Azərbaycan Multikulturalizminin Ədəbi-Bədii Qaynaqları
Multikultural əhvalın, tolerant durumun klassik ədəbiyyatımızda əsrlər boyu formalaşan və konkret bədii nümunələrdə yaşayan təzahürü çoxşaxəli və çoxistiqamətlidir.
Bəşəriyyəti bütöv dərk etmək istəyi, ayrı-ayrı xalqları mənəvi xətlərlə birləşdirən amilləri aramaq ehtiyacı, dinləri bir-birinə yaxınlaşdırmaq cəhdi, müxtəlif dinlərin müqəddəslərinə eyni ehtiram, insanlara dininə görə deyil, dəyərinə görə qiymət vermə əxlaqı, hər kəsi mərhəmətə, şəfqətə, başqasının dərdinə acımağa dəvət, eşqin ən yüksək, ən ali hiss kimi dilindən, dinindən asılı olmadan bütün xalqlar üçün əsas həyat prinsipi olmasının tərənnümü və bir sıra digər bu kimi dəyərlər ədəbiyyatımızın dərin qatda pərvaz edən ruhunun göstəricisidir.