Azərbaycanda birgəyaşayış və multikulturalizm
Kitabda birgəyaşayışın Azərbaycan modeli faktlar və sənədlər və sənədlər əsasında araşdırılmış, tolerantlığın milli mentatiletimizə xas keyfiyyət olduğu çoxsaylı qaynaqlarla müraciət etməklə sübuta yetirilmişdir.
Araşdırmanın məqsədi milli azlıqların tədqiq edilməyən və yaxud da araşdırmaya az cəlb olunan tərəflərinin öyrənilməsi olub. Tədqiqatda ilk növbədə müstəqillik illərində dövlətin bu sahəyə diqqəti və qayğısı öyrənilmişdir.
Təqdim oulnan araşdırmada milli azlıq anlayışının xarakteristikası və multikulturalizm istər dünyada, istərsə də Azərbaycan alimlərinin baxış bucağından öyrənilmişdir. Həmçinin, birgəyaşayışda azərbaycançılıq ideologiyası milli birliyin əsası kimi göstərilmiş, Ümumilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü mühüm işlər diqqət çatdırılmışdır.
Kitabdan politoloqlar, etnoqroflar, tarixçilər, beynəlxalq münasibətlər və beynəlxalq hüquq ixtisası üzər təhsil alan doktorantlar, tədqiqatçılar, xüsusən də “Azərbaycan multikulturalizmi” fənnini tədris edən müəllimlər və bu sahədə təhsil alan tələbələr istifadə edlə bilərlər.