III Bakı Beynəlxalq Teatr Konfransı

       XIX əsrin II yarısı Azərbaycan teatrı üçün əlamətdar olmuşdur. Dahi mütəfəkkir, filosof, dramaturq Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynadı.      Böyük maarifçi Həsən bıy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873- cü ildə Bakıda M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xanı-Lənkəran” və “Hacı Qara” komediyalarının tamaşaya hazırlanması Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoydu.

      Daha sonra Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Sülüyman Sani Axundov, Cəfər Cabbarlı və Hüseyn Cavid kimi dramaturqlar Mirzə Fətəli Axundzadənin ənənələrini davam və inkişaf etdirmişlər.     

      Azərbaycan teatrı hər zaman xalqımızın milli-mədəni dəyərlərinin qorunması, təbliğ olunması, mütərəqqi ideyaların aşılanması işinə xidmət etmişlər.

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 may 2009-cu il tarixli 277 nömrəli Sərəncamı ilə “Azərbaycan teatrı 2009-2019- cu illərdə” Dövlət Programını təsdiq etmişdir. Dövlət Programı teatrlarımızın inkişafı yoklunda atılmış mühüm bir addımdır. Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Programı fəaliyyəti ilə milli mədəni sərvətə çevrilmiş Azərbaycan teatrının zəngin bədii irsinin qorunması, ümumbəşəri və milli dəyərlərin təbliği, teatr sahəsində islahatların aparılması, teatr sənətinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadlərın dəstəklənməsi, kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, milli teatr sənətinin tərəqqisi, yeniləşməsi və beynəlxalq teatr məkanında layiqli yer tutması məqsədlərinə xidmət edir.

      Bu il artıq üçüncü dəfədir ki, Bakıda müasir dövrün teatr problemlərinə həsr olumuş beynəlxalq konfrans keçirilir. “Teatr sənətinin multikulturalizm-universl dəyərlər sistemində yeri” mövzusuna həsr olunmuş konfrasnda 40-a yaxın dövləti 100-dən artlq mütəxəssis təmsil edəcəkdir. Rusiyadan, Türkiyədən, İtaliyadan, Hollandiyadan, Litvadan, İspaniyadan, Ukraynadan, İrlandiyandan, Mərakeşdən, Suriyadan, ABŞ- dan, Böyük Britaniyadan, Almaniyadan, Makedoniyadan, Macarıstandan, Birləşmiş Ərəb Əmirliklərindən, Belarusdan, Bolqarıstandan, Gürgücstandan, İsraildən, Yunanıstandan, EstoniyadanŞ Avstriyadan, Fransadan, İsveçdən, Hindistandan, Rumuniyadan, CAR- dan, Avstraliyadan təşrif buyurmuş qonaqlar teatr sənətinin bu günü və sabahı haqqında fikir müadiləsi aparacaqlar.

      İnanıram ki, artıq ənənəyə çevrilmiş Bakı Beynəlxalq Teatr Konkransı öz ətrafında, sözün əsl mənasında, teatrsevərləri bir araya gətirən teatr bayramına çevriləcəkdir.

      Əziz teatrsevərlər!

      Sizi konfransın işinə dəvət edərək zəngin teatr təəsüratları arzulayıram

 

Əbülfəz Qarayev

Azərbaycan Respublikası mədəniyyət və turizm naziri

Etiketlər