Multikultural təhlükəsizlik II virtual dəyirmi masa
Redaksiyadan
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin təşkil etdiyi ilk virtual “Dəyirmi masa”nın mövzusu ”Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” idi. IV Bakı Beynəlxalq Humanitar Forumun ərəfəsində yerli və xarici ekspertlərin iştirakı ilə keçirilən bu “Dəyirmi Masa” da müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın qarşılıqlıqı münasibəti müzakirə olunmuşdur. Müzakirədə əldə olunan əsas fikir ondan ibarət idi ki, bu iki amil bir-birini həmahəng şəkildə tamamlayır, xalqımızın mənəvi dəyərləri sosial-iqtisadi inkişafın təsiri ilə daha da yüksələrək onu həm müşayiət edir, həmdə əsas səbəblərindən biri kimi çıxış edir. Belə bir nəticə əldə olunur ki, heç bir iqtisadi sıçrayış mənəvi sıçrayışdam təcrid olunmuş şəkildə baş verə bilməz.
Bugunkü “Dəyirmi masa”nın mövzusu belədir:”Multikultural təhlükəsizliyin əhəmiyyəti və onun təmin olunmasının yolları.” Bu mövzu əvvəlki mövzu ilə sıx bağlıdır. Daha konkret desək, bu mövzu əvvəlki mövzunun bir növ məntiqi davamıdır. Bu “Dəyirmi masa” da multikulturalizm fenomeninin mühüm tərkib hissəsi olan və intellectual həyatımıza yavaş-yavaş daxil olan bir anlayış – “multicultural təhlükəsizlik” anlayışı və prinsibləri müzakirə olunur. Yerli və xarici ekspertlər multikultural təhlükəsizliyin mahiyyətini, onun milli təhlükəsizlik sistemində yerini, multikultural təhlükəsizliyin müasir dünyada vəziyyətini, multikultural təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Resublikasının görülən işləri müzakirə edəcəklər.