Multikulturalizm Mərkəzində “20 Yanvar sınağı: azərbaycançılıq nümunəsi” müzakirə edilib

 

20 yanvar tedbiri 18 yanvar -

 

Yanvarın 18-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “20 Yanvar sınağı: azərbaycançılıq nümunəsi” adlı dəyirmi masa keçirilib.

Öncə 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirin moderatoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Azad Məmmədov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cu ilin 20 Yanvar hadisələrini həmin gün Azərbaycan xalqına qarşı sovet imperiyası rəhbərliyinin həyata keçirdiyi hərbi təcavüz, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi xarakterizə edib.

Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının prorektoru Əlikram Abdullayev, Prezident Administrasiyasının millətlərarası münasibətlər, tolerantlıq və multikulturalizm məsələləri üzrə müşavirliyinin baş məsləhətçisi Etibar Nəcəfov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı, millət vəkilləri Aydın Mirzəzadə, Cavanşir Paşazadə, Qafqaz müsəlmanları idarəsinin sədr müavini Qəmərxanım Cavadzadə, Rus pravoslav kilsəsi yeparxiyası nümayəndəsi Konstantin Ata, Avropa yəhudiləri icmasının rəhbəri Gennadiy Zelmanoviç, Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, AMEA Kimya İnstitutunun direktoru Vaqif Abbasov, udin icmasının rəhbəri Robert Mobili, “Samur” Ləzgi Milli Mərkəzinin rəhbəri Sədaqət Kərimova, “Talış” Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilov və başqaları çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər. Çıxışlarda vurğulanıb ki, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib: “ 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Həmin gün Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri Azərbaycan uğrunda, azadlıq uğrunda şəhid olmağa hazır olduqlarını göstərdilər. Bu ölməz qəhrəmanlıq Azərbaycan multikulturalizminin böyük tarixi köklərə malik olduğunu bir daha nümayiş etdirdi”.

 

 

Запись Multikulturalizm Mərkəzində “20 Yanvar sınağı: azərbaycançılıq nümunəsi” müzakirə edilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.