiyyətin mətbu orqanı olan «Babadağ» qəzetinin də nəşrinə başlanılmışdır.

Qrızlılar
     Azərbaycanda yaşayan və Şahdağ qrupuna aid edilən etnoslardan olan qrız- lılar da kök etibarilə qədim alban tayfalarının varislərindən sayılırlar. Qubanın Qrız kəndi onların qədim və baş kəndi sayılır. Qrız toponimi də ilk dəfə X əsrə aid mənbədə qeyd edilir. Tufan dağı, Ağ dağ, Baltaqaya kimi dağların əhatə- sində, sıldırım qayalıqların üzərində salınmış bu qədim dağ kəndi qayaların üstünə qonmuş qartala da bənzəyir. Qrızda qədim evlər, divarlar, küçələr – hər şey hamar çay daşı ilə hörülmüşdür. Bu evlər əsasən ikimərtəbəli tikilsə də, dağlıq relyef üzündən, bir qayda olaraq, fasad tərəfdən ikimərtəbəli, dağlara baxan hissədə isə birmərtəbəli olurdu. Evlərin yuxarı mərtəbəsi yaşayış yeri, aşağı mərtəbəsi isə təsərrüfat tikilisi kimi istifadə edilirdi. Qrız evlərindəki tacvari taxta sütunlar kəsmə işləmələrlə bəzədilir. Keçilməz və çox təhlükəli, hətta atla çətin keçilən dolama dağ yolları olan Qrız kəndinə doğru uzanan daşlı-kəsəkli aşırımlardan birinə xalq arasında «Mıxtökən» adının verilməsi də təsadüfi deyildir. Yerli əhalinin söylədiyinə görə, bu yolların daş-kəsəyi atların nalını belə qoparırmış.

     Qeyd etmək lazımdır ki, qrız etnosuna eyni adlı kəndlərdə məskunlaşmış hapıtlılar, ceklilər, əliklilər və yergüclülər də aid edilir. Bu etnosların hər biri qrız dilinin müvafiq dialektlərində danışır. Yerli əhalinin söylədiyinə görə, Ha- pıt, Cek, Əlik və Yergüc kəndlərinin əhalisinin də ilkin yaşayış yeri məhz Qrız kəndi olmuşdur. Tədricən onların əcdadları bu kənddən ayrılaraq, Şahdağın ətəklərində öz yaşayış məntəqələrini salmışlar. Odur ki, həm hapıtlılar, həm ceklilər, həm də əliklilərin etnomədəniyyətlərində müəyyən fərqlər olsa da, on- ların danışdıqları dil qrız dilinin dialektlərindən sayılır.
    Qrızlıların etnik özünüadlandırması qərəz (qxərəz) və qərəzər şəklindədir. Hapıtlılar qrızlıları hərəd, buduqlular isə qərəd adlandırırlar. Qrızlılar qonşu etnosları adlandırarkən onların adlarının sonuna öz dillərində cəm bildirən -ər şəkilçisi əlavə edirlər. Məsələn, buduqluları buduqər, cekliləri cegər, hapıtlıla- rı isə habudər çağırırlar. Qrızlılar kimi onların subetnosu olan hapıtlılar (hər), çeklilər (cəgər), əliklilər (ilaqar) və yergüclülərin (ərgüc) də özünüadlandırma formalarında hər etnonimi özünü büruzə verməkdədir. Qrız kəndinin adı da yerli əhali arasında Qərəz kimi ifadə olunur. Bu etnik adların hər birində hər və ya qər etnoniminin olması qrızlıların, həmçinin bu etnosa aid edilən hapıt, cek, əlik və yergüclülərin Qafqaz Albaniyasında məskunlaşmış qədim hər (er) tayfalarının varisləri olduğunu söyləməyə əsas verir.
    Hər tayfaları erkən orta əsrlərdə Qafqaz Albaniyasının şimal-qərb ərazilə- rində (indiki Şəki-Zaqatala bölgəsində) Hereti mahalında məskən salmışdılar. Erkən orta əsrlərdə mürəkkəb şəraitdə – xəzərlərin basqınları, İran-Bizans, Ərəb-Bizans müharibələrində Qafqaz Albaniyası şiddətli döyüşlərin getdiyi müharibə meydanına çevrilmşdi. Mənbələrdə bu müharibələrin getdiyi dövrdə Qafqaz Albaniyasının dağılan şəhər və kəndləri ilə bağlı bir çox məlumatlar var. Dağıdılmış bir çox alban vilayəti sırasında bir-birinin qonşuluğunda yerləşən Xeni, Bex, Hərənta (Hereti) mahallarının da adı çəkilir. Bu toponimlər bu gün Şahdağın ətəklərndə məskən salmış və yenə də bir-biri ilə qonşuluqda yaşayan Xınalıq, Buduq, Qrız, Hapıt toponimləri və hər etnonimi ilə səsləşir. Belə ki, erkən orta əsrlərdə Albaniyanın döyüş meydanına çevrildiyi bir dövrdə basqınlardan qorunmaq istəyən hər qat alban tayfaları əlçatmaz dağlara sığınaraq buralarda Hər Xeni, Bex Haband kimi qədim alban toponimlərini və etnonimlərini yaşatmağa calışmışlar. Bunu qrızlılar və hapıtlılar arasında onların mənşəyi ilə bağlı dolaşan əfsanələr də təsdiq edir. Qrızlılar əcdadla- rının qədim Hərna şəhərindən olduğunu söyləyirlər. Qrızlıların Azərbaycanın qədim yerli tayfalarından biri olduğunu antropoloji materiallar da təsdiq edir. Tədqiqatlar qrızlıların Qafqaz antropoloji tipinə məxsus olub, Azərbaycanın ən qədim sakinlərindən olduğunu müəyyən etmişdir.
33 Azərbaycan antropoloqu R.M.Qasımova da Şahdağ xalqlarının, o cümlədən qrızlıların fiziki xüsusiyyət- lərinin Azərbaycan türkləri üçün xarakterik olan kaspi antropoloji tipinə uyğun oduğunu müəyyən etmişdir.

    Qrız əhalisi arasında kəndin düşməndən qorunmaq üçün istehkam məqsə- dilə salınması haqqında rəvayətlər mövcuddur. Həqiqətən də, Qrız kəndinin yerləşdiyi coğrafi ərazi və kənddəki qədim qala və qala bürclərinin qalıqları bu fikri təsdiqləyir. Qrız kəndi xanlıqlar dövründə Quba xanlığının müvəqqəti iqamətgahı olmuşdur. Abbasqulu ağa Bakıxanov vaxtilə Qrız kəndi haqqında bunları yazmışdır: «Hicri 1225-ci (1810-cu) ildə il yarımdan artıq Təbəsə- randa qalmış Şeyx Əli xan əcdadı Səfəvilərin dövründən Şeyx Cüneyd türbəsinin mütəvəllisi olan həzrəli Xan Butay bəy Hacı Şərif bəy oğlunun təhriki ilə gəlib Quba əhalisinin çoxunu özünə müttəfiq etdi, ölkəni almaq və qalanı mühasirə etməklə dörd ay məşğul oldu. O, əhalinin bir hissəsini Qrız kəndinə köçürüb, yeni bir şəhər salmışdı».XIX əsrin əvvəllərində Rusiyanın Azərbaycanı istila etdiyi dövrdə Azərbaycanın bir çox bölgələrində olduğu kimi Qrız mahalında da rus istilasına qarşı üsyan qalxmışdı.
    XIX əsrə aid mənbələrin və yerli əhalinin verdiyi məlumata görə, Azərbaycanın şimal-qərb hissəsindən Xınalıq, Qrız, Buduq ərazisinə Tufan dağı, Baba dağ, Bazardüzü kimi qarlı dağ aşırımlarından keçən yol olmuşdur. Yerli əhali- nin söylədiklərindən məlum olur ki, XIX əsrə qədər Şahdağ ətrafındakı kəndlə- rin əhalisi dağların o tayı, yəni Azərbaycanın şimal-qərb bölgəsi ilə əlaqələrini kəsməmişdilər. Hələ qədim dövrlərdən Şahdağ kəndlərinin Qafqaz Albaniyası- nın paytaxtı olan Qəbələ bölgəsi ilə iqtisadi və etnogenetik əlaqələri olmuşdur.
    XIX əsrin 30-40-cı illərindən etibarən miqrasiya meyilləri Xınalıqdan başqa digər bütün Şahdağ kəndləri kimi Qrız kəndi üçün də səciyyəvi olmuşdur. XIX əsrə aid mənbələrin verdiyi məlumata görə, 1870-ci illərdən etibarən qrızlıla- rın da bir hissəsi – 640 ev düzənlik əraziyə, daha isti və mülayim iqlimi olan Müşkürə köçdüyü üçün XIX əsrin sonunda Qrız kəndində cəmi 26 ev qalmış- dı.XIX əsr müəlliflərindən N.K.Zeydlis Qrız kəndindən 39 obanın ayrıldığını yazır. 38 XIX əsrdə Qrız kəndindən Hacı Məmməd oba, Ağaverdi oba, Pirqulu oba, Rüstəm oba, İbrahimxəlil oba, Bağı oba, Çinar tala, Mançar oba, Girdə tala, Əhmədxan oba, Ovuclu oba, Hacı Əbdürrəhim oba, Sibir oba, Usta Məmməd oba, Bala oba, Uzun oba, Hacıqazma, Hacı Əhməd oba, Şərif oba, Tikanlı oba, Hacı Qurban, Qala oba, Manaf oba, Qara bucaq, Dink oba kimi nəsillər ayrılaraq yeni məskənlər salmışlar. 1880-ci illərdə Müşkür mahalında onlarla Qrız kəndi var idi.40 Qrız kəndindən dağətəyi bölgələrə köçən qrızlılar demək olar ki, bütün yaşayış məskənlərinə öz nəsillərinin adını vermişlər. Hazırda qrızlılar Xaçmaz rayonunun Hacıqazma, Hacı Əhməd oba, Hacı Qurban oba, Mançar oba, Şərif oba, Uzun oba, Yataq oba, Məcid oba, Tikanlı oba, Nağı oba, Hacı Əbdürrəhim oba, Sibir oba, Molla oba, Ağaşirin oba, Pirqulu oba, Hacı Məmməd oba, Ağa- verdi oba, İdris oba, Fərzəli oba, Nəcəf oba, Digah oba və Şümağır kəndlərində yaşayırlar. XIX əsrdən etibarən Qrız kəndindən ayrılan qrız nəsilləri onlarla oba, kənd salsalar da, yeni qrız məskənləri ilə qrızlıların baş kənd saydıqları Qrız kəndi arasında hər zaman mənəvi birlik, icma ittifaqı ənənələri qorunub-saxlanılmışdır və bu günədək də qalmaqdadır.

     Qrızlılar hal-hazırda Quba rayonunun Çek, Əlik, Hapıt, həmçinin Qrız-Dəh- nə kəndlərində məskunlaşıblar. Son illərdə Qrız kən- dinin əhalisinin Qrız-Dəhnə kəndinə miqrasiyası daha da artmışdır. Qrız-Dəhnə ilə Qrız kəndləri arasında Laçın beli adlanan divar kimi keçilməz yüksəklik uzanır. Lakin bu yüksəklik hər iki qohum kənd arasında ünsiy- yətə mane ola bilməmişdir. İş burasındadır ki, təbii «di- varın» hər iki tərəfində Qrız və   Qrız-Dəhnə kəndlərinə məxsus olan və qarşıdan aydın görünən təpəciklər və onların üzərində “rabitə vasitələri” – «xeyir» və «şər» daşları vardır. Qrızlılar bu daşlara Xoku daharbi (Çağıran daşlar) deyirlər. Həmin kəndlərin əhalisi toy edəndə və ya yas düşən- də bir-birini xəbərdar etmək məqsədilə bu daşlardan özünəməxsus şəkildə isti- fadə edərdi. Belə ki, bir nəfər həmin daşların üstünə çıxar, üzünü qarşı tərəfə tutub var səsi ilə hay salardı. Onun hansı daşın üstünə çıxmasından asılı olaraq, qonşu kənddə toy və ya yas olduğunu anlayardılar.
     Müasir Şahdağ kəndləri ilə Şəki-Qəbələ-Zaqatala bölgəsi arasında ərazi yaxınlığından başqa, adət-ənənələr baxımından da oxşarlıqlar mövcuddur. Xüsusilə də Şəki-Zaqatala bölgəsində məskən salan saxurların, ingiloyların, həmçinin Qəbələ rayonunun Nic kəndində yaşayan udilərin toy mərasimlərin- də icra olunan bir sıra spesifik adətlər eyniliklə təkrar olunur.
    Digər Şahdağ xalqları kimi qrızlılar da elçilik mərasimində çörəkkəsmə ayini icra edərlər. Bu zaman oğlanın atası süfrənin qırağına müəyyən miqdarda pul qoyar və buna pıl saac deyərlər. Ümumiyyətlə, çörəkkəsmə ayini Azər- baycan türklərinin bu günədək qorunub-saxlanılmış ən qədim, ən müqəddəs adətlərindən biridir. Çörək kəsdikdən sonra tərəflərdən heç biri sözünü geri götürə bilməzdi. Qrızlılarda birgə çörək kəsib yeməklə müşayiət olunan elçilik mərasimi «iki ailənin bir-birinə söz verməsi, ömürlük əhd-peyman kəsməsi» mənasını daşıyır.

     Şahdağ kəndlərində sənətkarlıq sahələri, xüsusilə də toxuculuq, yun və gön-dəri emalı kimi sahələr geniş inkişaf etmişdir. Qrız xalçalarının ən səciy- yəvi xüsusiyyəti onların ortasında xaçvari ornamentin və əsasən tünd göy rəng- də olmasıdır. Qrızda Səlim ağacı adlı xalça çeşnisi çox geniş yayılmışdır.

     Qrız kəndlilərinin başlıca təsərrüfat sahəsi digər Şahdağ etnoslarında olduğu kimi qoyunçuluqdur. Onlar da hər il oktyabr-noyabr aylarında mal-qara sürülərini götürərək ailələri ilə birgə Azərbaycanın aran əra- zilərinə, qışlaqlara köç edirlər. Qış aylarında bu kəndlər də, demək olar ki, boşalır. Yalnız köç etmək iqtidarında olmayan ailələr – cəmi 30-40 evlik əhali qalır. Çünki burada qışda həyat şərtləri çox ağır olur. Yazın son- larında isə kəndin əhalisi yeni- dən öz kəndlərinə qayıdır. Qrız kəndlilərinin əsas qışlaq yerləri Xaçmaz bölgəsinin düzən hissəsidir.
     Yerli əhalinin dediyinə görə, vaxtilə Qrız kəndində dağ yə- hudiləri də yaşamışlar. Rə- vayətə görə, Şah Abbasın zülmündən (əslində, indiki Dağıstan ərazisində dini təqiblərdən) qaçan yəhudilərə ilk olaraq qrızlılar sahib çıxıb, onlara sığınacaq veriblər. Hətta yəhudilər guya kəndin ətrafındakı mağaralarda qədim əlyazmalarını, müqəddəs kitablarını da gizlətmişlər. Yerli əhali burada yəhudi qəbiristanlığının da qorunub-saxlanıldı- ğını bildirir. Nəticədə Qrız kəndində sığınacaq tapan yəhudilər hər zaman onun sakinlərinə böyük hörmət və minnətdarlıqla yanaşırlar. Bir müddət sonra Quba xanı Fətəli xandan sığınacaq istəyən yəhudilər Qubanın Qaladüzü adlanan əra- zisinə köçmüş, burada sonralar “Qırmızı qəsəbə” adlanan kəndlərini salmışlar. Hazırda da dağ yəhudiləri öz kəndlərində qrızlıları ən yaxın dost və ən əziz qonaq kimi qarşılayırlar. Bu iki etnosun nümayəndələri bir-birinə sıx-sıx ge- dib-gəlirlər. Qrızlılarla Qırmızı qəsəbədə yaşayan dağ yəhudiləri arasında həm də geniş ticarət əlaqələri olmuşdur.


Hapıtlılar
    Hapıtlılar qrız etnosuna qohum etnik qrup olub qrız dilinin hapıt dalektində danışırlar. Bu gün hapıtlılar toplu halda əsasən Quba rayonunun Hapıt, İsmayıllı rayonunun Hacıhətəmli, Hapıtlı və Mollaisaqlı kəndlərində yaşayırlar. Qubanın Hapıt kəndi onların ən qədim yaşayış məskənidir və Şahdağ xalqlarının məskunlaşdığı ən ucqar ərazi hesab olunur. Hapıtlılar tarixi Azərbaycan torpaqlarının, o cümlədən Qafqaz Albaniyası dövlətinin qədim sakinlərindəndirlər. Azər- baycan tarixçisi və etnoqrafi, professor Qiyasəddin Qeybullayev qədim yazılı mənbələrin və etnoqrafik materialların təhlili nəticəsində hapıtlıların da alban tayfalarının varisi olduqları qənaətində olmuşdur.  Belə ki, qrızlılar və onların subetnosu olan hapıtlılar qədim hər (er) tayfalarının dövrümüzə gəlib çatmış nümayəndələridirlər. Bu qrupların etnik adlandırılmasındakı hər komponenti onların mənşəyinin Qafqaz Albaniyası ilə bağlılığını göstərir. Hapıtlılar öz kənd- lərinin oykonimi ilə tanınsalar da, bu gün də özlərini hər adlandırırlar. Qohum tayfalar – əliklilər onlara horud, ceklilər herud, qrızlılar isə habudər deyirlər.
    Qədim hər (her) tayfaları Qafqaz Albaniyasının şimal-qərbində – Hereti mahalında yaşamışlar. Hətta XX əsrin 30-cu illərinə kimi hapıtlıların bəzən özlərini hereti adlandırmaları məlumdur. V əsrdən etibarən hərlərin yaşadığı bu ərazi ərəb mənbələrində Haranta, Hornəburc kimi də tanınır. Qeyd etmək lazımdır ki, hapıt əfsanələrinə əsasən, onların əcdadları ərəb basqınlarından qorunmaq üçün Hərna şəhərini tərk etmiş və keçilməz dağlıq ərazilərdə məs- kunlaşmış, Hapıt, Xınalıq, Qrız, Buduq kimi kəndlərin əsasını qoymuşlar. Xatırladaq ki, qədim mənbələrdə Hərənta, Hornəburc kimi qeyd olunan alban şəhərlərinin oykonimləri hapıtlıların əfsanəvi Hərna şəhərinin adı ilə səsləşir.«Hapıt» toponimi fonetik baxımdan Ptolomeyin Qafqaz Albaniyasının yaşayış məskənləri sırasında adını çəkdiyi Hobota şəhərinin, VII-VIII əsrlərdə baş ver- miş ərəb-xəzər müharibələri zamanı dağıdılan Habandla vilayətinin adları ilə bənzərdir. XVI əsrdən etibarən həmin toponim mənbələrdə Herem kimi də xatırlanır.  Maraqlıdır ki, Türkiyənin Anadolu bölgəsində qədim oğuz boyları tərəfindən əsası qoyulan və qaraqoyunlu tayfalarının yaşadıqları Harput bölgəsinə xas olan türkülərdə də hər elinin Haput diyarının adlarına rast gəlinir. Məsələn, 

Aş yedim yar əlindən Gül dərdim hər elindən Habut diyar, Habut diyar.
Habudu, habudu Habut diyar.

     Qubanın Hapıt kəndi əhalisinin tarixən Qəbələ bölgəsi ilə əlaqələri olmuş- dur. Yerli əhalinin verdiyi məlumata görə, Hapıtdan Qəbələyə qısa dağ yolu da var idi. XX əsrin ortalarınadək Şahdağ əhalisi həmin yolla Qəbələyə yolla- nardı. «Bazar düzü» deyilən ərazi isə adından bəlli olduğu kimi, böyük ticarət mərkəzi kimi tanınmış, həm Quba, həm də Qəbələ rayonları- nın əhalisi buraya bazarlıq, mal mübadiləsi etməyə gələrdilər. Dağ yolunun üstündə, Oğuz rayonu ərazisində yerləşən dağ isə bu gün də «Haputuçuran» adlanır.
    XIX əsrdə yazılmış tarixi-et- noqrafik ədəbiyyatda hapıtlılar bəzən müstəqil etnos46 kimi təq- dim olunsalar da, hazırda onla- rı qrız dilinin hapıt dialektində danışan və qrız etnosuna aid su- betnos kimi qəbul edirlər.
    XIX əsrin 30-40-cı illərin- dən etibarən hapıtlılar tədricən özlərinin qədim yaşayış məskənindən daha əlverişli olan mülayim iqlimli ərazilərdə yerləşməyə başlamışlar. Həmin əsrə aid mənbələrdə onların Ərəş qəzasında Kür sahilində yerləşən qışlaq yerləri olduğu barədə məlumatlara rast gəlinir. XIX əsrdə hapıtlılar Quba, Göyçay, Şamaxı və Şəki bölgələrində 57 kənd salmışlar.


    Onların düzənlik bölgələrə miqrasiyası 1860-1880-ci illərdə daha da intensivləşmişdi. 1880-ci illərdə Müşkür bölgəsindəki hapıt kəndlərində 1433 nəfər əhali qeydə alınmışdı. Qubanın İbrahimhapıt, Dirşalıhapıt kimi kəndləri də hapıtlıların qədim yaşayış yerlərindən biri olmuşdu. Mənbələrdə XIX əsrdə həmin kəndlərdən Zülfüqar oba, Hacıməməd oba, Qədir oba, Şıx Hapıt qış- lağı, Məmməd oba, Dədəli qışlağı kimi hapıt nəsillərinin köç etdiyi bildirilir. Brokhauz və Efronun ensiklopedik lüğətinin 1886-cı il buraxılışında verilən məlumata görə, hapıtlılar Yelizavetopol quberniyası əhalisinin 0,21 %-ni təşkil etmişlər.
    Bu gün hapıtlılar toplu halda Quba rayonunun Hapıt, İsmayıllı rayonunun Mollaisaqlı və Hacıhətəmli kəndlərində yaşayırlar. Bu kəndlərin əhalisi hapıt dilində danışır. Xaçmazda (Şıxhaput kəndi), Qəbələdə (Məlikli, Sileyli kənd- ləri), Ağdaşda (Hapıtlı, Ovçulu kəndləri) isə hapıtlılar Azərbaycan türkləri ilə birlikdə yaşayırlar. Mollaisaqlı və Hacıhətəmli kəndləri tədricən öz tarixi kəndləri – Qubanın Hapıt kəndi ilə əlaqəni tamamilə kəssələr də, bu kəndlə- rin əhalisi hapıt dilində danışmaqda davam edir. İsmayıllı rayonunun Hapıt- lı, Mollaisaqlı, Hacıhətəmli kəndlərində məskunlaşan hapıtlılar say etibarilə Hapıt kəndinin sakinlərindən çoxdurlar (təqribən 700 nəfər). Həmin yaşayış məntəqələrinin əhalisi XX əsrin əvvəllərində Hapıt kəndindən köçərək burada 
məskunlaşmış, əsasən maldarlıqla məşğul olmuşlar. Hacıhətəmli kəndi üç hapıt nəslindən – çoçanlılar, izbaşlılar çühürlülərdən ibarətdir.
    İsmayıllı rayonu ərazisində aşkar edilmiş epiqrafik abidələrdən məlum olmuşdur ki, hapıtlılar vaxtilə indiki Qalacıq kəndinin ərazisində də yaşamışlar. Buradakı qədim Pirdavud məzarlığındakı baş daşlarında «hapıt» sözünə rast gəlinməsi faktı bu fikri təsdiqləyir.

     Hapıt kəndlərində əhali əsasən qoyunçuluq və əkinçilklə məşğul olur. Qış bu ərazidə çox sərt keçdiyi üçün kəndin heyvandarlarının əksəriyyəti oktyabr-no- yabr aylarında sürüləri götürərək Azərbaycanın aran ərazilərinə, xüsusilə Şirvan düzündəki qışlaqlara köç edirlər. Beləliklə, qış aylarında kənd demək olar ki, 30-40 ailə qalır. Yazın sonunda isə kənd yenidən canlanır, əvvəlki axarına qayıdır. Hapıtlılar arasında sənətkarlıq, xüsusilə xalça- çılq, yun çorab və şal toxun- ması, gön-dəri emalı geniş yayılmışdır.
    Ənənəvi hapıt geyimlə- ri Azərbaycanın digər böl- gələrindən bir o qədər də fərqlənmirdi. Şahdağ kəndləri üçün xarakterik olan kişi xəz kürkü kaval adlanırdı. Kişilər ayaqlarına ənənəvi çarıqlarla yanaşı, yundan toxunan kəməçər və ya şətəl adlanan corab- lar geyərdilər. Qadın geyimi isə perem deyilən üst köynəkdən, bulaşa (don) və valçaq deyilən üst geyimindən ibarət idi. Qadınlar ayaqlarına şalmar (dəri ayaqqabı) və kəməçər geyərdilər.
    Hapıt kəndinin əhalisi öz tarixləri ilə bağlı bir sıra rəvayətləri yaxşı xa- tırlayır, hətta bu ərazilərin vaxtilə övliyalar məskəni olduğunu söyləyirlər. Deyilənə görə, kənddə əvvəlcə zahidlik edən tərki-dünya övliyalar yerləşmiş, sonralar əhali onların ətrafına köç etmişdi. Təsadüfi deyildir ki, hapıtlıları çox zaman şıx hapıtlı (şeyx hapıtlı) da adlandırırlar. Şahdağ xalqlarının etnik köklərinin izlərini daşıyan Qəbələ, İsmayıllı və Şəki ərazilərində uzunluğu iki metrdən də çox olan köhnə hapıt qəbirlərinə rast gəlmək mümkündür. Qeyd etmək yerinə düşər ki, Strabon Qafqaz Albaniyası əhalisinin hündür boyları ilə 
seçildiyini yazırdı. Hapıt kəndi müxtəlif pirlər və ziyarətgahlarla da zəngindir. Onların arasında Babadilim piri xüsusilə seçilir. Yerli əhali keçmişdə burada ağ geyimli möminlərin, övliyaların yaşadığını söyləyir. Tədqiqatlardan məlum olur ki, türbənin tarixi X-XI əsrlərə aiddir və sufilik mərkəzlərindən biri kimi fəaliyyət göstərmişdir.
     
Babadilim ziyatərgahına nəzir kimi əsasən xalça gətirirlər. Hətta bəzən bu- ranı «Xalça piri» də adlandırırlar. Ziyarətgahdakı alma ağacı da müqəddəs sa- yılır. Qədim inanclara görə, onun budaqlarında müxtəlif parçalar bağlanmışdır. Bu piri ziyarət etmək üçün təkcə Qubadan deyil, ətraf rayonlardan da gəlirlər. Xalq arasında əsasən «dil açan pir» kimi tanınan ziyarətgahın ərazisində qədim məzarlıq da vardır.
     Hapıtda XVII-XVIII əsrlərə, hətta daha qədim dövrlərə aid qəbirlər qorun- maqdadır. Hapıt kəndindəki qədim qəbir abidələrində Alban mədəniyyəti üçün səciyyəvi olan astral inamlar və təbiət qüvvələri ilə bağlı simvolik işarələr bu günə- dək qorunmuşdur. Kəndin qəbiristanlığında aşkar edil- miş bəzi qədim başdaşıları üzərində aypara, günəş təsviri ilə yanaşı, ərəb yazıları və Qafqaz Albaniyası üçün xarakterik olan nəbati və zoomorf naxışlar həkk olunmuşdur. Qəbələ, İsmayıllı və Quba bölgəsində yaşayan inanclı hapıtlılar Komrad, Babadağı kimi pirlərə də gedirlər.

Әliklilər, ceklilər və yergüclülər
     Qrızlıların subetnik qruplarından olan ceklilər, əliklilər və yergüclülər Qu- banın eyni adlı yaşayış məntəqələrində - Cek, Əlik və Yergüc kəndlərində ya- şayırlar. Qrızlılar kimi onların da ilkin yaşayış məntəqəsi qədim Qrız kəndi olmuş və tədricən buradan ayrılaraq öz kəndlərini salmışlar. Hazırda hapıtlılar, ceklilər, əliklilər və yergüclülər qrız etnosuna aid edilən və qrız dilinin hapıt, cek və əlik dialektində danışan subetnoslar olaraq tanınırlar.
    Cek kəndi Xınalığa doğru uzanan dağ yolunda sonuncu kənddir və Qudyal- çayın qolu olan Ağçayın sol sahilində, Cek qayaları kimi tanınan yüksəklik- lərin üzərində, Əlik, Buduq, Qrız, Yergüc, Qalayxudat kəndlərinin əhatəsində yerləşir. Bu kəndə getmək üçün sıldırımlı aşırımların və dərin dərələrin olduğu təhlükəli Çayqovuşan ərazisindən keçmək lazım gəlir.

     Əlik kəndi isə bir qədər aralıda, eyni adlı Əlik çayının sahilindəki çökəklik- də salınmışdır. Deyilənə görə, kəndin adı bu hidronimdən götürülmüşdür. Әlik sözü türk dillərində «dağ çuxuru, çökəklik» anlamını verən alık kəlməsindən yaranmışdır.  Kənd dəniz səviyyəsindən təqribən 1500 metr yüksəklikdə yerləşir. Hazırda buradakı 50 evdə 300 nəfərədək insan yaşayır. Əlik digər Şahdağ kəndləri kimi qədim yaşayış məntəqələrindən biridir. Buradakı qədim məzar- lıqda aparılan tədqiqatlar zamanı Xınalıq və Qrız kəndlərində olduğu kimi bir neçə təbəqədən ibarət qəbirlər aşkar edilmişdir.
    Əlik kəndinin şərqində yerləşən Yergüc kəndində isə hazırda heç kəs yaşa- mır. Kəndin son sakini burada 2006-cı ildə 110 yaşında vəfat etmişdir. XIX əsrin 30-40-cı illərindən etibarən sosial-iqtisadi səbəblərdən yergüclülər, onların gülxatınlılar, qarabığlılar və təhməzlilər kimi nəsilləri tədricən qədim yaşayış məskənlərini tərk edərək, münbit və yaşayış üçün əlverişli ərazilərə, məsələn, Xaçmaz rayonunun ərazisinə köç etməyə başlamışlar. Yergüclülər öz kəndləri- nin adını da özləri ilə aparmış, Xaçmazda eyni adlı Yergüc yaşayış məntəqəsini salmışlar. Bundan başqa, yergüclülər Qubanın Davudoba, Xaçmazın Sərkərli, Armudpadar, Hacıəlibəy, Uzunoba kəndlərinə də yayılmışlar.

     Qrız etnosuna qohum qruplar olaraq ceklilər, əliklilər və yergüclülər də Qafqaz Albaniyasının qədim hər (er) tayfalarının varislərindən hesab olunurlar. Qrızlıların etnik adlandırılması olan hər etnonimi onun qohum qrupları olan ceklilər, əliklilər və yergüclülərin də etnik adlandırılmasında özünü bü- ruzə verməkdədir. Belə ki, əliklilər özlərinə ilaqar deyirlər. Burada -ar, -ər (hər) etnonimi iştirak edir. Qrızlılar və hapıtlılar da əlikliləri ilaqar, cekliləri isə cegər adlandırırlar. Vaxtilə qrızlıların bir qrupunun yaşadığı Yergüc (Ər- güc) kəndinin adında da fonetik dəyişikliyə uğramış hər etnonimi özünü bü- ruzə verir. Qeyd etmək lazımdır ki, qrızlılar Yergüc kəndinin adını hər zaman Әrgüc kimi tələffüz ediblər. Ceklilər, əliklilər və yergüclülər də bütün Şahdağ xalqları kimi özlərini alban tayfalarından biri sayırlar. Xınalıqlılar cekliləri, əlikliləri, yergüclüləri və onların məskunlaşdıqları kəndləri özünəməxsus şə- kildə adlandırırlar. Məsələn, əliklilərə legid, əliklilərin yaşadığı Əlik kəndinə isə Lig, ceklilərə inçid, Cek kəndinə isə İnci deyirlər. Qeyd etmək lazımdır ki, bu spesifik adları xınalıqlılar ancaq öz dillərində və bir-biri ilə ünsiyyət zama- nı işlədirlər. Qrızlılar Əlik kəndini Әlig, Yergüc kəndini Әrgüc, Cek kəndini Cəg adlandırırlar. Ceklilər isə özlərinə cəg və ya cəgid deyirlər.
    Ceklilər öz dillərini ceka mez, əliklilər isə ilaq deyirlər. Hazırda ilaq di- lində təxminən üç yüzə yaxın adam danışır. Qeyd etdiyimiz kimi, qrız dilinin qrız-yergüc, hapıt, cek, əlik kimi dialektləri müəyyənləşdirilmişdir. Qrız-yer- güc dialektindən 29 kənddə, hapıt dialektindən 8 kənddə, cek dialektindən 6 kənddə, əlik dialektindən isə yalnız Əlik kəndində istifadə edilir. Qrız dilinin yergüc dialektini yergüclülərin yalnız yaşlı nəsli xatırlayır, lakin istifadə etmir. Xaçmaz rayonunun Yergüc kəndində yaşayan yergüclülər vaxtilə yergüc dilində danışsalar da, Şahdağ ətrafındakı əsas kəndlərindən Xaçmaz ərazisinə köçdükdən sonra dillərini, demək olar ki, unutmuşlar. Gənclərin əksəriyyəti- nin isə bu dil haqqında təsəvvürləri belə yoxdur.
Qrız dilinin hapıt dialekti kimi cek və əlik, həmçinin yergüc dialektləri də XIX əsrdə bəzən müstəqil dillər kimi qəbul edilirdi. XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid ədəbiyyatda isə Qrız, Buduq, Xınalıq, Hapıt, Əlik, Cek, hətta hazırda tamamilə tərk edilmiş Yergüc kəndi də daxil olmaqla, onların hər birinin ayrıca dilinin olduğu qeyd olunurdu.52 Alman etnoqrafı İohan Qerber də əlik və hapıt dillərinin müstəqil dillər olduğunu bildirmişdi.53 Sovet dövrünün dilçi alimləri Cek, Əlik və Yergüc kəndlərinin hər birini müstəqil dil qrupuna aid etmiş, Şahdağ xalqlarının xınalıq, buduq, qrız, hapıt, cek, əlik və yergüc dillərində danışdıqlarını vurğulamışlar. Ötən əsrin 30-cu illərində qafqazşünas alim N.Marr Şahdağ xalqlarının beş müstəqil dilinin (xınalıq, cek, hapıt, buduq, qrız) olması qənaətinə gəlmişdi.54 Lakin tədricən hapıt, cek, əlik və yergüclülərin dilləri qrız dilinin lokal dialektləri olaraq qəbul edilmişdir.
     Əliklilər və ceklilərin özləri də hapıtlılar kimi qrız tayfalarından olduqla- rını, dillərinin isə daha çox hapıt dilinə yaxın olduğunu söyləyirlər. Şahdağ kəndlərində, xüsusilə də Qrız, Əlik və Cek kəndlərində qrız dilini və onun dia- lektlərini araşdırmış fransalı qafqazşünas Jül Otye əlik dialektinə həsr olunmuş elmi əsər nəşr etdirmişdir.
     Ümumiyyətlə, qrız dili və onun dialektləri kimi qəbul edilən cek, hapıt, əlik, yergüc dillərinin qrammatikası, xüsusilə də say sistemi və qohumluq bildirən sözlər, demək olar ki, eynidir. Məsələn, qrızlılar ataya bəy, ceklilər isə bay deyirlər. Qrızlılarda və ceklilərdə bəyər kəlməsi «hörmətli kişilər» mənasındadır. Çeklilərin və qrızlıların işlətdiyi bəy termini həm də qədim müraciət formasıdır. Çox hörmətli, ağsaqqal adama müraciət zamanı da Azərbaycan türklərində olduğu kimi bəy deyirlər. Maraqlıdır ki, qrızlılar və ceklilər Azər- baycan türklərini azərbay adlandırırlar.

    Şahdağ xalqlarının əksəriyyəti kimi ceklilər, əliklilər və yergüclülər də iki- dillidirlər. Bu xalqların öz aralarındakı əsas ünsiyyət dili ana dilləri olmaqla bərabər, onlar həm də Azərbaycan dilində danışırlar. Hələ XIX əsrdə İ.Qer- ber Şahdağ xalqları arasında ikidillilyin olduğunu qeyd edirdi. O yazırdı ki, onların hər biri, xüsusilə də buduq- lular və əliklilər Azərbaycan dilini yaxşı bilirlər.
    Qeyd edək ki, XIX əs- rin əvvəllərinə aid miqra- siya meyilləri Cek və Əlik kəndləri üçün də səciyyəvi olmuşdu. Belə ki, sosi- al-iqtisadi şəraitlə əlaqədar olaraq, ceklilər və əliklilə- rin bir hissəsi əlverişli təbii iqlim şəraiti olan bölgələrdə – Xaçmaz, İsmayıllı, Qəbələ və Ağdaş rayonlarında məskən salmışlar. Statis- tik məlumata görə, XIX əsrdə baş vermiş həmin miqrasiya prosesi nəticəsin- də Qrız, Cek və Əlik kəndlərində cəmi 1037 nəfər insan qalmış, əvəzində isə yuxarıda adları çəkilən bölgələrdə 23 yeni kənd salınmışdı.58 Yeni ərazilərdə məskunlaşmış ceklilər və əliklilər haqqında ətraflı məlumat vermiş XIX əsr müəllifi, statistik və etnoqraf Nikolay Zeydlis «Rusiya imperiyasının yaşa- yış məntəqələrinin siyahısı. Bakı quberniyası. 1859-1864-cü illər» hesabatında vaxtilə Cek kəndinin 294 tüstüdən (evdən) ibarət olduğunu, sonralar buradan Baqi oba, Ağarəhim oba, Dəyirman oba, Çuxur oba, Ağarza oba, Әliməmməd oba, Xamuştəpələr, Sultan oba, Sultanmahmud oba, İbrahim oba, Ağalar oba, Həşim oba, Şıxı oba, Çoban oba, Rəhim oba, Qıraqlı oba, Müzəffər oba, Aşur oba, Almazqazmalar, Daşdəmir oba, Heydər oba, Ağarza oba, Әbdüləziz oba, Әlimirzə oba, Әzizbəy oba, Ramazan oba, Molla oba, Davud oba, Məlik oba, Şirin oba, Xırdaoymaq, Məlik oba, Әlirza oba, Səfixan oba kimi kiçik məhəllə-nəsillərin ayrıldığını qeyd etmişdir. Elə həmin mənbəyə əsasən, XIX əsrdə Əlik kəndindən Daldəlik, Canaxar, Məmərzabəy oba, Meyralı qışlağı, Hümməti qışlağı, Yusuf qışlağı, Әhmədxan qışlağı, Mollamahmud qışlağı, Mürsəli qışlağı kimi nəsillər yeni məskənlərə köç etmişlər.  Rusiya imperiya- sının Azərbaycan ərazilərini işğal etməsinədək çeklər Quba qəzası əhalisinin 4,2 %-ni təşkil etsələr də, XIX əsrin sonlarınadək Cek kəndindən köçənlərin ümumi sayı 294 ailə olmuş və nəticədə burada cəmi 14 ailə qalmışdı.60 Lakin Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Şahdağ kəndlərinin sosial-iqtisadi inkişafına xüsusi diqqət göstərilmiş və əhalinin miqrasiyası da- yanmışdır. Hazırda Cek kəndində təqribən 70 evdən ibarət 430 nəfər yaşayır. Tarixi mənbələrdə də cek, ceq və ya ceg kimi göstərilən ceklilər hazırda Cek kəndindən savayı Qubanın digər kəndlərində və Xaçmazda sıx şəkildə məs- kunlaşmışlar.
     Digər Şahdağ yaşayış məntəqələrində olduğu kimi Cek kəndində də xeyli sayda, təqribən 25-dən çox qədim ziyarətgah və dini ibadət yerləri, məsələn, Əbu Müslüm məscidi və Atəşgahın izləri qalmaqdadır. Qeyd etdiyimiz kimi, Əbu Müslüm adlı mscidə həm Xınalıq, həm də Qrız kəndlərində də rast gəlinir. Cek kəndinin ən qədim müsəlman ibadətgahlarından olan Əbu Müslüm məsci- dinin tikintisi islam dininin Azərbaycanda ilk yayılma mərhələsinə – VII-VIII əsrlərə aid edilir. Bu ibadətgah həm arxitekturasına, həm də tərtibat element- lərinə görə ənənəvi məscidlərdən fərqlidir və islamaqədərki qədim inancların da elementlərini daşıyır. Sıldırım qayaların üzərində inşa edilmiş tikilinin üzə- rindəki ornamentlərdə Qafqaz Albaniyası xalqlarının hələ xristianlıqdan öncə tapındıqları Günəş kultuna aid sakral işarələrə rast gəlinir. Bu elementlər həmin tikilinin bənzəri olan və eyni adı daşıyan Xınalıq və Qrız məscidlərində də vardır. Tədqiqatlara əsasən, bu ibadətgahlar vaxtilə qədim Günəş məbədlərinin üzərində inşa edilmişdi. Cek kəndindəki Əbu-Müslüm məscidi bu gün də fəaliyyət göstərməkdədir.
     XIX yüzillikdə digər Şahdağ xalqları kimi ceklilər, əliklilər və yergüclülərin də əsas məşğuliyyəti maldarlıq olmuşdur. Bu kəndlərdə qoyunçuluq xüsu
silə inkişaf etmişdir. Kənd əhalisinin əksəriyyəti hazırda da qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin bir yarısını qışlaqda, digər yarısını isə yaylaqda keçirməyə adət etmişlər. Hər il oktyab- rın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1-dən 15-dək isə yaylağa qaldırırlar. Ceklilərin adət-ənənələrində bütün Şahdağ xalqlarında olduğu kimi, Azərbaycanın şimal-qərb bölgəsində yaşayan əhali ilə bir çox ortaq cəhətlər vardır.

Məsələn, ceklilərin də toy mərasimlərində bəyin və gəlinin dayısı mühüm rol oynayır. Hətta ceklilər də udilər kimi dayıya xalu deyir- lər. Azərbaycanın bir çox bölgələrinin toy mərasim- lərində şax bəzəmə adəti mövcud olsa da, Şahdağ xalqlarında bəzədilən şax- dan diri xoruzun asılması spesifik bir ənənədir. Şah- dağ xalqlarında, adətə görə, bəy tərifindən sonra şaxdakı xoruz sağdış və soldışın iştirakı ilə kəsilib qızardılır, bəyin süfrəsinə qoyulur. Bu mərasimi isə bəyin dayısı təşkil edir.
     Ənənəvi olaraq ortaq Azərbaycan kulinariya mədəniyyətinin bir parçası olan Şahdağ xalqları mət- bəxinin özünəməxsus xüsusiyyətləri də vardır. Əsas fərq isə iqlim şəraitini və yaşam tərzini nəzərə alaraq, burada quru ətdən geniş istifadə edilməsidir. Bu ənənə Şəki-Zaqatala bölgəsi üçün də səciyyəvidir. Kəndirdə qurudularaq tə- darük edilən ət qaxac adlanır. Məişətdə quru ətlə yanaşı, qatıqdan hazırlanan qurut da geniş yayılmışdır. Bu isə Azərbaycanın maldarlıqla məşğul olan bü- tün bölgələri üçün səciyyəvidir. Ceklilərə məxsus xüsusi mətbəx nümunələ- rindən curum, qiləc, çama-fu, sərgil-afar və boqortc-halva kimi milli yemək- lər məşhurdur. Ceklilər də udilər kimi qutaba afar (afara) deyirlər. Şahdağ xalqlarında kabab şişdə deyil, birbaş kömür üzərində bişirilir. Onların mətbəx nümunələri içərisində ən spesifik xörək çeynəmə adlanır. Bu yemək xaş (bişi- rilmiş mal dırnağı), üyüdülmüş düyü, qoz və qovrulmuş buğdadan hazırlanır. Bu xörəyə ingiloylar qorqot, Anadoluda isə kəşkük deyirlər.

     Cek kəndi həm də Quba xalçaçılıq sənətinin məşhur nümunələrindən olan Cek xalçalarının toxunduğu mərkəzdir. Bu xalçalar bütövlükdə Azərbaycan xalçaçılıq sənətinin Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir və Qrız, Xınalıq, Söhüb, Buduq və Qalayxudat kimi kəndlərdə toxunur. Toxuculuqla əsasən qadınlar məşğul olurlar. Cek xalçaları müəyyən dərəcədə Qrız xalçalarına bənzəsə də, onların kompozisiyası daha sadədir. Əsasən uzun- sov formalı, sıx ilməli olur, fonu sürməyi və ya qırmızı rənglidir. Əlikdə isə yun şal istehsalı daha geniş yayılmışdı. Kənddə yundan müxtəlif məmulatlar xalça, palaz, kilim və corab da toxunurdu.
     Hazırda Şahdağ bölgəsi müasirləşmə və qədimliyin vəhdətində yaşayır. Əl- çatmaz dağların arasında, demək olar ki, təcrid olunmuş şəkildə yaşadıqlarına görə özlərinə məxsus etnoqrafik xüsusiyyətləri və dilləri ilə seçilən, keçmişin unikal mirası olan xınalıqlılar, buduqlular, qrızlılar öz etnik xüsusiyyətlərini, dillərini, özünəməxsus yaşayış tərzlərini, qədim mərasim və məişət, həmçinin təsərrüfat ənənələrini mühafizə edə bilmişlər. Eyni zamanda Şahdağ xalqlarına aid edilən etnosların hər birinin istər məişət, istər təsərrüfat, istərsə də mə- dəni həyatında ortaq Azərbaycan etnomədəni ənənələrinin əhəmiyyətli təsiri müşahidə olunur. Onlar Azərbaycan cəmiyyətinin bir parçası olaraq ölkənin ic- timai-siyasi, iqtisadi və mədəni həyatında yaxından iştirak edir, etnik ənənələ- rini qorumaqla yanaşı özlərini «azərbaycanlı» sayırlar. Son illər Şahdağ kəndlərində sosial-iqtisadi və mədəni inkişaf da sürətlənmişdir. 2006-cı ilin əvvəllərində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi «Yeniləşən Azərbaycana yeni məktəb» proqramına əsasən Xınalıq kəndində yeni orta təhsil ocağı tikilib isti- fadəyə verilmişdir. Xüsusilə ölkədə turizmin inkişafı ilə bağlı görülən tədbirlər bu kəndlərdə çox böyük maraq yaratmışdır.

 

Saytda təqdim edilən materiallar M.Paşayeva və A.Qurbanovun “Biz Azərbaycanlıyıq” kitabından götürülmüşdür.